Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-356/2025 25.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Naxçıvan şəhər Yoluxucu xəstəliklər mərkəzində işləyən evli, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 25 iyul 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Elnur Muradov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raporta, əsasən, xx.xx.2025-сi it taгiхdə Naxçıvan ŞPİ-nin növbətçi hissэsindən bildirdi ki, 1 nəfər şəхs İran Konsulluğunun qarşısında uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı рozur, хidmətdə olan əməkdaçların xidmətinə maneçilik törədir. Мən оrа yaxınlaşdım və həmin şəхsi nizam-intizama dəvət etdim. О isə hərəkətlərinə davam etdi və qanuni tələblərimə qəsdən tabe olmadı. Şəхsin tabe olmadığını gördükdə РРХВ əməkdaşları ilə əlaqə saxlayaraq hadisə уегinə avtopatrul dəvət etdik. Daha sonrа həmin şəхsi avtopatrulla Naxçıvan Şəhər Polis İdarəsinə gətirdik. Naxçvan Şəhəг Polis İdarəsində həmin şəxsin, xx.xx.1976-cl il təvəllüdlü Şəxs olduğu müəyyən olundu. xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokola, əsasən, Abbasov X3 Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardada, əsasən, protokol və əlavə edilmiş digər materiallar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İTŞ-nin polis sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs, X1 və X7 və X5 izahatı iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə” bildirişlə Şəxs tanış olmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokola, əsasən, xx.xx.2025-ci il tarixdə yoxlama zamanı 1 ədəd “Samsung A52” markalı mobil telefon aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” protokola, əsasən, Şəxs 24 iyul 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında xx.xx.2025-ci il tarixli protokola, əsasən, inzibati qaydada tutulmuş Şəxs hüquqlarının müdafiəçi X2 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. İş materiallarına Şəxs, X7 və X5 xidməti vəsiqələrinin surəti və şəxsiyyət vəsiqəsi məlumatlarının surəti, əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında övladının ağır xəstə olduğunu, bankdan pul götürmək istədiyini, vermədiklərini, gecikməsi olduğunu dediklərini, özünün də əsəbləşib üzü konsulluğa tərəf getdiyini, konsulluğun yanında uca səslə nalayiq ifadələr işlətdiyini, bu ölkədən imtina edəcəyini, başqa ölkənin onun vətəndaşlığa qəbul etməsini bildirdiyini, polis əməkdaşının uca səslə danışmamasını və nalayiq ifadələr işlətməməsini bildirdiyini, amma özünün həmin vaxt çox əsəbi olduğunu, bu səbəbdən polisin sözlərinə fikir vermədiyini uca səslə söyüş söyməyə davam etdiyini, bu zaman ikinci bir polis əməkdaşının yaxınlaşdığını, ondan sakit olmağı tələb etdiyini, bu zaman polis maşınının yaxınlaşdığını, onu mindirib polis idarəsinə apardıqlarını, lakin polislərə müqavimət göstərmədiyini, aliment ödədiyini, övladının xəstə olduğunu, birdə belə hərəkət etməyəcəyinə söz verdiyini bildirmiş və cərimə cəzası verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X9 izahatında xidmətdə olan zaman bir nəfər şəxsin Naxçıvan şəhərində yerləşən İran islam Respublikası Konsulluğunun qarşısında uca səslə nalayiq ifadələr işlətdiyini görüb yaxınlaşdığını, onu nizam intizama dəvət etdiyini, lakin şəxsin öz hərəkətlərini davam etdirərək rəhbər şəxslərin və polisin ünvanına nalayiq ifadələr işlətdiyini, bu barədə idarənin növbətçi hissəsinə məlumat verdiyini, təxminən 5 dəqiqə sonra Polis sahə rəisi Elnur Muradovun oraya yaxınlaşdığını, həmin şəxsin öz hərəkətlərinə davam etdiyini, tabesizlik göstərdiyini, bu zaman avtopatrulun yaxınlaşaraq həmin şəxsi idarəyə apardıqlarını bildirmişdir Məhkəmə iclasında şahid X11 izahatında xx.xx.2025-ci il tarixdə təxminən saat 12 radələrində post yoldaşı polis serjantı X6 ilə birlikdə xidməti avtomobillə ərazidə xidmət aparan zaman Naxçıvan şəhərində yerləşən İran islam Respublikası Konsulluğunda xidmət aparan polis serjantı Tural Quliyevin radio rabitə vasitəsilə efirə çıxaraq bir nəfər şəxsin nümayəndəliyin qarşısında ucadan səs küy saldığını dediyini, Polis sahə rəisi, polis mayoru Elnur Muradova qarşı tabesizlik göstərdiyini bildirdiyini, onların da dərhal ora yaxınlaşıb vətəndaşı avtopatrula mindirib Polis İdarəsinə gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid X6 izahatında şahid X9 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, Şəxs əməlində xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama inzibati xətalarının tərkibi vardır və həmin əməllərə görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Şəxs səmimi peşmançılığı İXM-in 32.1.1-ci maddənin tələbinə, əsasən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 535.1-ci maddənin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 24 iyul 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-356/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-356/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver