Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-344/2025 14.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlu, xx.xx.1995-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Fin: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏN ETDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur.
2. Məhkəmə inzibati protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yaranmışdır.
3. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP6863948 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində tərtib edilmiş edilmiş protokol üzrə qəbul edilmiş qərarla tətbiq edilmiş inzibati cəriməni həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və bununla da o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
4. Göründüyü kimi protokol xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, həmin vaxtdan 20 gün müddətə, yəni xx.xx.2025-ci ilə kimi şikayət vermə müddəti olmuş və xx.xx.2025-ci il tarixdə qərar qanuni qüvvəyə minmişdir.
5. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta isə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən (xx.xx.2025-ci il tarixdən) 3 ay müddətində icra edilmədikdə, yəni xx.xx.2025-ci ildə törədilmiş hesab edilə bilər və həmin xətaya görə inzibati xəta haqqında protokol tərtib edilə bilər.
6. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən ilə məsuliyyət isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yaranır.
7. “AsanPay” X1 görünür ki, Şəxs İXP6863948 saylı protokol üzrə cəriməni və ona hesablanmış dəbbə pulunu ödəmişdir. Hazırda onun 3 aydan çox müddətə ödənilməmiş cəriməsi mövcud deyil.
8. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranmamışdır.
9. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 10.Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.
11. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 109, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov