Məhkəmə qərarları › İş №3(078)-35/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-35/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-35/2022 14.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1988-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, işsiz, 4 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyən etdi : Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 14 aprel 2022-ci il tarixli, 303008/1883/2021 nömrəli məktubu ilə Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 aprel 2022-ci il tarixli, 012263 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-639/2016 nömrəli, 12 oktyabr 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş 17 noyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən 14 iyun 2016-cı il tarixdən hesablanmağa başlayaraq Şəxs hər ay sabit pul məbləğində hər bir uşağa görə 90 (doxsan) manat olmaqla cəmi iki uşağa görə 180 (yüz səksən) manat alimentin tutularaq 23 yanvar 2012-ci il tarixdə doğulmuş X1 və 06 sentyabr 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X4 ödənilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-440/2021 nömrəli, 25 may 2021-cı il tarixli qətnaməsi əsasında verilmiş 12 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 saylı qətnaməsi ilə 23 yanvar 2012-ci il təvəllüdlü X3 və 06 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılması, 23 yanvar 2012-ci il təvəllüdlü X3 və 06 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay 1 uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 260 (iki yüz altmış) manat miqdarında alimentin tutularaq uşaqların anası X4 ödənilməsi, 14.11 (on dörd manat on bir qəpik) manat miqdarında dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-507/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 07 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1. yataq və qonaq otağı dəsti- 1 ədəd- 2000 manat; 2. xalça 3x4 ölçüdə- 3 ədəd- 300 manat; 3. xalça 2x3 ölçüdə- 4 ədəd- 260 manat; 4. sandıq- 1 ədəd- 80 manat; 5. stol-stul dəsti- 1 ədəd- 200 manat; 6. listur- 1 ədəd- 80 manat; 7. pərdə- 12 metr- 100 manat; 8. yorğan-döşək dəsti- 2 ədəd- 250 manat; 9. yorğan silikon- 2 ədəd- 80 manat; 10. yorğan maçalka- 2 ədəd- 50 manat; 11. balınc- 6 ədəd- 60 manat; 12. diz döşəyi- 2 ədəd- 50 manat; 13. tozsoran Beko markalı- 1 ədəd- 140 manat; 14. ətçəkən maşın Beko markalı- 1 ədəd- 50 manat; 15. böyük qazan- 2 ədəd- 40 manat; 16. ləyən- 3 ədəd- 22 manat; 17. böyük qazan- 1 ədəd- 50 manat; 18. qasturka dəsti- 1 ədəd- 50 manat; 19. qaşıq dəsti (çamadan)- 1 ədəd- 60 manat; 20. obedni serviz- 1 dəst- 150 manat; 21. çaydan-çaynik- 3 dəst- 100 manat; 22. çaydan- 3 ədəd- 70 manat; 23. nimçə (sovuz, dolma, plov 12x3)- 36 manat; 24. gümüş qaşıq (12 böyük, 12 balaca)- 30 manat; 25. rumka dəsti- 12 ədəd- 12 manat; 26. mətbəx naboru- 1 ədəd- 20 manat; 27. tək qasturka- 6 ədəd- 50 manat; 28. böyük qasturka- 1 ədəd- 30 manat; 29. güldan- 2 ədəd- 20 manat; 30. çaşka dəsti- 4 ədəd- 36 manat; 31. şokolad qabı- 12 ədəd- 40 manat; 32. zərli şokolad qabı- 4 ədəd- 30 manat; 33. saat (1 divar, 1 stolüstü)- 2 ədəd- 60 manat; 34. meyvə qabı- 4 ədəd- 60 manat; 35. stəkan-nəlbəki- 12x2 ədəd- 50 manat; 36. podnus- 6 ədəd- 60 manat; 37. çömçə-1 ədəd- 15 manat; 38. şirli vedrə- 1 ədəd- 25 manat; 39. su sənəyi- 1 ədəd- 30 manat; 40. çamadan- 1 ədəd- 50 manat; 41. armudu stəkan (zərli)- 3 dəst- 50 manat; 42. çərəz qabı- 1 ədəd- 30 manat; 43. rumka dəsti (36 predmet)- 50 manat; 44. çöçə qabı- 12 ədəd- 50 manat; 45. kül qabı- 12 ədəd- 20 manat; 46. bıçaq dəsti- 12 ədəd- 20 manat; 47. duz qabı- 12 ədəd- 6 manat; 48. paltar setkası- 1 ədəd- 6 manat; 49. mələfə-çexol dəsti- 12 ədəd- 232 manat; 50. tək mələfə- 12 ədəd- 50 manat; 51. balınc üzü- 12 ədəd- 50 manat; 52. əl-üz dəsmalı- 12 ədəd- 50 manat; 53. çay dəsmalı- 12 ədəd- 30 manat; 54. pilet- 2 ədəd- 50 manat; 55. kravat örtüyü- 1 ədəd- 100 manat; 56. skater- 2 ədəd- 50 manat; 57. stol kliyonkası- 6 ədəd- 20 manat; 58. stol skateri- 6 ədəd- 50 manat; 59. hamam dəsti (xalat)- 2 ədəd- 100 manat; cehiz əşyaları olmadıqda isə onların dəyəri olan 5.910 (beş min doqquz yüz on) manatın Şəxs alınıb X4 qaytarılması, Şəxs dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq X4 qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarlarla 17 noyabr 2016-cı il tarixdə, 13 iyul 2021-ci il tarixdə və 07 sentyabr 2021-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin müvafiq məktublarla göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs oğlu məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-639/2016 nömrəli, 12.10.2016-cı il tarixli icra sənədi üzrə ondan hər ay 180 manat, 2(078)-440/2021 nömrəli, 25.05.2021-ci il tarixli icra sənədi üzrə hər ay 260 manat və 2(078)-507/2021 nömrəli, 23.07.2021-ci il tarixli icra sənədə əsasən isə 5910 manatın alınaraq X5 ödənilməli olduğunu, icra sənədlərinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərarların, tələləbin könüllü icrası barədə bildirişin ona göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələbin könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyi, lakin onun Naxçıvan Şəhər Məhkəməsinin 12.10.2016-cı il tarixli icra sənədi üzrə 1847 manat, 25.05.2021-ci il tarixli icra sənədi üzrə 01.04.2022-ci il tarixədək 2244 manat, 23.07.2021-ci il tarixli icra sənədi üzrə isə 3211 manat borcunun olduğu, maddi imkanı aşağı olduğundan həmin ödənişləri icra edə bilmədiyini, hazırda işsiz olduğunu, bundan sonra icra sənədləri üzrə hər ay ödəniş edəcəyini, əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 noyabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-639/2016 nömrəli iş üzrə icraata başlanmış, 13 iyul 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-440/2021 nömrəli iş üzrə icraata başlanmış, 07 sentyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-507/2021 nömrəli iş üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müvafiq qərarlar üzrə 17 noyabr 2016-cı il tarixdə, 13 iyul 2021-ci il tarixdə, 07 sentyabr 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 18 aprel 2017-ci il tarixdə, 27 dekabr 2019-cu il tarixdə, 24 iyun 2020-ci il tarixdə, 07 oktyabr 2021-ci il tarixdə, 08 aprel 2022-ci il tarixdə, 11 aprel 2022-ci il tarixdə, 12 aprel 2022-ci il tarixdə, 13 aprel 2022-ci il tarixdə xəbərdarlıq verilmiş və borclu tərəfindən 08 aprel 2022-ci il tarixdə, 11 aprel 2022-ci il tarixdə, 12 aprel 2022-ci il tarixdə və 13 aprel 2022-ci il tarixdə icra şöbəsinə borcun ödəniləcəyi ilə bağlı iltizamlar təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 21 sentyabr 2021-ci il tarixli, 04\554 nömrəli məktubundan aydın olur ki, Şəxs oğlunun adına qeydə alınmış torpaq sahəsi və ya yaşayış evi yoxdur. Naxçıvan Şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli, 02/348 nömrəli məktubundan məlum olur ki, Şəxs oğlu heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR Dövlət Sosial Müdafiə X14 Şəxsinin Hərbi Qulluqçular Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsinin 08 sentyabr 2021-ci il tarixli, 01/255 nömrəli məktubundan aydın olur ki, Şəxs oğlu həmin şöbədə qeydiyyatda durmur və heç bir növ pensiya almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs oğlunun səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X12 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar