Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-340/2025 10.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. Şəxs İXM-in 528.1-1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 10 iyul 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.
2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-40/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli icra sənədi əsasında verilmiş, 08 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.
3. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(078)- 40/2024 saylı icra sənədinə əsasən xx.xx.2024-cü il icraata başlamaq haqqında qərar borcluya qanunamüvafiq qaydada göndərilmişdir. Borclu ödənişi iddiaçının kartına ödəməsini, icra məmuruna isə qəbzini təqdim etməsini bildirmişdir. Lakin ona qəbz göndərməyiblər. Borclu haqqında protokol tərtib olunduqdan sonra 600 manat məbləğində ödəniş etdiyini bildirmiş, bir dəfə 40 manat məbləğində, xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ilə müraciət edib ki, əvvəlki tarixlərdə 3-4 ay ərzində 400 manat ödəniş etdiyini bildirdi. Bəzən 10-100 manat məbləğində ödənişlər etmişdir. Bu gün protokol tərtib olunduqdan sonra borclu 360 manat məbləğində ödəniş edib. Buna baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən, borclu Şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Aliment üzrə borc 5200 manat təşkil edir. Borclunun qanuni tələblərini yerinə yetirməsini və vaxtında ödəniş etməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, hal-hazırda işləmir, 300 manat karta ödəniş etmişdir. Keçən ay 350 manat ödədiyini, yanvar ayında 40 manat ödədiyini bildirdi. İmkan olduqcda daha çox ödəniş etdiyini bildirdi. Sonuncu dəfə bu gün 360 manat ödəniş etmişdir. İcra məmurunun zənglərini görmədiyini ona görə də, zənglərə cavab verə bilmədiyini bildirdi.
5. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, özünün çalışdığı kimi borclununda çalışıb uşaqlarına ödəniş etməsini tələb edir. Bəzən uşaqların atasına yazaraq müxtəlif məbləğlərdə bəzən 10, bəzən isə 20 manat istədiklərini bildirdi. 10 gün inzibati həbsdən sonra borclunun 600 manat ödəniş etdiyini, yeni ildə isə uşaqların hər birinə 20 manat məbləğində pul verdiyini, karta isə 400 manat ödəniş etdiyini söyləmişdir. Bu gün isə 360 manat məbləğində ödəniş olduğunu bildirdi. Sübutların tədqiqi:
6. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(078)-40/2024 nömrəli mülki iş üzrə verilmiş icra vərəqəsindən görünür ki, 12 may 2010-cu il təvəllüdlü X7 və 17 aprel 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 180 manat olmaqla, iki uşağa görə cəmi 360 manat məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir.
7. İş materiallarında olan Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 08 fevral 2024cü il tarixli icraata başlamaq haqqında qərarının və bildirişin surətindən görünür ki, həmin qərarla iş üzrə icraat başlanmış və tələbin könüllü icrası haqqında borcluya bildiriş verilmişdir.
8. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-281/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir.
9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcludan icra sənədi üzrə tələbin təmin edilməsi tələb edilmişdir.
10. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur.
11. Məhkəmə tərəfindən tələb edilmiş və məhkəmə iclasında tədqiq olunmuş İcra işinin materiallarında olan ərizələrdən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 40/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli icra sənədi əsasında verilmiş icra vərəqəsi üzrə borclu Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 1200 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2025-ci il tarixdə 40 manat, xx.xx.2025-ci il tarixində iyun ayı da daxil olmaqla 400 manat, xx.xx.2025-ci il tarixdə 360 manat məbləğində borclar ödənilmişdir. Həmin icra vərəqəsi üzrə qalıq borc məbləği 5200 manat təşkil edir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
12. Məhkəmə hesab edir ki, Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-40/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icrа etməməsi və İXM-in 528.1-1-ci mаddəsində nəzərdə tutulаn inzibаti xətаnı törətməsinin sübutа yetməmişdir.
13. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
14. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
15. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.
16. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
17. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
18. Məhkəmə qeyd edir ki, Şəxs etirafı, səmimi peşmançılığı yüngülləşdirici hal kimi nəzərə alınır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi.
19. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
20. Həmin Məcəllənin 84.-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
21. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirilməməli, şəxs həmin səbdən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinə məruz qalmalı, tənbeh tədbiri barədə qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə eyni xətanı törətməlidir.
23. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10(on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin qərar qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən aliment borcu üzrə xx.xx.2024-cü il tarixdə 1200 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2025-ci il tarixdə 40 manat, xx.xx.2025-ci il tarixində iyun ayı da daxil olmaqla 400 manat, xx.xx.2025-ci il tarixdə 360 manat məbləğində ödənişlər həyata keçirilmiş və zərərçəkmiş şəxs X4 İcra şöbəsinə təqdim etdiyi ərizələr və məhkəmə iclasında verdiyi izahatla həmin ödənişlərin edildiyini təsdiq etmişdir.
24. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur.
25. Həmçinin borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır.
26. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur.
27. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.
28. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir.
29. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
32. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
33. Həmin Məcəllənin 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
34. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq
QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Aslan Heydarov.