Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-34/2022 14.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1995-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şössesi döngə 11 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: X1 borclu Şəxs qarşı borc tələbinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)- 379/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 19 noyabr 2021-ci il tarixli icra vərəqəsinə, "xxxx" MMC-nin borclu Şəxs qarşı borc tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1244/2021 nömrəli 08 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında 03.11.2021-ci il tarixdə verilmiş "xxxx" KB ASC-nin borclu Şəxs qarşı borcun tutulması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1068/2021 nömrəli 14.10.2021-ci il tarixli qətnaməsi əsasında 29.11.2021-ci il tarixdə verilmiş və "xxxx" KB ASC-nin Şəxs qarşı borcun tutulması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1067/2021 nömrəli 20.10.2021-ci il tarixli qətnaməsi əsasında 01.12.2021-ci il tarixdə verilmiş icra sənədləri üzrə icraata başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 18225.91 (on səkkiz min iki yüz iyirmi beş manat doxsan bir qəpik) manat borcu yaranmış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs oğlu qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış 18225.91 manat borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi pandemiya dövrü işsiz olmasını, 2022-ci ilin yanvar ayından işə başlamasını, zəruri borclarını ödədiyi üçün icra sənədləri üzrə borcunu ödəyə bilmədiyini, ona güzəşt edilərsə borcunu tez bir zamanda ödəyəcəyini göstərmişdir. İş materiallarına əlavə olunmuş 22 fevral 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-379/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə Şəxs 5500 və 10800 manat olmaqla cəmi 16300 manat pul tutularaq X4 ödənilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 23 noyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 23 noyabr 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İş materiallarına əlavə olunmuş 20 oktyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1067/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Şəxs 337.11 (üç yüz otuz yeddi manat on bir qəpik) manat əsas borc və 127.19 (yüz iyirmi yeddi manat on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 464.30 (dörd yüz altmış dörd manat otuz qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 dekabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 dekabr 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İş materiallarına əlavə olunmuş 14 oktyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1068/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Şəxs 409.61 (dörd yüz doqquz manat altmış bir qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 dekabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 dekabr 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İş materiallarına əlavə olunmuş 08 oktyabr 2021-ci il tarixdə verilmiş məhkəmə əmrinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1244/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli məhkəmə əmri ilə Şəxs 1092 (bir min doxsan iki) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 03 noyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 03 noyabr 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin 25 noyabr 2021-ci il tarixli, 226437/2020 nömrəli məktubundan məlum olur ki, həmin məktubla Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə və icraatda olan icra sənədlərinin icrasını təmin etmək məqsədilə Şəxs adına yaşayış evinin, torpaq sahəsinin və avtomobilin olub-olmaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli 02/459 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs Mərkəzin qeydiyyatında durmur, heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin 02/1364 nömrəli 10 dekabr 2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, Şəxs şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli, 734 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs adına daşınmaz əmlak qeydə alınmamışdır. Naxçıvan MR X6 Şəxsi tərəfindən 14.04.2022-ci il tarixdə verilmiş 61 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun.
4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva