Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-338/2023 20.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X3 məhkəmə iclas katibliyi, zərərçəkmiş şəxs X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, Şəxs onu döydüyünü bildirmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 iyul 2023-cü il tarixdə 002371 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, 06 iyul 2023-cü il tarixdə atası Mirismayıl Seyidovun yas mərasimində xalası X5 digər xalası Rəhimova Leylanla evlərində mübahisə etdiyini, həmin vaxt isə həyətdə qonaqlarla birlikdə oturduğunu, səs-küyün daha da artdığını görüb evə tərəf keçdiyini və xalaları Sevil və Leylanın dava etdiklərini gördüyünü, onların hər iksinin qolundan yapışıb dartıb çölə saldığını, bu zaman böyük xalası Leylanın gəlib ondan yasa səs-küy saldığına görə üzr istədiyini, lakin Sevil xalasının isə həyətdə ucadan səs-küy salaraq nalayiq sözlər işlətdiyini, bir az sonra orada olan bir avtomobilə minərək onlardan uzaqlaşaraq getdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini, onunla barışdığını, qanuni qərar verilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X7, 33 ildir ki, Rusiya Federasiyasında yaşadığını, 2022-ci ilin dekabr ayında anası rəhmətə getdiyindən yas mərasimində iştirak etmək üçün Naxçıvana gəldiyini, yanvar ayında yenidən Rusiya Federasiyasına getdiyini, 2023-cü ilin mart ayında yenidən anasının 40 mərasimində iştirak etmək üçün, həmçinin Rusiya Federasiyasında şəhid olmuş oğlu X2 anım mərasimində iştirak etmək üçün Naxçıvan şəhərinə yenidən gəldiyini, burada qohum-əqrəbanın toy və yas mərasimlərində iştirak etmək üçün bu günə qədər qaldığını, 06 iyul 2023-cü il tarixdə, saat 15:30 radələrındə bacısının həyat yoldaşının Qaracuq kəndində olan yas mərasimində iştirak etmək üçün onlara getdiyini, orada ilk öncə hər şeyin qaydasında olduğunu, bir az sonra qohum-əqrəbanın yanında onların halvanın yaxşı olmadığı mövzusunda danışmağa başladıqlarını, onlara “şəhid oğlum Muradəlinin halvasını yaxşı hazırlayan bir şəxs var. Mən halva hazırlamaq lazım olanda ona deyirəm, yaxşı halva hazırlayır” dediyini, bu zaman ondan böyük bacısı olan Əhmədova Leylanın onun adını çəkdiyi halva hazırlayan Quqla adlı qadının hər bir şeyini yüksək səslə nalayiq sözlərlə söyməyə başladığını, ona “başqa adamı niyə söyürsən, böyük qadınsan” deyə irad tutduğunu, bu zaman bacısı X4 içəri girib camaatın yanında onun sol ayağından təpik zərbəsi vurduğunu, əlini atıb kürəyindən dartdığını, boynundan vurduğunu, ona qarşı nalayiq sözlər işlətdiyini, şəhid oğlunun gorunu söydüyünü, ordan həyətə çıxdığını, bu zaman Pərvinin əlində daşı götürüb ona atarkən əyildiyini, daşın ona dəymədiyini, bu zaman ona hücum çəkib döymək istəyərkən orada olan başqa şəxslərin onu döyməyə imkan vermədiklərini, ordan çıxıb birbaşa Naxçıvan Şəhər Polis İdarəsinə şikayət etmək üçün gəldiyini, hazırda bacısıoğlunun ondan üzr istədiyindən bağışladığını, şikayətçi olmadığını, onunla barışdığını, onu 2 uşağına bağışladığını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli, 793 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, X5 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində başın tüklü hissəsində, xüsusən də ənsə nahiyyəsində diffuz (geniş yayılmış) diapedez (nöqtəşəkilli) qansızmalar, boynunun kökündə qançır, boynun sağ yarısında və kürək nahiyyəsində bir neçə sıyrıqlar, sağ bazu nahiyyəsinin bayır səthində qançır, sol diz nahiyyəsinin ön səthində qançır, sağ əlin birinci barmağının proksimal falanqasının arxa səthində şişkinlik və qızarıqlıq, sağ əlin birinci əl darağı-falanqa oynağında hərəkət zamanı ağrı müəyyən olundu. Göstərilən xəsarət küt əşyanın təsirindən törənmişdir. Xəsarətlərin müddəti müayinə gününə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 20 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 20 iyul 2023-cü il tarixdə, saat 13:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair iş üzrə icraata zərərçəkmiş şəxsin inzibati icraat aparılan şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-338/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-338/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver