Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-341/2024 07.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 22 avqust 1992-ci il tarixdə Saatlı rayonu, Qazanbatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fəhlə, ailəli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Qazanbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan MR DİN-ə bilavasitə tabe olan X5 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs 07 sentyabr 2024-cü ildə, saat 07:30-da İ X8 Limanının daxilində X1 narahat edərək və ictimai yerdə təhqir etmiş və ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 06 sentyabr 2024-cü ildə, saat 13:30 radələrində Bakı şəhərinə getmək üçün Naxçıvan BHL-yə gəlmişdir. Bilet olmadığı üçün gecə boyunca bilet almağı gözlədikdən sonra biletlər bitmişdir. Yeni gün ərzində bilet almaq üçün gecəni hava limanında qalmışdır. Hava Limanında kassanın qarşısında olan zaman tanımadığı bir qadına yaxınlaşaraq uca səslə ona burada “mıx kimi niyə oturmusuz, timkan verin bilet alaq" demiş, lakin ona tüpürüm sənin qadın sifətinə sözünü işlətməmişdir. Bundan sonra qadın polis əməkdaşlarına yaxınlaşaraq onun haqqında şikayətçi olduğunu bildirmişdir. Polis əməkdaşları onun etdiyi əməlin qanun pozuntusu olduğunu bildirərək onu Polis Şöbəsinə gətirmişlər. Hadisə onun şəxsi problemlərindən ötrü baş vermişdir və baş verən hadisəyə görə əməlindən peşmandır. Qanuni qərar verilməsini xahiş etdi. X6 məhkəmədə şahid qismində verdiyi izahatında bildirmişdir ki, 07 sentyabr 2024cü ildə, saat 07:30-da Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı X7 ilə birlikdə Naxçıvan BHL-də xidmətdə olduqları zaman 2 nəfər şəxsin sözlü mübahisə etməsini aşkar etmişlər. Həmin şəxslərə yaxınlaşaraq nə olması barədə maraqlandıqları zaman X3 onlara 1 nəfər adı onlara sonradan məlum olan Şəxs onu insanlar arasında təhqir etdiyini, kassanın qarşısında onun ünvanına nə “mıx kimi oturmusan” deməsini, “mən kişiyəm, sənin qadın sifətinə tüpürüm” və başqa təhqiramiz ifadələr işlətdiyini bildirmişdir. Şəxsə bu hərəkətləri etdiyi barədə sual verdikləri zaman o öz etdiyi əməli qəbul etmişdir. Bundan sonra mübahisəyə son vermək üçün hər iki şəxsi Polis Şöbəsinə dəvət etmişlər. X4 məhkəmədə şahid qismində verdiyi izahatında bildirmişdir ki, 06 sentyabr 2024cü ildə, saat 16:00-da Bakı şəhərinə getmək üçün Naxçıvan BHL-yə gəlmişdir. Naxçıvan BHL-yə gələrək Hava Limanında növbə yazdırıb bilet almaq üçün sırasının gəlməsini gözləmişdir. Sırasını gözləyən zaman saat 19:00-da tanımadığı bir şəxs ona yaxınlaşaraq vətəndaşların içində uca səslə ona “kassanın qarşısında dayanmayın, imkan verin biz də bilet alaq” demişdir. Ona hər kəsi növbə ilə çağırırlar deyə cavab vermiş və həmin şəxs getmişdir. Yenə də növbəsini gözləmiş və sıxlıqla əlaqədar olaraq bilet olmadığı üçün gecəni Hava Limanında keçirməli olmuşdur. Növbəti gün səhər saat 07:30-da kassanın qarşısında əyləşib növbəsini gözləmiş və yenə həmin şəxs ona yaxınlaşaraq uca səslə ona “burada nə mıx kimi oturmusan, mən kişiyəm, sən qadın, tüpürüm sənin qadın sifətinə” deyərək ona qarşı nalayiq, təhqiramiz ifadələr işlətmişdir. Ətrafda xeyli insan olubdur. Bu zaman şəxsin onunla mübahisə etməsinə görə polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları narazılığın nə olmasını öyrənmək məqsədilə onları Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində polis əməkdaşlarına narazılığın nə olmasını bildirmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş 07 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 07 sentyabr 2024-cü il tarixdə, saat 09:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 07 sentyabr 2024-cü il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 6 (altı) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 07 sentyabr 2024-cü il tarixdən, saat 09:00-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-341/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-341/2024
07.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver