Məhkəmə qərarları › İş №3(078)-358/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-358/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-358/2025 01.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 28 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 25 iyul 2025-ci il tarixli, 313436/2-19816/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də işin icraatını rədd edən halların mövcud olub olmamasıdır. Qeyd olunan halın araşdırılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Protokolda qeyd olunmuşdur ki, 10 iyul 2025-ci il tarixli Naxçıvan Şəhəri Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin qərarına əsasən Şəxs Zakir Əsgərova etibarnamə əsasında idarə etdiyi avtomobilə 770 manat dəyərində ziyan vurduğu müəyyən olunmuşdur. İş materiallarında olan 09 aprel 2025-ci il tarixli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin məsul növbətçisi, polis mayoru Rafiz Əliyev tərəfindən tərtib olunmuş 21 fevral 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:28-də ünvan 1 ünvanında yaşayan, X2 ***-***-**-** mobil nömrəsi ilə 102 xidmətinə zəng edərək bildirmişdir ki, bir nəfər qadın Chery markalı, ** BB *** nömrəli avtomobilə qəsdən ziyan vurmuşdur. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli ərizədən görünür ki, X3 ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində işlədiyi Tüstü kafenin qarşısında saxladığı Chery a 13 minik markalı, **-BB- *** dövlət nömrə nişanlı avtomobilini Mirvari adlı xanımın arxa şüşəsini qırdığını, ön kapotunu və qapılarını cızaraq ona maddi ziyan vurduğunu, həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli, 300 nömrəli rəydə qeyd edilmişdir ki, Avto Mexanika" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli nöqsan aktından göründüyü kimi 2013-cü il buraxılışlı "Chery A13" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 770,00 (yeddi yüz yetmiş) manat müəyyən edilir. (Dəyişilməli hissələrin dəyəri - 200,00 manat; Təmir-bərpa xərclərinin dəyəri - 570,00 manat). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Beləliklə müəyyən edilir ki, Şəxs tərəfindən X1 mülkiyyətində olan 2013-cü il buraxılışlı "Chery A13" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 770.00 (yeddi yüz yetmiş) manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qanunvericiliyin qeyd edilən normalarını iş materialları ilə əlaqəli olaraq tədqiq edərək məhkəmə belə qeyd edir ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, 09 aprel 2025-ci il tarixdə Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol isə 24 iyul 2025-ci il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. Qeyd edilənlərdən də görünür ki, hazırki iş üzrə cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edildiyi gündən artıq 03 (üç) ay müddət keçib. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı Şəxs inzibati məsuliyyətdən azad edilməli və hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.4-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, işin icraatını rədd edən halların mövcud olub olmamasını həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar