Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-334/2023 19.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X3 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxx 1963-cü il tarixdə Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, sürücü işləyən, ailəli, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 17 iyul 2023-cü il tarixdə Bakı şəhərinə getmək üçün Naxçıvan şəhərində avtovağzal adlanan ərazidən təyyarə üçün 95 manat pul verib bilet aldığını, ayın 18-dən 19-na keçən gecə X6 gəlib Bakıya getmək üçün qeydiyyat bölməsinə yaxınlaşıb qeydiyyatdan keçib minik zalına, oradan da təyyarəyə qalxdığını, təyyarənin biznes klass olmadığını görüb bələdçiyə etirazını bildirdiyini, “biznes klass bileti satıb ekonom təyyarəsinə mindirmisiz” dediyini, bələdçinin baqaj birkasını ondan alıb kiməsə göstərmək üçün getdiyini, keçib öz yerində əyləşdiyini, sonra aeroport işçisi Mahmudov soyadlı nümayəndənin onu təyyarədən düşürüb 35 manat pul verib “təyyarənin komandiri deyir ki, onun səsi yüksəkdən gəlir, düşürməsəniz uçmayacam” dediyini, onu reysdən çıxartdıqlarını, kimisə təhqir etmədiyini, haqqını tələb edib ucadan danışdığını, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 19 iyul 2023-cü il tarixdə X7 Limanında xidmətdə olduğu zaman Hava Limanının təhlükəsizlik xidmətinin əməkdaşının ona yaxınlaşaraq bir şəxsin təyyarədə ucadan səs-küy salaraq təyyarə bələdçisinə qarşı nalayiq ifadələr işlətdiyini bildirdiyini, həmin vətəndaşın ictimai qaydanı kobud şəkildə pozduğunu, sonra vətəndaşı Polis Şöbəsinə dəvət etdiklərini bildirdi. X5 məhkəmədə şahid qismində verdiyi izahatında, 19 iyul 2023-cü il tarixdə X7 Limanında xidmətdə olduğu zaman bir şəxsin təyyarədə ucadan səs-küy salaraq təyyarə bələdçisinə qarşı nalayiq ifadələr işlətdiyi barədə məlumat daxil olduğunu, həmin vətəndaşa yaxınlaşıb səbəbini soruşduğunu, həmin vətəndaşın ictimai qaydanı kobud şəkildə pozduğunu, vətəndaşı reysdən çıxararaq Polis Şöbəsinə dəvət etdiklərini, təyyarənin də 20 dəqiqə gecikdiyini bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: “Azərbaycan Hava Yolları“ QSC-nin qaydalara riayət etməyən şəxslər barəsində tərtib olunmuş 001531 nömrəli aktından görünür ki, sərnişin Şəxs 19 iyul 2023-cü il tarixdə 2254 saylı reysdə bələdçini təhqir etdiyindən uçuşdan kənarlaşdırılmışdır. 19 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 19 iyul 2023-cü il tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmamışdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati qaydada cərimə tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov
Məhkəmə qərarları › İş №3(078)-334/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-334/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver