Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-340/2023 02.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsi tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq müəyyənetdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə onun barəsində 04 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Şəxs inzibati qaydada 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. Şəxs həmin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs barəsində 19 iyul 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol digər sənədlərlə birlikdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək, X3 İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 60 manat məbləğində inzibati cərimə olunduğunu, həmin inzibati cəriməni qanunvericiliklə müəyyən olunmuş müddətdə ödəmədiyindən 36 manat dəbbə pulu hesablandığını, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərildiyini, İXP ******* nömrəli protokol üzrə 60 manat inzibati cəriməni və hesablanmış 36 manat dəbbə pulunu 26 iyul 2023-cü il tarixdə ödədiyini, işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 26 iyul 2023-cü il tarixli qəbzə əsasən, Şəxs İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 96 manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd edir ki, cərimə və dəbbə pulu ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48- 51, 114,115, 128-130, 145.2-ci maddələrini rəhbər tutaraq qərara aldım: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsi tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə, şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-340/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-340/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver