Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-346/2025 04.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Naxçıvan şəhəri, məhəllə 60, ev 3, mənzil 1A ünvanında yerləşən, VÖEN nömrəsi ********** olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 18 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında yerləşən “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ünvanına Türkiyə Respublikasından idxal edilmiş “plasmas çənlər” yükü xx.xx.2025-ci il tarixində 75CA438 (qoşqu-75ZB438) dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuş və müvəqqəti idxal xüsusi gömrük prosedurunun müddətinin xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq mallar ölkə ərazisində aparılmamış və müddətin artırılması ilə bağlı gömrük orqanına müraciət, təyin olunmuş müddət 5 gün pozulmaqla yəni xx.xx.2025-ci il tarixində edilmişdir. Bununla da Azərbaycan Respublikası gömrük ərazisindən kənara aparılması məcburi olan əvvəllər müvəqqəti gətirilmiş mallar müəyyən edilmiş müvəqqəti idxal müddəti pozularaq ölkə ərazisindən aparılmamışdır. Nəticədə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclası zamanı izahatında protokolun düzgün olduğunu, qanuni qərar qəbul etməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 16 iyul 2025-ci il tarixli, 18000-00690/25 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-in 499.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisi, gömrük xidməti mayoru Rza Rzalı tərəfindən tərtib edilmiş raportdan görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ünvanına Türkiyə Respublikasından idxal edilmiş “plasmas çənlər” yükü xx.xx.2025-ci il tarixində 75CA438 (qoşqu-75ZB438) dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuş və müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilmişdir. Həmin mallar xx.xx.2025ci il tarixində ölkədən çıxarılmalı olduğu halda çıxarılmamış və müddətin artırılması ilə bağlı xx.xx.2025-ci il tarixində müraciət edilmişdir. Bununla da Azərbaycan respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli “malların müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilməsi Qaydaları”ın təsdiq edilməsi haqqında Qərarına əsasən malların sözügedən prosedur altında yerləşdirilməsi müddəti pozulmuşdur. İş materiallarına gömrük bəyannaməsi, TA 001 nömrəli 03 fevral 2025-ci il tarixli müqavilə, NNT 823 nömrəli 30 dekabr 2023-cü il tarixli müqavilə, ərizə, məktubdan aydın olur ki, malların gömrük prosedura altında yerləşdirilməsi barədə müraciət edilmişdir. 14 iyul 2025-ci il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraata başlanmaqla inzibati araşdırma aparılması qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 61 və 64-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri haqqında bildiriş göndərilmişdir. İş üzrə protokol tərtib edilmiş və müvafiq qərardad qəbul edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-in 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ““X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ünvanına Türkiyə Respublikasından idxal edilmiş “plasmas çənlər” yükü xx.xx.2025-ci il tarixində 75CA438 (qoşqu-75ZB438) dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuş və müvəqqəti idxal xüsusi gömrük prosedurunun müddətinin xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq mallar ölkə ərazisində aparılmamış və müddətin artırılması ilə bağlı gömrük orqanına müraciət, təyin olunmuş müddət 5 gün pozulmaqla yəni xx.xx.2025-ci il tarixində edilmişdir. Bununla da Azərbaycan Respublikası gömrük ərazisindən kənara aparılması məcburi olan əvvəllər müvəqqəti gətirilmiş mallar müəyyən edilmiş müvəqqəti idxal müddəti pozularaq ölkə ərazisindən aparılmamışdır. Nəticədə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İXM-in 499.1.1-ci maddəsinə əsasən, 499.1. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: 499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə -fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir; İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2024-cü il tarixli Qərarına görə İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsi malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması ilə bağlı inzibati xəta tərkiblərini müəyyən etmişdir. Bununla bağlı göstərilməlidir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” ilə müəyyən olunmuşdur. Qaydaların 3.1 və 3.2-ci bəndlərinə görə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir (Qaydaların 3.6-cı bəndi). Beləliklə, qanunvericiliklə malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi üçün ən çoxu 24 ay müddət müəyyən edilmiş və bu müddətin ən çoxu 12 ay uzadıla biləcəyi nəzərdə tutulmuşdur. Prosedur sahibi gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətin sonuncu günündən gec olmayaraq müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malları təkrar idxal etməli, yəni ölkəyə qaytarmalıdır ki, həmin vəzifənin yerinə yetirilməməsi də İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün əsas təşkil edir. İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar da məhz obyektiv cəhətin əlamətlərinə görə bir-birindən fərqlənməklə, müvafiq olaraq hərəkət və ya hərəkətsizliklə törədilir. İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə məsuliyyət müəyyən edilmiş, o cümlədən həmin Məcəllənin 499.1.1- 499.1.5-ci maddələri gecikdirilmənin aşağıda qeyd olunan müddətlərindən asılı olaraq məsuliyyəti diferensiallaşdırmışdır: · on beş günədək müddətə; · on beş gündən bir ayadək müddətə; · bir aydan üç ayadək müddətə; · üç aydan bir ilədək müddətə; · bir ildən artıq müddətə gecikdirilməklə malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması. Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində göstərilmiş inzibati xəta obyektiv cəhətdən hərəkətlə, yəni Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətlərin icra edilməsiylə törədilir. Həmçinin yuxarıda göstərilən müddətlər, qeyd edilən inzibati xəta tərkibində obyektiv cəhətin fakultativ elementi kimi çıxış edir. Bu element mallar və ya nəqliyyat vasitələrinin aparılması və ya qaytarılması üçün müəyyən olunmuş müddətlərin pozulmasında ifadə olunur. İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit olunmuş inzibati xəta tərkibləri birbirindən məhz həmin elementə görə fərqləndirilmiş, mallar və ya nəqliyyat vasitələrinin aparılması və ya qaytarılmasının gecikdirildiyi müddətdən asılı olaraq daha sərt inzibati tənbehin tətbiqi nəzərdə tutulmuşdur. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində təsbit olunmuş inzibati xəta tərkibinin yaranması üçün obyektiv cəhətinin zəruri elementi olan hərəkət icra edilməli, mallar və ya nəqliyyat vasitələri hökmən müəyyən edilmiş müddətlər ötürülməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmalı və ya bu əraziyə qaytarılmalıdır. Qeyd edilən kənara aparılma və ya qaytarılma isə müvafiq gömrük proseduru ilə bağlı gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətlərin pozulma dərəcəsindən, yəni gecikdirmənin müddətindən asılı olaraq əməl İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən, onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşə baxılan zaman “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs (VÖEN nömrəsi **********) “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-346/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-346/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver