Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-344/2024 07.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsində, narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən X6 07 sentyabr 2024-cü il tarixdə, saat 00:45-də Naxçıvan şəhəri, Atabəylər küçəsində saxlanılmış, saat 01:00 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. X4 metamfetamin psixotrop maddəsi qəbul etdiyi müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə X4 əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təxminən 2-3 il müddətində ayrı-ayrı vaxtlarda narkotik vasitələr istifadə etmişdir. 2-3 gün öncə əvvəlcədən tanıdığı Tamara adlı şəxslə onun kirayə yaşadığı evdə olmuşdur. Tanışı Azad ona zəng etmiş, onu həmin evə çağırmışdır. Özü ilə kristal psixotrop maddəsi gətirmişdir. Tamara və onun rəfiqəsi Aytac, Azad və özü birgə həmin kristaldan çəkmiş, sonra Azadla getmişdirlər. Azadla onu dostu Tuncay gəlib götürmüş, maşında olarkən Tuncay da 2 tüstü ondan qəbul etmişdir. Heç bir təmənna olmadan onlara vermiş, onlar da birlikdə istifadə etmişdir. Etdiyi əməldən çox peşmandır. Yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X6 yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və X4 həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən 07 sentyabr 2024-cü il tarixdə verilmiş 346 nömrəli rəyə əsasən, X6 narkomaniya xəstəliyindən əziyyət çəkmir. Lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. X6 xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) müsbət aşkar olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən 07 sentyabr 2024-cü il tarixdə verilmiş 1573 nömrəli məktuba əsasən, X2 götürülmüş sidik nümunəsində MET (metamfetamin) müsbət aşkar olundu. AMP(-), BAR(-), BZO(-), BUP(-), COC(-), MTD(-), MOP(-), OPİ(-), PCP(-), MDMA(-) aşkar olunmadı. X6 xx.xx.2024-cü il tarixdən dispanserdə narkomaniyaya görə profilaktik qeydiyyatda dayanır. 07 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, X6 07 sentyabr 2024-cü il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-344/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-344/2024
07.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver