Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-332/2023 19.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X2 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxxxx 1987-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, Babək Rayon Uşaq Musiqi Məktəbində musiqi nəzəriyyəsi müəlliməsi işləyən, subay, 3 uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, həyat yoldaşı X5 ilə 2007-ci ildə ailə həyatı qurduğunu, bu evlilikdən Əli Teymurov, Sevil Teymurova və Nəzrin Teymurova adında 3 övladının olduğunu, Sərxan Teymurovla 2016cı ildən bəri aralarında ailə daxili mübahisələr baş verməyə başladığını, onun həmin vaxt başqa bir xanımla nikahdankənar münasibət saxladığını və bundan xəbərdar olduğu üçün ailəsi dağılmasın deyə onu həmin qadından uzaqlaşdırmağa çalışdığını, Sərxan Teymurovun isə həmin qadından əl çəkmədiyini, əksinə hər dəfə ona hirsləndiyini və onu döydüyünü, Sərxan Teymurovun həmin qadınla münasibətinin 1 ildən çox davam etdiyini və həmin müddətdə onun onu dəfələrlə həmin qadına görə döyüb təhqir etdiyini, Sərxan Teymurov həmin qadından uzaqlaşdıqdan sonra 2022-ci ilə qədər ailə münasibətlərinin normal səviyyədə davam etdiyini, 2022-ci ilin yanvar ayında X7 adlı xanımla münasibətinin olmasını öyrəndiyini, bu münasibəti öyrəndikdən sonra yenə ailəsinin dağılmaması üçün mübarizə aparmağa başladığını, Sərxan Teymurovun isə həmişəki kimi öz ailəsini ataraq nikahdankənar münasibət saxladığı İlahə adlı qadınla yaşadığını və onun yanında olduğunu, hər dəfə ona həmin qadından ayrılıb öz evi ilə maraqlanmasını desə də, onun əksinə onun bu sözünə hirslənərək onu döyüb təhqir etdiyini, əvvəllər övladları balaca olduğundan və çox şeyi başa düşmədiklərindən onlar arasında olan mübahisəyə qoşulmadıqlarını, lakin oğlu Əli Teymurovun artıq 14 yaşı olduğundan onun hər şeyi başa düşdüyünü və Sərxan Teymurovun onu döyməməsi üçün araya girmək istədiyini, bununla bir neçə dəfədir ki, Sərxan Teymurovun onu döyərkən oğlu Əli Teymurov ara girdiyi vaxtlarda onu da vurduğunu, Sərxan Teymurovun 19 aprel 2023-cü il tarixdə ona zəng edərək Ordubad şəhərində işdə olduğunu, evə gəlməsi üçün avtomobil tapa bilmədiyindən evə gələ bilməyəcəyini dediyini, sonra X4 şəhərində olduğunu öyrəndiyini və ona zəng etdiyini, onun telefonda ona hirsləndiyini və təxminən 10 dəqiqə keçmədən yaşadıqları evə gəldiyini, evə gələn kimi onu döyməyə, söyməyə başladığını, onun evə gəldiyi zaman sərxoş olduğunun hiss olunduğunu, onun onu döyə-döyə evə gəlmək istəmədiyini, İlahə adlı qadınla birlikdə yaşamaq istədiyini, ondan əl çəkməyini istədiyini dediyini, Sərxan Teymurovun onu döyən zaman uşaqlarının evdə olduğunu və oğlu X1 daha çox vurmaması üçün aralarına girən zaman onun Əli Teymurovu itələdiyini, Əli Teymurovun divara dəydiyini, sonra təkrar araya girmək istədikdə bu dəfə Sərxan Teymurovun onun üz nahiyyəsindən yumruqla vurduğunu, Sərxan Teymurovun daha sonra hirsli halda evdən çıxaraq getdiyini, Sərxan Teymurovun ona etdiklərindən sonra həmin gün gecə saat 02 radələrində onun münasibətdə olduğu gözəllik salonunda işləyən İlahə adlı xanımın Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşadığı bina evinə getdiyini, qapını döydüyünü, İlahənin qapını açdığını, ona evdən çıxmasını dediyini, onun isə sakit olmağını deyib onu içəri dəvət etdiyini, İlahənin sərxoş olduğunu hiss etdiyini, bu zaman ona ailəsini niyə dağıtdığını deyərək onun saçından tutub qapıdan çölə çıxardığını, həmin vaxt onun da onun saçından tutub yolmağa və ona nalayiq ifadələr deməyə başladığını, onunla davalarının yarım saat çəkdiyini, sonra səs-küylərinə gələn şəxslərin onları ayırdıqlarını, həmin vaxt oradan İlahə Allahverdiyevadan şikayət etmək üçün Naxçıvan Şəhər Polis İdarəsinə getdiyini, Polis İdarəsində ərizə yazaraq şikayətini bildirdiyini, daha sonra yaşadığı evə getdiyini, 20 aprel 2023-cü il tarixdə günorta vaxtları evdə olarkən Sərxan Teymurovun evə gəldiyini, qapının açarı özündə olduğu üçün qapını açıb evə daxil olduğunu, həmin vaxt Sərxan Teymurovun onunla münasibətdə olduğu İlahə Allahverdiyeva barəsində şikayət ərizəsi yazdığı üçün mübahisə etməyə başladığını, mübahisə zamanı Sərxan Teymurovun onu döydüyünü, baş nahiyyəsindən və bədəninin müxtəlif yerlərindən yumruq və təpik zərbələri vurduğunu, həmin vaxt Naxçıvan MR Daxili İşlər Nazirliyinə təkrar müraciət edərək Sərxan Teymurovun onu döyməsi barədə şikayət ərizəsi yazdığını, boşanmalarının olduğunu, uşaqların onun yanında qaldığını, etdiyi hərəkətlərin səhv olduğunu anladığını, ailəsi dağılmasın deyə etdiyini, etdiyi əməldən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş 19 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 19 iyul 2023-cü il tarixdə, saat 10:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması, himayəsində 3 uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal nəzərə alınmamışdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. .Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov
Məhkəmə qərarları › İş №3(078)-332/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-332/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver