Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-352/2023 31.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci il tarixdə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Abşeron Rayon Məhkəməsinin 2(012)-3093/2018 nömrəli, 16 iyul 2018-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, 04 iyun 2007-ci il təvəllüdlü X2, 19 yanvar 2009-cu il təvəllüdlü X4 və 21 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay 154 manat, cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 xeyrinə verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin 16 iyul 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş üzrə icraata 08 avqust 2018-ci il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, aliment borcu yaranmış, beləliklə, Şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq icra vərəqəsinin icrasını yerinə yetirmədiyini, bu günədək ödəmələr etdiyini, sənədləşmədən etdiyini, tələbkarın isə ödəmələri nəzərə almadığını, bu səbəbdən borcunun yarandığını, lakin bir neçə ay işsiz olduğundan ödəmə edə bilmədiyini, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Abşeron Rayon Məhkəməsinin 2(012)-3093/2018 nömrəli, 16 iyul 2018-ci il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3093/2018 nömrəli, 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə, 04 iyun 2007-ci il təvəllüdlü X2, 19 yanvar 2009-cu il təvəllüdlü X4 və 21 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay 154 manat, cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 xeyrinə verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin 16 iyul 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 08 avqust 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, 3 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim Qabil Məmmədov.