Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-355/2024 03.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş şəxs X9 iştirakları ilə, xx xxxx 1994-cü ildə Babək rayon, Nəzərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), ali təhsilli, evli, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, "xxxx" QSC-də baş redaktor işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 11 sentyabr 2024-cü il tarixdə Naxçıvan MR Prokurorluğu tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 09 sentyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs X10 Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğuna ərizə ilə müraciət edərək ərizəsində 2023-cü il dekabr ayının 15-də əvvəl işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş redaktoru Şəxs tərəfindən hava limanı yolu istiqamətində, Babək rayonu ərazisində fiziki şiddətə məruz qaldığını, adı çəkilən şəxsin sonralar 3 müxtəlif vaxtda ona xəsarət yetirdiyini, sonuncu dəfə 2024-cü il, yanvar ayının 19-da danışmaq adı ilə "**-BH-***" nömrə nişanlı avtomobilinə dəvət edib, o mindiyi anda qapıları kilidləyib, avtomobili işə saldığını, enmək istədiyini dəfələrlə bildirməyinə rəğmən onun dinləmədiyini, Şahbuz rayonu ərazisində, "Şahbuz" məlumatverici-göstərici yol nişanının qarşısındakı döngədə, boş ərazidə mühərriki söndürüb arxa oturacağa keçdiyini və onu döyməyə, çoxsaylı xəsarətlər yetirməyə başladığını, Şəxs bu zaman özünün telefonu ilə başına, qollarına və ayaqlarına vurduğunu, üz nahiyəsinə yumruq zərbələri endirdiyini, başını avtomobilin pəncərələrinə vurduğunu, şiddətin ardından onun şəxsinə qarşı cinsi zorakılıq da etdiyini, maşından çıxıb qaçmaq istədiyini, amma onun buna imkan vermədiyini, yerdə sürüyərək təkrar avtomobilinə mindirdiyini, həmin gün orada şəxsi telefonunu da içərisində sübutlar olduğunu bildiyi üçün qırdığını, sonradan telefon alıb versə də, aralarında barışıq baş tutmadığını, həmin telefonun onun telefonu dəyərində olmadığını və illərlə işlədilmiş köhnə cihaz olduğunu, o Şəxs aldığı fiziki xəsarətlərə-döyülməyinə, cinsi istismar edildiyinə və şəxsi əmlakının qəsdən məhv edildiyinə görə şikayətçi olduğunu, bu barədə ciddi tədbir görülməsini və Şəxs qanunla cəzalandırılmasını xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs 19 yanvar 2024-cü il tarixdə Naxçıvan şəhəri, 49-cu məhəllədə X10 ilə özünəməxsus avtomobildə görüşərkən sonuncuya məxsus “X17 9S” markalı mobil telefonun yaddaşında olan məlumatları sildikdən sonra yerə çırparaq qırmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Naxçıvan şəhəri, 49-cu məhəllədə hadisənin baş verdiyini, Nəzrin Məmmədovanın onun adına saxta profillər açdığını, silməsini istədiyini, ancaq Nəzrinin silmədiyini, Nəzrinin Redmi markalı telefonunu qırdığını, başqa telefon alıb verdiyini, onun ikinci əl telefon olduğunu, Nəzrinin yeni telefon istədiyini, onun da almadığını, hətta telefonu alıb verəndə Nəzrinin ona ehtiyac olmadığını dediyini, hazırda Nəzrinə vurduğu zərəri ödəməyə etiraz etmədiyini bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında verdiyi izahatında “İnstagram” sosial şəbəkəsində Gülməmmədin adına hesab açaraq onun şəklini paylaşıb onun adından paylaşım etdiyini, 19 yanvar 2024-cü ildə Gülməmmədin onunla görüşmək istədiyini, İnstagram hesabını bağlamağını istədiyini, bundan sonra instagram hesabını bağladığını, axşam onunla görüşdüyünü, onun avtomobilinə minmək istəmədiyini, onu Naxçıvan şəhərində yerləşən böyük bağa çağırdıqda çölün soyuq olduğunu və ona heç nə etməyəcəyini bildirdiyini, onun avtomobilinə mindikdə tez qapıları kilitləyərək avtomobili Şahbuz rayonu istiqamətinə sürməyə başladığını, tənha yerə aparaq onu dəqiqələrcə döydüyünü, Gülməmmədin orada onun başından, üzündən vurduğunu, sonra onun telefonundakı bütün mesajları silməyə başladığını, telefonu əlindən alaraq kilitlədiyini, sonra telefonun kilidini açmasını tələb etdiyini, yoxsa telefonu qıracağını dediyini, Gülməmmədin instagramdakı mesajları, sonra facebookdakı mesajları sildiyini, Whatsapp mesajlarını sildiyini, sonra başqa şeyləri silmək istəyəndə telefonu əlindən aldığını, bunu etmədikdə onun telefonu qırdığını, orda onun əlindən qaçmağa çalışdığını, bundan sonra Gülməmmədin onun arxasınca gələrək tutub sürüyərək avtomobilə apardığını, telefonu axtaranda çəkib maşına oturtduğunu, orada ona yumruq vurduğunu, gözündən 2 dəfə əməliyyat olunduğunu, gözündən vurmamasını dediyini, ancaq onu saymadığını, gözünün qaraldığını, Şövkətlə sonradan həmin yerə gedib telefonu axtardığını, telefonun qırıqlarını tapdıqlarını, bundan sonra Gülməmməddən telefonunu istədiyini, o da sonra Redmi 9A markalı mobil telefon alıb ona verdiyini, öz telefonunun Redmi 9S olduğunu, 600 manata aldığını, telefonunu istədiyini, ona vurulmuş zərərin ödənilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş şəxs X2 Gülməmməd Rasim oğlunun 19 yanvar 2024-cü il tarixdə Naxçıvan şəhəri, 49-cu məhəllədə X10 ilə özünəməxsus avtomobildə görüşərkən sonuncuya məxsus “X17 9S” markalı mobil telefonun yaddaşında olan məlumatları sildikdən sonra yerə çırparaq qırdığını, ekspertiza təyin olunduğunu, ekspert rəyində zərərçəkmiş şəxsə 170 manat ziyan vurulduğunun qeyd edildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X1 telefonunu bir yerdə gedib axtardıqlarını, telefonun qırıqlarını tapıb ustaya apardıqlarını, ustanın telefondakı məlumatları bərpa edə bilmədiyini, Nəzrin Gülməmməddən telefonunu tələb etdiyini, Gülməmmədin də telefonunu vermədiyini, sonra Nəzrinin bir gün gedib Gülməmmədin telefonunu götürdüyünü, “sən mənim telefonumu qırmısan, mən də sənin telefonunu qıracağam” dediyini, ancaq qırmadığını, özündə saxladığını, sonra Nəzrinlə Gülməmmədin arvadının savaşdıqlarını, bundan sonra idarənin direktorunun Gülməmmədə Nəzrinin telefonunu alıb verməsini dediyini, onun da alıb gətirdiyini, qabının eyni olduğunu, içindəki telefonun isə fərqli olduğunu, Nəzrinin telefonundan ucuz və köhnə olduğunu bildirdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi vardır. Ona görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, 18C-24 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şəxs X6 vurmaqla və sair zorakılıq hərəkətləri etməklə döyməsi, telefonunu qırmaqla əmlak ziyanı vurması ilə bağlı materiallar ayrılaraq hüquqi qiymət verilməsi üçün Naxçıvan MR Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, xx.xx.1994-cü il tarixdə Babək rayon, Nəzərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, "xxxx" QSC-də baş redaktor işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli, 980 nömrəli ekspert rəyindən görünür ki, qərarın təsviri hissəsində göstərilən, ekspertiza tədqiqatına təqdim edilməyən 01 ədəd “X17 9S” markalı, 128 GB yaddaşı olan mobil telefonun istifadədə olması nəzərə alınmaqla orta bazar qiymətinin (nəzəri qaydada) 170 manat müəyyən edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatını, zərərçəkmiş şəxsin izahatını, şahid ifadəsini, ekspert rəyini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 19 yanvar 2024-cü il tarixdə Naxçıvan şəhəri, 49-cu məhəllədə X10 ilə özünəməxsus avtomobildə görüşərkən sonuncuya məxsus “X17 9S” markalı mobil telefonun yaddaşında olan məlumatları sildikdən sonra yerə çırparaq qırmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, ekspert rəyi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının həddi daxilində inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimənin məbləği vurulmuş ziyanın iki misli, yəni 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-in 36.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Qeyd olunan maddənin tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş zərərin əvəzi yəni 170 (bir yüz yetmiş) manat məbləğində pul Şəxs alınaraq zərərçəkmiş şəxs X7 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli miqdarında, yəni 340 (üç yüz qırx) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs X7 vurulmuş 170 (bir yüz yetmiş) manat məbləğində zərərin əvəzi Şəxs alınaraq X7 ödənilsin. Qərarın icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-355/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-355/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver