Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-341/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, xx.xx.1995-ci ildə Naxçıvan şəhərində doğulmuş, FİN:xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Naxçıvan Şəhəri, 6-cı küçə Döngə 3 Ev 35 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxşıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 11 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxşıvan Şəhər Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Naxçıvan şəhər sakini Şəxs barəsində toplanmış inzibati xəta haqqında material daxil olmuşdur. Şəxs həmin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etmədiyindən barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan ŞPİ DYPB tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol digər sənədlərlə birlikdə xx.xx.2025-ci il tarixdə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, inzibati material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, onun əməli işdə olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirici hal və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündü inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay maddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək maddətə məhdudlaşdırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərarverdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılsın. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-341/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-341/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver