Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-352/2024 10.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 iştirakları ilə, xx.xx.2000-ci ildə, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, fərdi sahibkar, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 10 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X12 tərəfindən tərtib olunmuş 10 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 09 sentyabr 2024-cü il tarixdə gecə saat 11 radələrində öz şəxsi avtomobili ilə Park AVM tərəfdən endiyi zaman bir qadın sürücünün avtomobilinin yanından sürətlə keçdiyini, yan güzgüsünün onun avtomobilinə dəydiyini, xanımın onu saxlatdığını, nalayiq ifadələr işlətdiyini, avtomobili sürüb uzaqlaşdığını, evə getdiyini, hadisənin üstündən 10 dəqiqə keçdikdən sonra polis əməkdaşlarının onu küçəyə çağırdıqlarını, onlara yaxınlaşdığını, onu Naxçıvan şəhər Polis İdarəsinə dəvət etdiklərini, onlara günahın özündə olmadığını izah etməyə çalışdığını, bir az tabesizlik göstərdiyini, içkili olduğunu, sonradan idarəyə getdiklərini, gecəni polis şöbəsində saxlanıldığını, əməlindən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman 102 xidmətindən məlumat daxil olduğunu, B.Abbasov küçəsində sərxoş halda nəqliyyat vasitəsini idarə edən bir nəfər şəxsin YPX-nin əməkdaşlarına tabesizlik göstərdiyi üçün həmin ünvana yaxınlaşdıqlarını, həmin ünvana yaxınlaşan zaman həmin şəxsin onları görərək qaçmağa başladığını, həmin şəxsi saxlamaq üçün Tarix Hüseynov və Fazil Abdullayevin onun arxasınca qaçdıqlarını, həmin şəxsi saxlamaq istəyən zaman onlara qarşı müqavimət göstərdiyini, onun qoluna xüsusi vasitə olan qandalla bağlayıb avtopatrula aparan zaman onu bir daha nizam-intizama dəvət edib hərəkətlərinə son qoymasını tələb etdiklərini, şəxsin onların qanuni tələbinə tabe olmayaraq təkrar uca səslə nalayiq ifadələr işlədərək tabesizlik göstərdiyini, həmin şəxsi avtopatrula mindirən zaman təkrar ona müqavimət göstərməyə başladığını, sonra həmin şəxsi avtopatrulla idarəyə apardıqlarını, idarədə həmin şəxsin Şəxs olduğunun məlum olduğunu bildirdi. X6 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman 102 xidmətindən məlumat daxil olduğunu, B.Abbasov küçəsində sərxoş halda nəqliyyat vasitəsini idarə edən bir nəfər şəxsin YPX-nin əməkdaşlarına tabesizlik göstərdiyi üçün həmin ünvana yaxınlaşdıqlarını, həmin ünvana yaxınlaşan zaman həmin şəxsin onları görərək qaçmağa başladığını, həmin şəxsi saxlamaq üçün özünün və Fazil Abdullayevin onun arxasınca qaçdıqlarını, şəxsi saxlayan zaman Fazil Abdullayevin burun nahiyyəsindən kəllə zərbəsi vurduğunu, özü xüsusi vasitə ilə onun qolunu bağlamaq istəyən zaman sağ çiyin nahiyyəsini dişləyib xəsarət yetirdiyini, həmin şəxsi avtopatrula aparan zaman onu bir daha nizam-intizama dəvət edib avtopatrula minməsini tələb etdiklərini, şəxsin onların qanuni tələbinə tabe olmayaraq uca səslə nalayiq ifadələr işlədərək tabesizlik göstərdiyini, həmin şəxsi avtopatrula mindirən zaman Fərzəndə Məmmədovun sağ ayağının bud nahiyyəsindən təpiklə vurduğunu, sonra həmin şəxsi avtopatrulla idarəyə apardıqlarını, idarədə həmin şəxsin Şəxs olduğunun məlum olduğunu bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman 102 xidmətindən məlumat daxil olduğunu, B.Abbasov küçəsində spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə edən bir nəfər şəxsin YPX-nin əməkdaşlarına tabesizlik göstərdiyi üçün həmin ünvana yaxınlaşdıqlarını, həmin ünvana yaxınlaşan zaman həmin şəxsin onları görərək qaçmağa başladığını, həmin şəxsi saxlamaq üçün özünün və Tarix Hüseynovun onun arxasınca qaçdıqlarını, şəxsi saxlayan zaman onun burun nahiyyəsindən kəllə zərbəsi vurduğunu, Tarix Hüseynov xüsusi vasitə ilə onun qolunu bağlamaq istəyən zaman sağ çiyin nahiyyəsini dişləyib xəsarət yetirdiyini, həmin şəxsi avtopatrula aparan zaman onu bir daha nizam-intizama dəvət edib avtopatrula minməsini tələb etdiklərini, şəxsin onların qanuni tələbinə tabe olmayaraq uca səslə ünvansız nalayiq ifadələr işlədərək tabesizlik göstərdiyini, həmin şəxsi avtopatrula mindirən zaman Fərzəndə Məmmədovun sağ ayağının bud nahiyyəsindən təpiklə vurduğunu, sonra həmin şəxsi avtopatrulla idarəyə apardıqlarını, idarədə həmin şəxsin Şəxs olduğunun məlum olduğunu bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə Toğrul Rəşidov ilə Nizami küçəsində xidmətdə olarkən **-BK-*** dövlət qeydiyyat nişan nömrəli avtomobilin yolun hərəkət istiqamətində saxlayaraq düşüb yolun kənarında dayanan digər avtomobilin sürücüsü ilə mübahisə etdiyini gördüklərini, inzibati xəta pozuntusu ilə əlaqədar protokol tərtib etmək üçün xidməti avtomobili saxlayaraq yerə düşəndə xidməti avtomobili görən sürücünün tez öz maşınına minərək həmin yerdən sürətlə uzaqlaşdığını, burada həmin şəxsin eyni zamanda yol nəqliyyat hadisəsi törətdiyini, eyni zamanda hərəkətlərinə şübhə yaratdığı üçün xidməti nəqliyyat vasitəsi ilə bir neçə dəfə sürücüyə nəqliyyat vasitəsini saxlaması üçün işarə verdiklərini, lakin sürücünün nəqliyyat vasitəsini saxlamayaraq davam etdiyini, daha sonra şəxsin Gəlinqaya şadlıq sarayının arxasında saxlayaraq bir evə girdiyini, onlara bir nəfərin yaxınlaşaraq avtomobilin özünə məxsus olduğunu və oğlunun idarə etdiyini bildirdiyini, inzibati xəta törətdiyini və polis idarəsinə gəlməli olduğunu bildirdiklərini, bu zaman sürücünün onlara yaxınlaşdığını gördüklərini, atasının nə etdiyini soruşduqda atası ilə mübahisə etməyə başladığını, şəxsin hərəkət və danışığından sərxoş olduğunun hiss olunduğunu, şəxsin əmrə tabe olmadığını və aqressiv hərəkət etdiyini gördükdə məruzə edərək PPX-dən köməklik istədiklərini, bu zaman hadisə yerinə patrul xidməti avtomobilinin və üç nəfər polis əməkdaşının gəldiyini, sürücünün bunları gördükdə qaçaraq uzaqlaşmaq istədiyini, lakin qaçarkən saxlanıldığını, xidməti avtomobilə mindirilərkən yenə də tabesizlik göstərdiyini, bu zaman PPX əməkdaşını üzündən vurduğunu, burnunun qanadığını, sonra şəxsin qandallandığını, avtomobilə mindirilərək idarəyə aparıldığını bildirdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə öz şəxsi nəqliyyat vasitəsi ilə Nizami küçəsində hərəkət edərkən **-BK-*** qeydiyyat nömrəli, mercedes markalı avtomobilin onun maşınının sol aynasınıı vurub keçdiyini, Zəfər parkının yanında saxlayıb mübahisə etdiklərini, onu təhqir etdiyini, maşınına minməyə çalışdığını, polis əməkdaşlarına zəng edib kömək istədiyini, daha sonra şəhər şöbəsinə gəldiyini, həmin şəxslə mübahisə etdiyini, şəxsin onu yenə təhqir etdiyini, əl qaldırdığını, təpiklə vurduğunu, həmin vaxt polis əməkdaşlarına da müqavimət göstərərək tabe olmadığını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Belə ki, inzibati tutma haqında protokolda şəxsin 10 sentyabr 2024-cü il tarixdə, saat 10:00 da inzibati qaydada tutulduğu qeyd olunsa da, şəxs məhkəməyə verdiyi izahatında 09 sentyabr 2024-cü il axşamdan etibarən polis şöbəsində saxlanıldığını bildirmişdir. Ona görə də inzibati həbsin əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X13 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-352/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-352/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver