Məhkəmə qərarları › İş №3(078)-327/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-327/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-327/2025 08.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakı ilə xx.xx.1980-ci ildə Babək rayonu naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmuş, Kəngərli rayonu Xok kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X12 mütəmadi olaraq uca səs-küylə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. X4 qanuni tədbir görülməsini xahiş etmişdir. X7 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli material xx.xx.2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi, Polis mayoru X6 tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli, ******* nömrəli protokolda qeyd olunmuşdur kixx.xx.2025-ci il tarixdə X12 mütəmadi olaraq spirtli işkinin təsirində uca səs-küylə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur, aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin ünvan 4 ünvanında yaşayan X12 olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş X12 xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhəri Əlixan məhəlləsində ictimai qaydanı pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə X7 əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan X12 məhkəməyə verdiyi ifadəsində içkili olmadığını, aralarında mübahisə olduğunu, Xətai məhəlləsində savaşdıqlarını, şəxsin ona qarşı durduq yerə söyüş söydüyünü, özünün dayana bilmədiyini, o səbəbdən savaşdığını, birinci söyüşü onun söydüyünü, əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X4 izahatında dəfələrlə hadisə olduğunu, axırıncı dəfə toydan çıxıb qardaşı və dostları ilə məhlədə çayçıya gəldiyini, çatanda yoldaşlarına mamavız necədi dediyini, onun da öz üstünə götürdüyünü, onun xəstə olduğunu, dəfələrlə onunla problemlər yaşadığını, niyə özü ilə yola getmədiyini bilmədiyini, bütün məhlə ilə problem yaşadığını, hər kəsə bir atmaca atdığını, valideyninin adını uca səslə qışqırdığını, birinci söyüşü onun söydüyünü bildirmişdir Məhkəmə baxışı iclasında şahid X14 izahatında çayşıda domino oynadığını, sonra qardaşının gəldiyini, qardaşı gəldikdə onlara mamavız necədi dediyini, qardaşı ilə arasında bu zarafatın olduğunu, Zaurun valideynlərinin rəhmətə getdiyini bildiklərini, o səbəbdən əsla ona qarşı elə bir şey demədiklərini, Zaurun da öz üstünə götürdüyünü, onların Zaura sənə aid etmirik dediklərini, Zaurun qalxıb söyüşlər söyməyə başladığını, bacı və arvad söyüşü söydüyünü, kimsənin bunu özünə yeridə bilməyəcəyini, məhlədə savaşmadığı adamın qalmadığını, içib narahatlıq yaratdığını bildirmişdir Məhkəmə baxışı iclasında şahid X5 izahatında hadisənin çayçıda özünün də orada olduğunu, tək bu hadisənin yox dəfələrlə problemlərin olduğunu, Zaurun hərkəsə bir atmaca atdığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid X3 izahatında 21 iyunda çayçıda əyləşib çay içən zaman, Əfqanın qardaşı, Elçin və Zaurun orada olduğunu, Əfqan gəldikdən sonra Zaurla münaqişələrinin yarandığını, mübahisənin Əfqanın yaxınlaşıb öz qardaşı və Elçinlə zarafat etdiyini, Zaurun öz üstünə götürdüyünü, Əfqanın ona sənlə zarafat etmirəm öz qardaşım və dostuma deyirəm dediyini lakin münaqişənin böyüdüyünü bildirmişdir Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X12 xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhəri Əlixan məhəlləsində ictimai yerdə ictimai qaydanı pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və X12 həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı, şahidlərin ifadələri və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X12 08 iyul 2025-ci il tarixdə saat 15:45-də inzibati qaydada tutulmuş və saat 08 iyul 2025-ci il tarixdə saat 17:40-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, X7 barəsində inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 7 (yeddi )gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar