Məhkəmə qərarları › İş №3(078)-333/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-333/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-333/2023 19.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X2 məhkəmə iclas katibliyi, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işsiz, subay, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmiş, müraciət əsasında araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 19 iyul 2023-cü il tarixdə 009615 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, 2007-ci il tarixdən Naxçıvan MR Daxili İşlər Nazirliyində, 2023-cü ilin aprel ayının 1-dən isə Ordubad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsinə təyin olunduğunu, həyat yoldaşı X6 ilə 2007-ci ildə ailə həyat qurduğunu, bu evlilikdən Əli Teymurov, Sevil Teymurova və Nəzrin Teymurova adında 3 övladının olduğunu, X10 rayon Musiqi Məktəbində müəllimə işlədiyini, həyat yoldaşı ilə aralarında ailə qurduqları ilk vaxtlardan mübahisələrin yaranmağa başladığını, illər keçdikcə mübahisələrin dərinləşdiyini, mübahisələrə səbəb isə xasiyyətlərinin uyuşmaması, yola gedə bilməməkləri olduğunu, aralarında olan mübahisələrdən dolayı həyat yoldaşının boşanma üçün bir neçə ay əvvəl məhkəməyə müraciət etdiyini, hazırda boşandıqlarını, boşansalarda hal-hazırda bir evdə yaşadıqlarını, 19 aprel 2023-cü il tarixdə həyat yoldaşı ilə evdə mübahisələrinin yarandığını və onun saçından tutub onu əsəbləşdirməməsini dediyini, sonra evdən çıxıb piyada Sizin Market mağazasına tərəf getdiyini, həyat yoldaşı Fərhadə Əliyevanın isə onun arxasınca gələrək orada səs-küy salmağa və nalayiq ifadələr deməyə başladığını, ondan səs-küy salmamasını istədiyini, o səs-küy salmağa davam etdiyi zaman onun ayağından təpiklə vurduğunu və onun sonra orada olan taksilərdən birinə minərək İlahə Allahverdiyevanın evinə getdiyini dediyini, sonra oradan ayrıldığını, bir müddət sonra İlahə Allahverdiyevanın ona zəng edərək Fərhadə Əliyevanın onun Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən evinə gedərək onu təhqir edib döyməsini bildirdiyini, sonradan X11 Allahverdiyevanın evindən çıxıb Naxçıvan Şəhər Polis İdarəsinə gedib şikayət etdiyini öyrəndiyini, etdiyi əməldən peşman olduğunu, hazırda barışdıqlarını, qanuni qərar verilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X6, həyat yoldaşı Şəxs ilə 2007-ci ildə ailə həyatı qurduğunu, bu evlilikdən Əli Teymurov, Sevil Teymurova və Nəzrin Teymurova adında 3 övladının olduğunu, Şəxsla 2016-cı ildən bəri aralarında ailədaxili mübahisələr baş verməyə başladığını, onun həmin vaxt başqa bir xanımla nikahdankənar münasibət saxladığını və bundan xəbərdar olduğu üçün ailəsi dağılmasın deyə onu həmin qadından uzaqlaşdırmağa çalışdığını, Şəxs isə həmin qadından əl çəkmədiyini, əksinə hər dəfə ona hirsləndiyini və onu döydüyünü, Şəxs həmin qadınla münasibətinin 1 ildən çox davam etdiyini və həmin müddətdə onun onu dəfələrlə həmin qadına görə döyüb təhqir etdiyini, Şəxs həmin qadından uzaqlaşdıqdan sonra 2022-ci ilə qədər ailə münasibətlərinin normal səviyyədə davam etdiyini, 2022-ci ilin yanvar ayında Şəxs İlahə adlı xanımla münasibətinin olmasını öyrəndiyini, bu münasibəti öyrəndikdən sonra yenə ailəsinin dağılmaması üçün mübarizə aparmağa başladığını, Şəxs isə həmişəki kimi öz ailəsini ataraq nikahdankənar münasibət saxladığı İlahə adlı qadınla yaşadığını və onun yanında olduğunu, hər dəfə ona həmin qadından ayrılıb öz evi ilə maraqlanmasını desə də, onun əksinə onun bu sözünə hirslənərək onu döyüb təhqir etdiyini, əvvəllər övladları balaca olduğundan və çox şeyi başa düşmədiklərindən onlar arasında olan mübahisəyə qoşulmadıqlarını, lakin oğlu Əli Teymurovun artıq 14 yaşı olduğundan onun hər şeyi başa düşdüyünü və Şəxs onu döyməməsi üçün araya girmək istədiyini, bununla bir neçə dəfədir ki, Şəxs onu döyərkən oğlu Əli Teymurov ara girdiyi vaxtlarda onu da vurduğunu, Şəxs 19 aprel 2023-cü il tarixdə ona zəng edərək Ordubad şəhərində işdə olduğunu, evə gəlməsi üçün avtomobil tapa bilmədiyindən evə gələ bilməyəcəyini dediyini, sonra Şəxs Naxçıvan şəhərində olduğunu öyrəndiyini və ona zəng etdiyini, onun telefonda ona hirsləndiyini və təxminən 10 dəqiqə keçmədən yaşadıqları evə gəldiyini, evə gələn kimi onu döyməyə, söyməyə başladığını, onun evə gəldiyi zaman sərxoş olduğunun hiss olunduğunu, onun onu döyə-döyə evə gəlmək istəmədiyini, İlahə adlı qadınla birlikdə yaşamaq istədiyini, ondan əl çəkməyini istədiyini dediyini, Şəxs onu döyən zaman uşaqlarının evdə olduğunu və oğlu X14 Teymurovun onu daha çox vurmaması üçün aralarına girən zaman onun Əli Teymurovu itələdiyini, Əli Teymurovun divara dəydiyini, sonra təkrar araya girmək istədikdə bu dəfə Şəxs onun üz nahiyyəsindən yumruqla vurduğunu, Şəxs daha sonra hirsli halda evdən çıxaraq getdiyini, Şəxs ona etdiklərindən sonra həmin gün gecə saat 02 radələrində onun münasibətdə olduğu gözəllik salonunda işləyən İlahə adlı xanımın Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşadığı bina evinə getdiyini, qapını döydüyünü, İlahənin qapını açdığını, ona evdən çıxmasını dediyini, onun isə sakit olmağını deyib onu içəri dəvət etdiyini, onun sərxoş olduğunu hiss etdiyini, bu zaman ona ailəsini niyə dağıtdığını deyərək onun saçından tutub qapıdan çölə çıxardığını, həmin vaxt onun da onun saçından tutub yolmağa və ona nalayiq ifadələr deməyə başladığını, onunla davalarının yarım saat çəkdiyini, sonra səs-küylərinə gələn şəxslərin onları ayırdıqlarını, həmin vaxt oradan İlahə Allahverdiyevadan şikayət etmək üçün Naxçıvan Şəhər Polis İdarəsinə getdiyini, Polis İdarəsində ərizə yazaraq şikayətini bildirdiyini, daha sonra yaşadığı evə getdiyini, 20 aprel 2023-cü il tarixdə günorta vaxtları evdə olarkən Şəxs evə gəldiyini, qapının açarı özündə olduğu üçün qapını açıb evə daxil olduğunu, həmin vaxt Şəxs onunla münasibətdə olduğu İlahə Allahverdiyeva barəsində şikayət ərizəsi yazdığı üçün mübahisə etməyə başladığını, mübahisə zamanı Şəxs onu döydüyünü, baş nahiyyəsindən və bədəninin müxtəlif yerlərindən yumruq və təpik zərbələri vurduğunu, həmin vaxt Naxçıvan MR Daxili İşlər Nazirliyinə təkrar müraciət edərək Şəxs onu döyməsi barədə şikayət ərizəsi yazdığını, hazırda ondan şikayətçi olmadıqlarını, Sərxanın uşaqlarının atası olduğunu, uşaqlarına görə barışdıqlarını, ondan şikayət və tələblərinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qanuni nümayəndəsinin iştirakı ilə dinlənilən zərərçəkmiş şəxs X12, atasından hazırda şikayətçi olmadığını, onu bağışladığını, qanuni qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi X6 ərizə yazaraq, Şəxs ilə aralarında ailə münaqişəsi zəminində mübahisə baş verdiyini, mübahisə zamanı onun ona və oğluna qarşı fiziki güc tətbiq etdiyini, həmin vaxt əsəbi olduğu üçün polisə şikayət etdiyini, hazırda barışdıqlarını, heç bir şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə yazaraq, keçmiş həyat yoldaşı X4 və oğlu X8 qarşı ailə münaqişəsi zəminində kobud davrandığını, hazırda onlarla barışıq əldə etdiyini, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını və səmimi peşmançılığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 362 nömrəli ekspert rətinə əsasən, X3 bədənində müəyyən edilmiş xəsarətlər: alın nahiyyəsinin sağ yarısında qançır, çənə nahiyyəsinin sağ yarısında qançır-sağ yanaq nahiyyəsində qançır, boynun ön səthində diffuz xarakterli bir neçə qızarıqlıqlar, sağ və sol bazu nahiyyələrində bir neçə qançırlar. Qançırlar küt əşyanın təsirindən törənmişdir, həmçinin bilavasitə əlin, yumruq zərbəsinin təsirindən yarana bilərdi. Boynun ön səthindəki qızarıqlıqlar isə əl ilə boynun sıxılması zamanı yaranmağa xarakterikdir. Xəsarətlərdən alın nahiyyəsinin sağ yarısında qançır, çənə nahiyyəsinin sağ yarısında qançır, sağ və sol bazu nahiyyələrində bir neçə qançırlar 19 apreldə, sağ yanaq nahiyyəsində qançır, boynun ön səthində diffuz xarakterli bir neçə qızarıqlıqlar isə 20 aprel tarixdə yetirilməyə xarakterikdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. X3 bədəni üzərində xəsarət qarşılıqlı mübahisə zamanı, həmçinin bilavasitə özü tərəfindən özünə yetirilmə nəticəsində yarana bilərdi. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 363 nömrəli ekspert rətinə əsasən, X7 bədənində müəyyən edilmiş xəsarətlər: burnun arxa səthində qançır. Qançır küt əşyanın təsirindən törənmişdir və eləcə də bilavasitə əlin burun nahiyyəsinə çırpılması nəticəsində yaranmağa xarakterikdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X7 bədəni üzərində xəsarət özü tərəfindən özünə yetirilməyə xarakterik deyildir. 19 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 19 iyul 2023-cü il tarixdə, saat 10:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair iş üzrə icraata zərərçəkmiş şəxsin inzibati icraat aparılan şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar