Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-33/2025 05.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Babək rayon, Xəlilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə saat 16:22-də 1999-cu il təvəllüdlü X6 idarə etdiyi “Kube ece”markalı mopedlə Ə.Əliyev küçəsindən Dilqəm Pişəvari yolu istiqamətində hərəkətdə olan zaman, Dilqəm Pişəvari yolundan Ə.Əliyev yolu istiqamətində hərəkətdə olan 1984-cü il təvəllüdlü X7 idarə etdiyi “Naz Lifan” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobili ilə sola Naxçıvan MR Xəstəxanasına dönmək istəyən zaman mopedin önünə çıxaraq onunla toqquşmuşdur. Nəticədə mopedin sürücüsü Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 03 oktyabr 2024-cü il tarixdə saat 16:22 radələrində X1rşısında, nizamlanan yol ayrıcında “Naz Lifa” və “Kube Ece” markalı mopedin toqquşması və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar İstintaq və Təhqiqat Şöbəsində toplanmış HKpi-905/24 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə, əsasən, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında bildirmişdir ki, əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıb və vurduğu ziyanı ödəmişdir. Lakin 1 aydır ki, onun sürücülük vəsiqəsinin polis əməkdaşı alıb və deyir ki, məhkəmənin qərarından sonra vəsiqə veriləcək. Ondan heç bir şikayət yoxdur. Qanuni qərar qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı hər hansı məlumat verməmişdir. Məhkəmə iclasının Zərərçəkmiş şəxs iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sürücü X3 hadisə zamanı sərxoş olubolmamasının müəyyənləşdirilməsi üçün tibbi müayinədən keçirilmiş və hadisə zamanı sərxoş olmadığı müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Əziz Əliyev küçəsi, X1rşısında yerləşən nizamlanan yol ayrıcında yerləşir. Hadisə yerinin yol şəraiti düz quru və asfalt örtüklü olmaqla yolun hərəkət hissəsinin Əziz Əliyev küçəsi istiqamətində ümumi eni 18 metr, İstiqlal küçəsindən Naxçıvan MR Xəstəxanası istiqamətində isə yolun eni 14.5 metrdir. Ə.Əliyev küçəsindən Dilqəm Pişvari yolu istiqamətində yolun solunda X5, sağında isə Naxçıvan MR Xəstəxanası yerləşir. Hər 4 istiqamət üzrə hərəkət hissələrinin eni 3 metrdir. Yol ayrıcının hər 4 istiqaməti üzrə asvalt yoldan sonra 3 metr enində daş örtüklü yol çiyni vardır. Hadisənin baş verdiyi yol, yol ayrıcında Naxçıvan MR Xəstəxanası istiqamətində piyada keçidindən 1.5 metr, Ə.Əliyev avtomobil yolundan Dilqəm Pişəvari yolu istiqamətində işıqfordan 18.6 metr məsafədə yerləşir. Naxçıvan MR Xəstəxanası istiqamətində piyada keçidindən 1.5 metr məsafədə sağ hissəsi qəzalı vəziyyətdə olan “Naz Lifan” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobil dayanıb. Həmin markalı avtomobilin sol ön təkərindən Dilqəm Pişvari yolu istiqamətində işıqfora qədər olan məsafə 10.40 metr, arxa sol təkərindən 1.3 nişanlanma xəttinə qədər olan məsafə isə 9.8 metrdir. “Naz Lifan” markalı avtomobildən sağda, 1.10 metr məsafədə ön hissəsi qəzalı vəziyyətdə olan “Kuba ECE” markalı iki təkərli moped dayanıb. Mopedin arxa təkərindən Naxçıvan MR Xəstəxanası istiqamətində yolun sağında yerləşən işıqfora qədər olan məsafə 16 metr, ön təkərindən 1.3 nişanlanma xəttinə qədər olan məsafə 10.20 metrdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibb Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli 236 №-li ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- sağ çiyin nahiyyəsinin, sağ topuq nahiyyəsinin və sağ ayaqüstü nahiyyənin hematoması bərk küt əşyanın təsirindən törənmişdir, eləcədə avtomobil qəzası zamanı əmələ gələ bilərdi, xəsarətlərin yetirilmə müddəti tibbi aryışda göstərilən tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aiddirlər. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli 1307 №-li rəyində göstərilir ki, “Naz Lifan” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, relssiz nəqliyyat vasitəsinin sürücüsü sveteforun yaşıl işığında sola və geriyə dönərkən, qarşıdan düzünə və sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. “Kube Ece” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Material üzrə araşdırma aparılan zaman Xudanlı X4 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək baş vermiş yol nəqliyyat hadisəsində “Naz Lifan” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 ona dəymiş maddi ziyanı tamamıilə ödədiyindən Şəxs ilə barışdığını əlavə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi-905/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək məhkəmə iclasında qeyd etmişdir ki, onun sürücülük vəsiqəsi hələ də verilməmişdir, o şikayətçi deyil və vurduğu zərəri qarşılayıb. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda sürücülərinin məhkumluğunun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis leytenantı Sərxan Eyvazovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri olduğundan ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın DYPİ-ə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məsuliyyətini yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışaraq vurduğu zərəri qarşılaması, əməlindən peşman olmasıdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-33/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-33/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver