Məhkəmə qərarları › İş №3(078)-348/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-348/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-348/2023 25.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1991-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, iki uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 27 iyun 2023-cü il tarixdə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən Şəxs 27 iyun 2023-cü il tarixdə, saat 17:00-da ünvan 1 ünvanında saxlanılmışdır. O, saat 17:35 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir Məhkəmədə Şəxs əməli özünün ifadəsi və iş materialına əlavə olunmuş sənədlərlə sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 01 iyun 2023-cü il tarixdə birbakal pivnoyunda pivə içdikdən sonra gəzə-gəzə Naxçıvan şəhərində böyük bağ adlanan yerə gəldiyini, orada gəzişərkən əvvəlcədən tanımadığı türk vətəndaşı ilə tanış olduğunu, onun içkili olduğunu görüb onun da içmək istədiyini və bir yerdə avtovağzalın qabağındakı pivnoya getdiklərini, bir az içəndən sonra söhbətin narkotikdən düşdüyünü, ona “məndə patı var, istəsən sənə də verərəm” deyə təklif etdiyini, içkili olduğundan razılaşdığını, “evdə açarsan” deyib siqaret kağızına bükülmüş bir şey verdiyini, axsam evə gəldiyini, bükümü açıb içərisində həqiqətən patı olduğunu gördüyünü, qardaşını çağırıb “patı var, vaxt elə çəkək” dediyini, 27 iyun 2023-cü il tarixdə qardaşı Zaurla birgə qardaşıgilin evində patını çəkdiklərini, günorta saatlarında polis əməkdaşlarının onları saxladığını, peşman olduğunu, yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 25 iyul 2023-cü il tarixli, 201 nömrəli rəyinə əsasən, Şəxs Həşiş narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. 27 iyun 2023-cü il tarixdə Y.Budaqov adma X3 narko-test müayinəsindən keçirilib. Nəticə AMP (amfetamin) və THC (tetrahidrakannabinol) müsbət aşkar olunub. Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 25 iyul 2023-cü il tarixdə verilmiş 114 nömrəli arayışa əsasən, Şəxs 02 iyul 2023-cü il tarixdə “Qarın boşluğuna keçən, daxili üzvləri zədələyən kəsilmiş-deşilmiş yara” - diaqnozu ilə daxili ilə daxil olmuş, stasionar müalicəyə götürülmüş, cərrahi əməliyyat olunmuşdur. Xəstə 25 iyul 2023-cü il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və onda “Əməliyyatdan sonrakı çapıq izləri. Arterial hipertoniya xəstəliyi” - diaqnozu müəyyən olunmuşdur. Xəstənin ambulator müalicəyə ehtiyacı vardır. 25 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 25 iyul 2023-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Şəxs etirafı, səmimi peşmançılığı, 2 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar