Məhkəmə qərarları › İş №3(078)-331/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-331/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-331/2023 19.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxxxxx 1985-ci il tarixdə Babək rayonu, Vayxır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, Naxçıvan şəhərində yerləşən “Oksana studio” gözəllik salonunda saç ustası işləyən, subay, 1 uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 2005ci il tarixdə ailə həyatı qurub 2008-ci il tarixdə isə boşandığını, 17 yaşında bir oğlan övladının olduğunu, X2 1 il olar ki, tanıdığını, onunla nikahdankənar münasibətinin olduğunu, Sərxan Teymurovun ailəli olduğunu, 3 övladının olduğunu və polis əməkdaşı olduğunu bildiyini, Sərxan Teymurovun boşandıqdan sonra onunla münasibət saxladığını, onun həyat yoldaşı Fərhadə Əliyeva ilə uzun müddətdir aralarında mübahisələrinin olduğunu, bunun üçün də ondan boşanaraq onunla evlənəcəyini bildirdiyini, 20 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Fərhadə Əliyevanın yaşadığı evə gələrək qapını döydüyünü, kimin gəlməsini əvvəlcədən bilmədiyini, qapını açdıqda Fərhadə Əliyevanı gördüyünü, onun evinə oğlu ilə gəldiyini, qapını açan kimi o heç nə demədən üzərinə yetirdiyini, ona sakit olmasını, içəri gəlməsini dediyini, onun isə səs-küy salaraq onun saçından tutub dartmağa, ona və oğluna təhqiramiz sözlər deməyə, həyat yoldaşından ayrılmasa onu öldürməklə hədələməyə başladığını, nə edəcəyini bilmədiyini, bu zaman səs-küyə oğlunun çıxdığını və Fərhadə Əliyevanın oğlu ilə birlikdə onları ayırmağa çalışdıqlarını, sonra Fərhadə Əliyevanın binanın həyətinə düşərək ona qarşı uca səslə nalayiq ifadələr işlətməyə davam etdiyini, bir müddət sonra isə binanın qarşısından taksiyə minib getdiyini, Fərhadə Əliyevanın ona qarşı etdiklərindən dolayı Naxçıvan Şəhər Polis İdarəsinə onun barəsində şikayət etdiyini, özünün heç bir əməl törətmədiyini, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati icraat başlanması üçün Naxçıvan MR DİN-in İctimai Təhlükəsizlik İdarəsinə göndərilmişdir. 19 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 19 iyul 2023-cü il tarixdə, saat 10:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs himayəsində uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal nəzərə alınmamışdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar