Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-359/2025 19.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X13 iştirakı ilə Şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbehin əsassız, ədalətsiz və qərəzli şəkildə verildiyini nəzərə alaraq, AR ƏƏSMN-nin Əmək Müfəttişliyi Xidmətinin inzibati tənbeh vermə haqqında ******* nömrəli, 15 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X10 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, “Arkoz Travertin- Mərmər Zavodu" MMC-nin direktoru X10 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin (bundan sonra "Müfəttişlik") inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarı mövcuddur. Həmin qərara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə, X10 barəsində 1000 manat məbləğində tənbeh tətbiq edilmişdir. Hal-hazırki şikayətin həmin qərarın məhkəmə qarşısında mübahisələndirilməsi ilə əlaqədardır. Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti (tərəfindən “Arkoz Travertin-Mərmər Zavodu" MMC-nin İXM m. 539.3-in tələblərinin pozulmasına dair eyni predmet və eyni hüquqi fakt üzrə xx.xx.2025-ci il tarixli protokol baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir və 3(078)- 325/2025 nömrəli iş hazırda icraatdadır. İndi isə Müfəttişlik eyni inzibati xətaya görə hüquqi şəxsi direktoru olan vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün protokol tərtib edib. İnzibati orqanın qərarından şikayət vermə müddəti ilə bağlı qeyd edək ki, AR İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Belə ki, İnzibati tənbeh vermə haqqında qərardan verilməsi üçün əsaslar mövcuddur. Vəzifəli şəxs olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar çxarılmış Səfiyar Abışov "xxxx" MMCnin direktorudur. Başqa sözlə, "xxxx" MMC-də bütün vəzifəli şəxslərə və işçilərə nəzarəti həyata keçirən şəxs Səfiyar Abışov hesab edilir. AR Konstitusiya Məhkəməsinin də öz qərarlarında sərrast və dəqiq formada ifadə etdiyi kimi hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüguqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır... Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. ...Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Həmçinin, bu yanaşma "non bis in idem" - eyni hüquqpozmaya görə eyni subyektin iki dəfə məsuliyyətə cəlb edilməməsi prinsipini pozur. Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli qərarı) Barəsində verilmiş inzibati tənbeh qərarı hüquqi faktiki əsaslarla əsassızdır və ləğv olunmalıdır. 06 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X10 izahatında bu şikayətlə məhkəməyə müraciət etməsinin səbəbinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərinin pozulmasına dair eyni predmet və eyni hüquqi fakt üzrə həm hüquqi şəxsin, həm də vəzifəli şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi olduğunu, X7 2023-cü ildə işdən çıxarıldığını, daha sonra onu bir neçə dəfə dəvət etsələr də gəlmədiyini, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 2 dəfə sorğu verdiyini, sorğuya özlərinin cavab verdiklərini, ancaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin bu cavablardan razı olmadığını, bu səbəbdən həm hüquqi şəxsin, həm də vəzifəli şəxsin barəsində inzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib edildiyini, belə ki, 1000 manat vəzifəli şəxsin, 2000 manat isə hüquqi şəxsin barəsində cərimə müəyyən edildiyini, heç olmasa birinin ləğv edilməsini istədiyini, şikayəti müdafiə etdiyini bildirmişdir. 06 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində şikayət verilən orqanın nümayəndəsi X20 izahatında X7 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciət etdiyini, həmin müraciətlə əlaqədar olaraq "xxxx" MMC-yə 2 dəfə sorğu verdiklərini, "xxxx" MMC tərəfindən sorğuya tam cavab verilmədiyini, əmək məzuniyyəti ilə bağlı əmrlərin, tabel cədvəllərinin, maliyyə sənədlərinin tam göndərilmədiyini, göndərilmiş sənədlərin də əsli ilə düz olması barədə qeyd aparılmadığını, bu səbəbdən ikinci dəfə təkrar sorğu verildiyini, "xxxx" MMC tərəfindən sorğuların hər ikisinə cavab verildiyini, ancaq tam cavab verilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilən orqanın nümayəndəsi X25 izahatında X7 14 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciət etdiyini, bununla bağlı zəruri sənədlərin alınması məqsədilə 15 may 2025-ci il tarixdə "xxxx" MMC-yə sorğu verdiklərini, "xxxx" MMC-nin həmin sorğuya 26 may 2025-ci il tarixdə cavab verdiyini, ancaq tam olmadığını, bu səbəbdən təkrar sorğu verdiklərini, sorğuya 7 iş günü müddətində cavab verilməli olmasına baxmayaraq "xxxx" MMC tərəfindən həmin sorğuya 15 iş günü, 21 təqvim günü müddətinə cavab verdiklərini, yenə də sorğuya tam cavab vermədiklərini, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, yəni əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə inzibati xəta haqqında iş üzrə icraatın başlanıldığını, inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirərək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 1000 (bir min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən tərtib olunmuş 04 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, X1 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti X18 Xidmətində araşdırılarkən Xidmət tərəfindən müəssisəyə xx.xx.2025-ci il tarixdə sorğu verilməsinə və sorğuda qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq sorğuda qeyd olunan müddət ərzində sənədlərin müəssisə tərəfindən natamam təqdim olunması halı müəyyən edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin "xxxx" MMC-yə ünvanlanmış “Vətəndaş T. Bəndəliyevin müraciətinin araşdırılması haqqında” 15 may 2025-ci il tarixli, 3-17-9-5/2-1365/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dəlici vəzifəsində 22 sentyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesabının ödənilməməsi və işə bərpa tələbinə dair 6 fevral 2025-ci il tarixli müraciətinə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətində (bundan sonra - Xidmət) baxılır. Bununla əlaqədar müraciətə aydınlıq gətirməyinizi və vətəndaşa aid aşağıda adları qeyd edilmiş sənədlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) və “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq Xidmətə (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42A) təqdim edilməsi xahiş olunur. Təqdim olunacaq sənədlərin siyahısı: 1. Əmək müqaviləsi və işəgirmə əmri 2. İş illəri üzrə əmək məzuniyyətinin və son haqq - hesabının ödənilməsini təsdiq edən sənədlər
3. Xitama əsas olan sənədlərin surəti”. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru X10 tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 88 nömrəli məktubda qeyd edilmişdir ki, “Sizin 15 may 2025-ci il tarixli, 3-17-9-5/2-1365/2025 saylı məktubunuzla əlaqədar bildirilir ki, X4 xx.xx.2017-ci ildə Cəmiyyətin Qarabağlar sahəsinə işə qəbul edilmiş, xx.xx.2023-cıi il tarixdə işin həcminin azalması ilə əlqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-2-ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktubda tələb olunan sənədlər qoşma ilə təqdim olunur. Nəzərə almağınızı xahiş edirik. Qoşma: 9 vərəq” İş materiallarına əlavə olunmuş “X24 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X10 tərəfindən verilmiş 13 aprel 2017-ci il tarixli, 26 nömrəli əmrdən görünür ki, X11 “X24 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağlar sahəsinə 13 aprel 2017-ci il tarixdən saylamacı vəzifəsinə qəbul edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş 13 aprel 2017-ci il tarixdə işəgötürən Gəmiqaya DMSK MMC-nin direktor müavini X10 ilə işçi X11 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X2 daş ocaqlarına saylamacı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru V.V.Bağırov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 351 nömrəli əmrdən çıxarışdan görünür ki, "xxxx" MMC-nin direktorunun göstərişinə əsasən "Arkoz Travertin-Mərmər Zavodu” MMC-də istehsal olunan daş məhsullarının satışında müəyyən çətinliklərin yaranması ilə əlaqədar olaraq Cəmiyyətin şəhər sahəsində, Araz sahəsində, X31 və Daş Mədənlərində işin və göstərilən xidmətlərin həcmi azaldığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinlnin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə müvafiq olaraq Cəmiyyətin şəhər sahəsində, Araz sahəsində, X31 və Daş Mədənlərində işin və göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar olaraq Qarabağlar Daş X5 oğlu ilə (dəlici) bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin X bəndinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin "xxxx" MMC-yə ünvanlanmış “Vətəndaş T. Bəndəliyevin müraciətinin araşdırılması haqqında” 05 iyun 2025-ci il tarixli, 3-17-9-5/2-1514/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “X1 “X28 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesabının ödənilməməsi və işə bərpa tələbi barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə (bundan sonra - Xidmət) ünvanladığı 14 may 2025-ci il tarixli müraciətinə baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsiri şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq X7 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günü ərzində Xidmətə (AZ 7000 Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42A) təqdim edilməsi xahiş olunur. Təqdim olunacaq sənədlərin siyahısı: (Yalnız müraciətdə qaldırılan məsələlərə aid sənədlər) 1. İş illəri üzrə işçinin əmək məzuniyyətindən istifadə etməsinə dair sənədlər (ərizə əmr, məzuniyyət haqqının hesablanıb ödənilməsi cədvəlləri) 2. İş vaxtının uçotuna dair sənədlər (2020-2023-cü illər üzrə tabellər) 3. İşçinin aylıq əmək haqqının hesablanıb ödənilməsinə dair sənədlər (hesablanmasını və ödənilməsini təsdiq edən cədvəllər, son bank köçürmələrini təsdiq edən sənədlər) 4. Son haqq-hesabın hesablanıb ödənilməsini təsdiq edən sənədlər”. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru X10 tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 111 nömrəli məktubda qeyd edilmişdir ki, “Sizin 05 iyun 2025-ci il tarixli, 3-17-9-5/2-1514/2025 saylı məktubunuzla əlaqədir bildirilir ki, X4 xx.xx.2017-ci ildə Cəmiyyətin Qarabağlar sahəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə işin həcminin azalması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-2-ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktubda tələb olunan sənədlər qoşma ilə təqdim olunur. Nəzərə almağınızı xahiş edirik. Qoşma: 28 vərəq” İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru V.V.Bağırov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 321 nömrəli əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin X31 və Daş Mədənlərinin işçisi X7 (dəlici) 2023-cü ilin əsas əmək məzuniyyətindən istifadə etməsi əmr edilmişdir. Əsas olaraq X7 ərizəsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktor əvəzi E.M.Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 249 nömrəli əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Daş Mədənlərində dəlici vəzifəsində işləyən X7 xx.xx.2022-xx.xx.2023-cü il iş ili üzrə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 17 təqvim günü müddətinə əsas ödənişli əmək məzuniyyətinə buraxılması, X7 xx.xx.2023-cü il tarixdən vəzifəsinin icrasına başlaması əmr edilmişdir. Əsas olaraq X7 ərizəsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru V.V.Bağırov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 194 nömrəli əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Daş Mədənlərinin işçiləri X11-dəlici-xx.xx.2023-cü il tarixdə 1 gün, X14-Ə/t mütəxəssisxx.xx.2023-cü il tarixdə 1 gün və X26-kamyon sürücüsü-xx.xx.2023-cü il tarixdə 1 gün 2023-cü ilin əsas ödənişli əmək məzuniyyətinə buraxılmaları əmr edilmişdir. Əsas olaraq işçilərin ərizələri göstərilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktor əvəzi E.M.Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 234 nömrəli əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin X31 və Daş Mədənlərinin işçiləri X15-xadimə-xx.xx.2023-cü ildən 4 gün, X14-Ə/t mütəxəssis xx.xx.2023-cü ildən 2 gün və X11-dəlici-xx.xx.2023-cü il 1 gün müddətinə 2023-cü ilin əsas ödənişli əmək məzuniyyətindən istifadə etmələri əmr edilmişdir. Əsas olaraq işçilərin ərizələri göstərilmişdir. İş materiallarına əlavə olunmuş “X24 Sənaye Kompleksi” MMC-nin direktoru V.V.Bağırov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 353 nömrəli əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Daş Mədənlərində sayalamaçı vəzifəsində işləyən X9-xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 137-ci maddəsinə müvafiq olaraq 7 təqvim günü müddətinə 2022-ci ilin əmək məzuniyyətinə buraxılması, xx.xx.2022-ci il tarixdə işə başlaması əmr edilmişdir. Əsas olaraq X7 ərizəsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-325/2025 nömrəli qərarından görünür ki, hüquqi ünvanı Naxçıvan şəhəri, Ə.Qəmküsar 5, VÖEN********** olan "xxxx" MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 4 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Məhkəmə şikayət verənin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Şikayətin təmin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin qərar qəbul edilərkən aparılan inzibati araşdırma zamanı yuxarıda göstərilən qaydalara uyğun araşdırma aparılmamışdır. Belə ki, yuxarıda sadalananlardan da göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində qərar qəbul edilən şəxsin təqsirini təsdiq edən sübutlar tam toplanılmadan qərar qəbul edilmişdir. Beləliklə də həmin hadisənin baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunda X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd olunsa da onun hansı əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əks olunmamış, ümumi olaraq X18 Xidmətində araşdırılarkən Xidmət tərəfindən müəssisəyə xx.xx.2025-ci il tarixdə sorğu verilməsinə və sorğuda qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq sorğuda qeyd olunan müddət ərzində sənədlərin müəssisə tərəfindən natamam təqdim olunması halı müəyyən olunduğu qeyd edilmiş, ancaq onun əməli ətraflı göstərilməmiş, əsaslandırılmamış, bunu təsdiq edən sübutlar qərarda göstərilməmiş, konkret olaraq hansı sənədlərin natamam təqdim olunması, hansı sənədlərin ümumiyyətlə təqdim edilməməsi öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X17 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki iş üzrə aparılan araşdırma zamanı direktor vəzifəsini icra edib-etməməsi ilə bağlı ziddiyyətlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Qərarda heç bir əsaslandırma aparılmadan, şəxsin təqsirliliyini təsdiq edən sübutlara istinad edilmədən onun törədilmiş əməldə təqsirli sayılması qanunvericiliyin mahiyyətinə ziddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinin tələbinə əməl edilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393- 1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Göründüyü kimi qanunvericiliyin tələbinə uyğun olaraq təyin edilmiş inzibati cərimə şərti olaraq tətbiq edilməli olduğu halda səlahiyyətli orqan tərəfindən bu tələbə əməl edilməmişdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq
qəraraaldı:
X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Gülsüm Əliyeva