Məhkəmə qərarları › İş №3(078)-334/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-334/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-334/2024 05.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 iştirakları ilə, xx.xx.1990-cı ildə, Şərur rayon, Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon, Qışlaqabbas kəndində qeydiyyata olmaqla Babək rayon, Şəkərabad kəndinə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X6 Polis Şöbəsinin İTB-nin rəisi polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş 05 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, 03 sentyabr 2024-cü ildə X1 polis nəfəri, polis baş serjantı X8 ilə birlikdə X9 Limanında xidmətdə olduqları zaman saat 18:20-də 1 nəfər şəxsin Hava Limanının daxilində kassanın qarşısında səs küy salaraq, qışqırmaqla vətəndaşları narahat etməsini aşkar etdiklərindən, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə əməlinin inzibati xəta pozuntusu olmasını şəxsə izah etdikdə, o əməlinə davam edərək qəsdən səs küy saldığından, şəxsin barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirmək istəyərkən şəxs onlara qışqıraraq insanların diqqətini özünə cəlb etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polis Şöbəsində həmin şəxsin xx.xx.1990-ci il təvəllüdlü, Şərur rayon, Qışlaqabbas kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 02 sentyabr 2024-cü ildə Bakı şəhərinə getmək üçün X9 Limanına getdiyini, X9 Limanında zəvvarların ziyarətdən gəlməsi ilə əlaqədar insan axınının daha da artdığını, 03 sentyabr 2024-cü il tarixdə 1 gün müddətində bilet ala bilmədiyi üçün hələ də gözlədiyini, bilet satışı üçün təyin olunmuş kassanın qarşısında bir neçə saat bilet almaq üçün gözləsə də insan sayının çoxluğu ilə əlaqədar almağın mümkün olmadığını, Hava Limanın daxilində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra yenidən kassanın qarşısına getdiyini, əsəbləşdiyi üçün insanlar öz narazılıqlarını bildirdikləri zaman onlara qoşularaq narazılığını bildirməyə başladığını, bundan sonra uca səs saldığı üçün Polis əməkdaşlarının oraya gələrək onun etdiyi əməlin qanun pozuntusu olduğunu bildirərək onu polis şöbəsinə apardıqlarını, sərxoş vəziyyətdə olduğu üçün özünü dərk etməyərək polis əməkdaşları ilə mübahisə etdiyini, sərxoşluq vəziyyətindən ayıldığı zaman etdiyi əməli dərk etməyə başladığını, əməlindən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X7 izahatında Şəxs hava limanı daxilində səs saldığını, qəbul edilən formada deyil vətəndaşları narahat edəcək tərzdə narazılıq bildirdiyini, sonra həmin şəxsin polis şöbəsinə gətirilməsi barədə göstəriş verdiyini, bu əsasda inzibati xəta haqqında protokol tərtib etdiklərini bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində 03 sentyabr 2024-cü ildə saat 18:20-də Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı X8 ilə birlikdə Naxçıvan BHL-da xidmətdə olduqları zaman 1 nəfər şəxsin hava limanının daxilində bilet satışı üçün təyin olunmuş kassanın qarşısında ucadan səs-küy saldığını aşkar etdiklərini, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona etdiyi əməlin qanun pozuntusu olduğunu bildirdiklərini, lakin onun onlara məhəl qoymadan səs-küyünə davam etdiyini, həmin şəxsin hərəkətlərindən onun sərxoş olduğunun hiss edildiyini, bundan sonra həmin şəxsi polis şöbəsinə aparmaq istədiklərini, şəxsin onlarla getməkdən imtina edərək onlara müqavimət göstərməyə çalışdığını və insanlar arasında onlara uca səslə qışqıraraq onlarla getməkdən imtina etdiyini, Polis şöbəsində həmin şəxsin Şəxs olduğunun aşkar edildiyini bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində 03 sentyabr 2024-cü ildə saat 18:20-də Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı X11 ilə birlikdə Naxçıvan BHL-da xidmətdə olduqları zaman 1 nəfər şəxsin hava limanının daxilində bilet satışı üçün təyin olunmuş kassanın qarşısında ucadan səs-küy saldığını aşkar etdiklərini, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona etdiyi əməlin qanun pozuntusu olduğunu bildirdiklərini, lakin onun səs-küy salmağa davam etdiyini, həmin şəxsin hərəkətlərindən onun sərxoş olduğunun hiss edildiyini, bundan sonra həmin şəxsi polis şöbəsinə aparmaq istədiklərini, şəxsin onlarla getməkdən imtina edərək onlara müqavimət göstərməyə çalışdığını və insanlar arasında onlara uca səslə qışqıraraq onlarla getməkdən imtina etdiyini, Polis şöbəsində həmin şəxsin Şəxs olduğunun aşkar edildiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 03 sentyabr 2024-cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar