Məhkəmə qərarları › İş №3(078)-354/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-354/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-354/2023 31.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Şəxs barəsində Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd olunmuşdur ki, Şəxs “Hyundai Elantra” markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq zərər yetirmişdir. Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəzərdə tutulmuşdur. Lakin iş materiallarında Şəxs **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olması araşdırılmamış və bunu təsdiq edən sənəd materiallara əlavə edilməmişdir. Həmçinin həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən, bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyətin yaranması görünür. İnzibati icraat zamanı sağlamlığa yetirilən xəsarətin müəyyən olunması ilə əlaqədar araşdırma aparılması ilə əlaqədar sübut əlavə olunmamışdır. Həmçinin iş materiallarından görünür ki, Şəxs müdafiəçi təqdim edilməmişdir. İnzibati xəta haqqında protokola inzibati xəta törədən şəxsin hüquq və vəzifələrinin izahına dair bildiriş əlavə edilməmişdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin onun səlahiyyətlərinə aid olub-olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tətbiq edilibedilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmamasını həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 31 iyul 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109,118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 31 iyul 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əlavə olunmuş sənədlərlə birlikdə Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar