Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-348/2024 15.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin müdafiəçisi X8 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 09 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının 28 avqust 2024-cü il tarixli, 6-1-16/2-6808/2024 nömrəli məktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 28 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 394695.00 (üç yüz doxsan dörd min altı yüz doxsan beş) Avro məbləğində vəsaiti 02 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 394695.00 (üç yüz doxsan dörd min altı yüz doxsan beş) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 03 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru 19 sentyabr 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Ərizədə qeyd edilmişdir ki, Naxçıvan Şərab MMC 7 sentyabr 2024-cü il tarixində X15 və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş EP ******* saylı inzibati xəta haqqında 28 avqust 2024-cü il tarixli protokolun surətini almışdır. X6 MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. Protokola "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına 13 avqust 2024-cü il tarixli məktubu əlavə olunmuşdur. "xxxx" MMC (bundan sonra Alıcı) ilə "xxxx" MMC (bundan sonra Satıcı) arasında araq istehsalı zavodunun avadanlıq və hissələrinin alınması üzrə 4 mart 2022-ci il tarixli 0403/AZ saylı müqavilə (bundan sonra Müqavilə) bağlanmışdır. 19 oktyabr 2022-ci il tarixində müqaviləyə 1 saylı Əlavə edilmişdir. Müqavilə bağlanan zaman "xxxx" MMC İtaliyada (Modena şəhəri) yerləşən hüquqi şəxs olmuşdur. Müqavilənin ümumi dəyəri 1.740.000,00 avro təşkil etmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyərinin 40% müqavilə imzalandıqdan sonra 10 gün, 45% malların göndərilmək üçün hazır olması haqqında Satıcının bildirişini aldıqdan sonra 10 gün, 10% montaj işlərinin bitməsindən sonra 10 gün və qalan 5% isə təhvil-təslim aktının imzalanmasından sonra 10 gün ərzində ödənilməli idi. Eyni zamanda Müqavilənin 1 saylı Əlavəsi onun imzalandığı tarixdən 7 gün müddətində Alıcının müvafiq məbləği (75.000 avro) ödəməsini nəzərdə tutmuşdur. Alıcı öhdəliklərini yerinə yetirərək, müqavilə üzrə 40 %, 45 % və 1 saylı Əlavə üzrə müvafiq ödənişləri, yəni cəmi 1.640.000,00 avro məbləğində ödənişi hissələrlə həyata keçirmişdir. Bu ümumi məbləğə daxil olan və iddia olunan inzibati xəta obyekti - 394,695 avro məbləğində ödənişi Alıcı 2 avqust 2022-ci il tarixində həyata keçirmişdir. Alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də Satıcı müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Belə ki, Alıcı müqavilə üzrə 1.640.000,00 avro məbləğində ödəniş həyata keçirsə də toplam 779.650,00 avro, yəni ümumi dəyərin 47.54% həcmində mallar almışdır. Avadanlıqların digər hissəsi 860.350,00 avro ödənilsə də bugünədək Alıcıya təhvil verilməyib - mallar idxal edilməmişdir. Müvafiq olaraq hazırda iddia olunan inzibati xəta obyekti - 394,695 avro məbləğində ödəniş müqabilində mallar idxal olunmamışdır. Müqaviləyə əsasən Satıcı avadanlıq və hissələrin bir qisminin Rumıniyadan (Müqavilə dəyəri 1.050.0. 00 avro - 14 yük maşını həcmində), digərlərinin isə İtaliyadan (Müqavilə dəyəri 690.0. 00 avro - 3 yük maşını həcmində) gətirilməklə Alıcıya təhvil verilməsini təşkil etməli idi. Lakin bu günədək Rumıniyadan yalnız 241.900,00 avro dəyərində - 6 yük maşını həcmində, İtaliyadan isə 537.250,00 avro dəyərində - 2 yük maşını həcmində avadanlıq (mart 2023 - 7 maşın, iyun 2023 - 1 maşın) Alıcıya təhvil verilmişdir. Müvafiq olaraq hazırki inzibati xəta prosesinin predmeti olan 394.695,00 avro məbləğində ödəniş müqabilində ölkəyə gətirilməli olan mallar idxal olunmamışdır. Bu məsələyə diqqət çəkmək üçün bir sıra səlahiyyətli qurumlara, o cümlədən xx.xx.2023 tarixli 23 saylı məktubla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinə, xx.xx.2023 tarixli 25 saylı məktubla Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaya rəsmi müraciət olunmuşdur. Müraciətlərdə ödənilmiş valyuta müqabilində malların idxal edilməməsi barədə Alıcının şikayətləri qeyd olunmuşdur. Bu müraciətlər İtaliyada tədbirlər görülməsi baxımından heç bir nəticə verməmişdir. Alıcının saysız-hesabsız yazışmalarına və şikayətlərinə baxmayaraq, Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Müqavilə üzrə hüquqlarını qorumaq, ödədiyi avans müqabilində malları idxal edə bilmək üçün X4rşı hüquqi yollara baş vurmalı olmuşdur. Bu zaman Alıcı məlumat alıb ki, Satıcı İtaliyada müflis elan olunma ilə bağlı İtaliyada aidiyyəti olan qurumlara 2023-cü ildə müraciət etmişdir. Alıcı iflas prosesində kreditor kimi iştirak etməkdə və prosesin gedişatını izləməkdədir. Satıcının iflas haqqında ərizəsini araşdıran İtaliyanın Modena Məhkəməsi 20 iyun 2024-cü il tarixli qərarı (sənəd № 15/2024 LG, Hakim cənab Bianconi) ilə AMS Ferrari MMC-ni müflis elan etmiş və Naxçıvan Şərab MMC-ni rəsmi şəkildə AMS Ferrari MMC-nin kreditorları siyahısına daxil etmiş, yəni onun kreditor statusunu təsdiq etmişdir. Belə ki, Məhkəmənin qərarı ilə Naxçıvan Şərab MMC 942.800,00 avro məbləği üçün ikinci ən böyük təminatsız kreditor kimi qəbul edilmişdir. Alıcı Modena Məhkəməsinə iş üzrə bütün sənədləri, o cümlədən, müqaviləni, müqavilə üzrə etdiyi valyutanı avans ödəməni təsdiq edən bank köçürmələrini, malların yalnız bir qismini aldığını təsdiq edən gömrük sənədlərini və müqavilə üzrə Satıcının malların qalan hissəsini təhvil vermədiyini təsdiq edən sənədləri təqdim etmişdir. Sənədləri araşdıran İtaliya Məhkəməsi 0403/AZ saylı müqavilənin icra olunan hissəsini nəzərə almış və qalan hissədə icranın mümkünsüzlüyü səbəbindən xitam vermişdir. Ümumilikdə AMS Ferrari MMC iflas prosesinə qoşulmuş kreditorlar qarşısında 5.713.373,40 avro məbləğində borc öhdəliyi daşıyır. Naxçıvan Şərab MMC bu iflas prosesində italyan vəkillə təmsil olunur və prosesin gedişatını izləyir. Müqavilə üzrə Satıcıya edilmiş bütün ödənişlər "xxxx" ASC vasitəsilə həyata keçirilmişdir. Alıcı "xxxx" ASC-ni müqavilə üzrə 394,695 avro müqabilində malların idxal edilməməsi və buna uyğun ödənilmiş avansın Satıcı tərəfindən geri qaytarılmaması və bunun Naxçıvan Şərab MMC-dən asılı olmayan səbəblərlə bağlı olması barədə məlumatlandırmışdır. "xxxx" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankına 13 avqust 2024-cü il tarixli məktub təqdim etmişdir. Naxçıvan Şərab MMC 28 avqust 2024-cü il tarixli məktubla yenidən "xxxx" ASC- yə, eyni zamanda Mərkəzi Banka müraciət etmişdir. Məktubda yuxarıdakı məlumatlar, müqavilə üzrə razılaşdırılmış malların bir qisminin idxal edilməməsi və buna uyğun ödənilmiş avansın Satıcı tərəfindən geri qaytarılmaması və bunun Naxçıvan Şərab MMC-dən asılı olmayan səbəblərlə bağlı olması ətraflı qeyd olunmuşdur. Alıcının ödəniş edib malları almaqda məqsədi araq istehsal edən zavod açmaq olmuşdur. Biznes plan layihəsi üzrə ümumi investisya məbləğinin dəyəri 5.324.810,20 manat təşkil etmişdir. Zavoda yeni avadanlıqların alınması üçün İqtisadiyyat Nazirliyi yanında X1 2022-ci ildə 1.950.000,00 manat vəsait ayrılıb - Alıcıya kredit verilmişdir. Alıcı hazırda bu borcu və onun faizini ödəməkdə davam edir. Mallar idxal edilmədiyindən və başqa mənbələrdən mallar almaq üçün istifadə olunacaq valyuta vəsaiti qaytarılmadığından zavod açılmamışdır. Alıcı İtaliyada davam edən iflas prosesində italyan vəkil və ona dəstək olan yerli hüquqşünasların xidmət haqqını və məhkəmə prosesi xərclərini ödəməkdə davam edir. Naxçıvan Şərab MMC ondan asılı olmayan səbəblərdən 0403/AZ saylı müqavilənin tam icra olunmaması problemlərindən sonra yenə də malların gətirilməsini təmin etmək üçün mümkün bütün hüquqi vasitələrdən istifadə edir. Bu dəfə müqavilə üzrə istehsal olunan malları subpodratçılardan birbaşa almaq üçün onlarla danışıqlar aparır. Belə ki, Naxçıvan Şərab MMC AMS Ferrari MMC-nin 0403/AZ saylı müqaviləni icra etməsi üçün vaxtilə əməkdaşlıq etdiyi subpodratçılardan (Rumıniyada yerləşən TM İnox SRL şirkəti və İtaliyada yerləşən Nortan MMC) müqavilənin ləğv edilmiş hissəsində malların alınması məqsədilə birbaşa danışıqlar aparmışdır. Müqavilənin ləğv olunan hissəsində yuxarıda göstərilən malların gətirilməsi üçün Naxçıvan Şərab MMC yeni kredit götürməklə qeyd olunan subpodratçılarla müqavilələri rəsmiləşdirmək mərhələsindədir. Alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirib 394,695 avro avans ödəsə də, Satıcı razılaşdırılmış malları göndərməmiş və verilməyən mallara görə avans olaraq ödənilmiş valyutanı qaytarmamışdır. Satıcının müqavilə üzrə borclu olması və öhdəliyini yerinə yetirməməsi sənədlərlə sübut olunur. Məhkəmə qərarı satıcının iflas prosesini araşdıran İtaliyanın Modena Məhkəməsi 20 iyun 2024-cü il tarixli qərarı (sənəd № 15/2024 LG, Hakim cənab Bianconi) ilə AMS Ferrari MMC-ni müflis elan etmiş və Naxçıvan Şərab MMC-ni rəsmi şəkildə AMS Ferrari MMC-nin kreditorları siyahısına daxil etmiş, yəni onun kreditor statusunu təsdiq etmişdir. Belə ki, Məhkəmənin qərarı ilə Naxçıvan Şərab MMC 942.800,00 avro məbləği (Satıcının müqavilə öhdəliyini yerinə yetirməməsinə görə cərimə pulu daxil) üçün kreditor kimi qəbul edilmişdir. Hazırki inzibati xəta prosesinin predmeti olan 394.695,00 avro məbləğində avans da bu ümumi məbləğə daxildir. Alıcı Modena Məhkəməsinə də iş üzrə bütün sənədləri, o cümlədən, müqaviləni, müqavilə üzrə valyutanı avans ödəməsini təsdiq edən bank köçürmələrini, malların yalnız bir qismini aldığını təsdiq edən gömrük sənədlərini və müqavilə üzrə Satıcının malların qalan hissəsini təhvil vermədiyini təsdiq edən sənədləri təqdim etmişdir. Sənədləri araşdıran İtaliya Məhkəməsi 0403/AZ saylı müqavilənin icra olunan hissəsini nəzərə almış və qalan hissədə icranın mümkünsüzlüyü səbəbindən xitam vermişdir. Lakin bu xitam müqavilənin icra olunmayan hissəsində avans olaraq ödənilən məbləğin, o cümlədən 394,695 avronun avtomatik olaraq Alıcıya qaytarılacağına təminat vermir. Hazırda AMS Ferrari MMC ilə bağlı İtaliyada iflas prosesi davam edir və onun nə zaman başa çatacağı və prosesin sonunda "xxxx" MMC-yə nə qədər vəsait veriləcəyi məlum deyil. Ümumilikdə AMS Ferrari MMC iflas prosesinə qoşulmuş kreditorlar qarşısında 5.713.373,40 avro məbləğində borc öhdəliyi daşıyır. İtaliya qanunvericiliyinə görə İtaliyanın Modena Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarı aralıq xarakter daşıyıb satıcının öhdəlikləri siyahısını təsdiq edir. Məhkəmə iflas prosesinin sonunda vəsaitin paylaşılması ilə bağlı qərar qəbul edəcək. Üstəlik Məhkəmə qərarına əsasən, Alıcı təminatsız kreditorlar siyahısına salınmışdır. İtaliya qanunvericiliyinə əsasən, təminatsız kreditor kimi tanınma o deməkdir ki, iflas prosesinin sonunda ödəniş almaqda Alıcının digər kreditorlara münasibətdə üstünlük hüququ yoxdur. Alıcı yalnız iş üzrə təminatlı kreditorlardan sonra vəsait qaldığı halda ödəniş əldə edə bilər. Alıcı valyutanın qaytarılması və ya malların gətirilməsi üçün mümkün hüquqi vasitələrdən istifadə etmişdir: Satıcıdan heç bir xəbər ala bilməyən Alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün 2023-cü ildən İtaliyada və Azərbaycanda hüquq xidmətlərindən istifadə etməyə məcbur olmuşdur. Alıcı hüquqşünaslar vasitəsi ilə Satıcının iflas üçün müraciət etdiyini öyrənmişdir. Naxçıvan Şərab MMC hazırda da bu iflas prosesində italyan vəkillə təmsil olunur və prosesin gedişatını izləyir. Alıcı nəinki malları və ya ödədiyi vəsaiti geri ala bilməmiş, həm də bununla əlaqəli avans ödəmək üçün vaxtilə Azərbaycanda alınmış krediti qaytarmaq və faizini ödəmək, Azərbaycanda zavodu işə sala bilmədiyinə görə itirilmiş mənfəət, İtaliya və Azərbaycanda hüquqi xidmət xərcləri kimi ciddi maddi zərərə məruz qalmışdır. Beləliklə də AMS Ferrari MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə və müflis elan olunduğuna görə, spirtli içkilərin istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların alışı üçün ölkədən avans olaraq məxaric olunan 394,695 avro məbləğində vəsaitin bir hissəsinin qarşılığı olaraq malların ölkəyə gətirilməsi və vəsaitlərin qaytarılması Naxçıvan Şərab MMC-dən asılı olmayan səbəblərdən mümkün olmamışdır. İnzibati xəta protokolunda "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etdiyi 13 avqust 2024-cü il tarixli məktuba istinad edilmişdir. Həmin məktubda malların gətirilməməsi və valyutanın qaytarılmaması səbəbləri göstərilməmiş, baxmayaraq ki Naxçıvan Şərab MMC bu barədə bankı məlumatlandırmışdır. Bundan əlavə, X6 MMC-nin Mərkəzi Banka göndərdiyi məktuba və oradakı əsaslara istinad yoxdur. Naxçıvan Şərab MMC-nin Mərkəzi Banka göndərdiyi 28 avqust 2024-cü il tarixli məktubda yuxarıdakı məlumatlar, müqavilə üzrə razılaşdırılmış malların bir qisminin idxal edilməməsi və buna uyğun ödənilmiş avansın Satıcı tərəfindən geri qaytarılmaması və bunun Naxçıvan Şərab MMC-dən asılı olmayan səbəblərlə bağlı olması ətraflı qeyd olunmuş və sübutlar əlavə olunmuşdur. Naxçıvan Şərab MMC-yə isə inzibati xəta barədə icraat aparılarkən məlumat verilməmiş və iştirakı təmin edilməmişdir. İcraatda iştiraklarının təmin edilməməsi Naxçıvan Şərab MMC-ni İXM-in yuxarıda qeyd edilmiş 61.1-ci maddəsində göstərilən hüquqlardan istifadədən məhrum edib ki, bunun nəticəsində də Naxçıvan Şərab MMC inzibati xətaya yol verilmədiyinə dair sübutlarını təqdim edə bilməmişdir. Naxçıvan Şərab MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün tərtib edilmiş inzibati xəta haqqında Protokol ləğv edilməklə, Naxçıvan Şərab MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru 17 oktyabr 2024-cü il tarixdə məhkəməyə iş üzrə sübutun təqdim olunması və iş üzrə icraata xitam verilməsi haqqında vəsatət göndərmişdir. Vəsatətdə qeyd edilmişdir ki, "xxxx" MMC-nin kreditor kimi iştirak etdiyi iflas prosesində İtaliyanın Modena Məhkəməsinin təqdim etdiyi 20 iyun 2024-cü il tarixli aktının (№ 15/2024, X13) apostil olunmuş və tərcüməsinin notariat qaydasında təsdiq olunmuş versiyasını təqdim etmişlər. "xxxx" MMC qanuni əsaslarla xaricə avans ödəsə də, mallar ona göndərilməmiş və ödədiyi valyuta da qaytarılmamışdır və bu, "xxxx" MMC-dən asılı olmayan səbəblə bağlıdır. Belə ki, malları təhvil verməli və ya valyutanı geri qaytarmalı olan İtalyan şirkəti (AMS Ferrari MMC) müflis elan olunmuş və onunla bağlı iflas prosesi davam edir. Yəni "xxxx" MMC-nin əməlində iddia olunan inzibati xəta tərkibi (İnzibati Xətalar Məcəlləsi, 403.4-cü maddə) yoxdur. İtaliyada hələ davam etməkdə olan prosesdə 20 iyun 2024-cü il tarixli məhkəmə aktı kreditorların və onlara qaytarılmalı olan borc siyahısını təsdiq edir. Belə ki, məhkəmə aktı ilə Naxçıvan Şərab MMC 942.800,00 avro (müqavilə üzrə avans ödənilmiş 860.350,00 avro və müqavilə üzrə cərimə 82,450 avro) məbləği üçün təminatsız kreditor kimi tanınmışdır. Bu o deməkdir ki, qeyd edilən məhkəmə prosesi üzrə Modena məhkəməsi AMS Ferrari Srl-in Naxçıvan Şərab MMCyə borclu olduğunu və bu borcunu ödəmədiyini təsdiq etmişdir. Bu halları nəzərə alaraq, İtaliyanın Modena Məhkəməsinin təqdim etdiyi 20 iyun 2024-cü il tarixli aktının (№ 15/2024, X13) apostil olunmuş versiyasını iş üzrə yetərli (lazımi qaydada) sübut kimi qəbul edilməsini xahiş etmişlər. İtaliyanın Modena Məhkəməsinin təqdim etdiyi 20 iyun 2024-cü il tarixli aktının Azərbaycan Respublikasında tanınması ilə bağlı qeyd edir ki, Modena Məhkəməsinin təqdim etdiyi 20 iyun 2024-cü il tarixli aktı xarici dövlət məhkəmələrinin qətnamələrinin tanınması prosedurundan keçməsi məqsədilə Naxçıvan Şərab MMC tərəfindən Ali Məhkəməyə müraciət edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmuş və hazırda aktının Azərbaycan Respublikasında tanınması ilə bağlı Ədliyyə Nazirliyindən müraciətin nəticəsi barədə cavab gözləyirlər. Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Məhkəməsində Naxçıvan Şərab MMC-yə qarşı növbəti inzibati xəta üzrə məhkəmə prosesinin 22 oktyabr 2024-cü il tarixinə təyin olunduğu barədə məlumatlandırılmışdır. Modena Məhkəməsinin 20 iyun 2024-cü il tarixli aktının tanınma üçün təqdim edilməsinə baxmayaraq, bu aktın tanınma prosedurandan keçirilməsinə ehtiyac olmadan sübut kimi qəbul edilməli olduğu ilə bağlı qeyd edir ki, 20 iyun 2024-cü il tarixli sənəd məhkəmə aktıdır. Bu akt iflas prosesində birinci mərhələnin tərkib hissəsi kimi kreditorlar və öhdəliklər siyahısını təsdiq edir və icraya yönəldilmişdir. Amma sənəd “məhkəmə qətnaməsi” deyil. Mülki Prosessual Məcəllənin (MPM) 469-cu maddəsində (Ümumi qaydalar) nəzərdə tutulduğu kimi tanınma prosesi “qətnamələr” üçün tətbiq olunur. Belə ki adı çəkilən maddəyə əsasən, xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. MPM-in 15-ci maddəsinə (Məhkəmə aktlarının məcburiliyi) əsasən, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 20 iyun 2024-cü il tarixli qərar X11 və İflas Məcəlləsinə (2019-cu il) əsasən qəbul olunmuşdur. Belə ki, apostil olunmuş məhkəmə aktında da istinad olunduğu kimi İflas Məcəlləsinin 204-cü maddəsinə əsasən “Maddə 204. Borc öhdəliyinin formalaşdırılması və icrası- 1. Səlahiyyətli hakim 201-ci maddəyə uyğun olaraq təklif edilmiş ərizəni qısa şəkildə əsaslandırılmış qərardadı ilə tam və ya qismən qəbul edilən elan edir və ya rədd edir və ya qəbuledilməyən elan edir. Şikayətin qəbuledilməz elan edilməsi onun sonradan yenidən təqdim edilməsinə mane olmur...4. Bütün ərizələrə baxdıqdan sonra səlahiyyətli hakim öhdəliklər haqqında arayış - borc hesabatı tərtib edir və onu katibliyə təqdim etdiyi qərardadla icraya yönəldir”. 20 iyun 2024-cü il tarixli məhkəmə aktı “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya uyğun olaraq apostil olunmaqla rəsmi sənəd kimi məkəməyə təqdim olunmuşdur. Belə ki, Konvensiyanın məqsədləri üçün dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alman sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər rəsmi sənəd hesab edilir. Yuxarıda qeyd edilənləri nəzərə alınaraq, apostil olunmuş və tərcüməsi notariatda təsdiq edilmiş Modena Məhkəməsinin AMS Ferrari MMC-ni müflis elan etməsi və "xxxx" MMC-ni həmin şirkətin kreditorlarından biri kimi tanıması haqqında 20 iyun 2024-cü il tarixli aktının aktını - rəsmi sənəd və mötəbər sübut kimi qəbul edilərək "xxxx" MMC barədə başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Odur ki, bu hallan nəzərə alaraq, Naxçıvan Şərab MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün Naxçıvan Şərab MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi 22 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC xx.xx.2024-cü il tarixdə Mərkəzi Banka müraciət edərək avans vəsaitinin göndərildiyi "xxxx" şirkətinin müflis elan olunması ilə əlaqədar malların ölkəyə idxalının və ya göndərilmiş vəsaitin geri qaytarılmasının mümkün olmadığını bildirmiş və bununla əlaqədar müvafiq sənədləri təqdim etmişdir. Təqdim olunan sənədlərdən görünür ki, "xxxx" şirkətinin müflis elan olunması ilə əlaqədar məhkəmə işinə İtaliyanın “Tribunale di Modena” məhkəməsində baxılır. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə kreditorlar və onların tələbləri təsdiqlənmişdir. Qeyd olunan qərarda siyahı üzrə 117-ci nömrədə kreditor kimi "xxxx" MMC tanınmışdır. Əlavə olaraq, “Naxçıvan Şərab" MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə xx.xx.2024-cü il tarixdə müvafiq sənədlər əlavə olunmaqla müraciət edərək İtaliya Respublikasının Modena Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15/2024 nömrəli qərarının tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, hazırki inzibati xəta haqqında iş üzrə bütün sübutları qiymətləndirərək xaricə köçürülmüş avans vəsaiti üzrə malların ölkəyə idxalının və ya vəsaitin geri qaytarılmasının "xxxx" MMC-nin təqsirli hərəkətləri (hərəkətsizliyi) ilə əlaqəli olub-olmadığına dair qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 izahatında malların Azərbaycan ərazisinə gətirilə bilməməsinin səbəbi həmin şirkətin müflis elan edilməsi olduğunu, vəkilin qeyd etdiklərinə əlavəsi olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin müdafiəçisi X12 izahatında protokola etiraz və zəruri sənədlərin məhkəməyə göndərildiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış kredit vəsaiti hesabına "xxxx" MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlandığını, müəyyən miqdar ödəniş də edildiyini, hətta malların bir hissəsinin də ölkə ərazisinə gətirildiyini, lakin İtaliya məhkəməsi tərəfindən "xxxx" MMC-nin müflis elan edildiyini, 120 şirkətin də kreditor olaraq müəyyənləşdirildiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də kreditorlar arasına 117-ci sırada olduğunu, İtaliya məhkəməsinin qərarının ölkə ərazisində tanınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edildiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iradəsindən asılı olmayan səbəbdən malların ölkəyə idxalının mümkün olmadığını, onsuzda şirkətin kifayət qədər ziyanda olduğunu, bunların nəzərə alınmalı olduğunu, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 28 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuş inzibati xətanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri ucbatından törədilmədiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə bağladığı "xxxx" MMC şirkəti müflis olduğu üçün malların ölkəyə idxal edilə bilmədiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş E-Kredit Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 avqust 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin müştərisi olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə malların alınması məqsədi ilə 394695.00 (üç yüz doxsan dörd min altı yüz doxsan beş) EUR məbləğində avans ödənişi köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənəd Banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş 02 avqust 2022-ci il tarixli köçürmə üçün ərizədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 394695.00 (üç yüz doxsan dörd min altı yüz doxsan beş) Avro məbləğində pulun öz hesabından "xxxx" Şirkəti hesabına köçürülməsi üçün Naxçıvan Bank ASC-yə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, həqiqətən də 02 avqust 2022-ci il tarixdə 394695.00 (üç yüz doxsan dörd min altı yüz doxsan beş) Avro məbləğində pul "xxxx" Şirkəti hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş İtaliyanın Modena Məhkəməsinin 20 iyun 2024-cü il tarixli aktının apostil olunmuş versiyasından görünür ki, AMS Ferrari şirkəti müflis elan edilmiş və Naxçıvan Şərab MMC rəsmi şəkildə AMS Ferrari şirkətinin kreditorları siyahısına daxil edilmiş, yəni onun kreditor statusu təsdiq edilmişdir. Məhkəmənin qərarı ilə "xxxx" MMC 942.800,00 avro məbləği üçün təminatsız kreditor kimi qəbul edilmişdir. Həmçinin iş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış ərizələrdən görünür ki, "xxxx" MMC İtaliya Respublikasının Modena Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 15/2024 saylı qərarının tanınması üçün müvafiq olaraq həmin orqanlara rəsmi formada müraciət etmişdir. Məhkəmə məhkəməyə təqdim edilən sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Məhkəmə belə hesab edir ki, əgər malların gətirilməsini və xidmətlərin göstərilməsini həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilməsini təsdiq edən sənədlər mövcuddursa hüquqi şəxsin əməli İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən protokolda göstərilən 394695.00 (üç yüz doxsan dörd min altı yüz doxsan beş) Avro məbləğində pulun qarşılığında malların pulun köçürülməsindən sonra 2 il müddətində ölkəyə gətirilə bilməməsi hüquqi şəxsin iradəsindən asılı olmayan səbəbdən, yəni AMS Ferrari şirkətinin müflis olması səbəbindən baş vermişdir. Bununla da "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-348/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-348/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver