Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-36/2025 16.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 5 uşaq atası, orta təhsilli, avtomobil sexində yuyucu işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 16 yanvar 2025-ci il tarixli, 184926/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-759/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 20 iyul 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1041,66 (bir min qırx bir manat altmış altı qəpik) AZN əsas, 251,7 (iki yüz əlli bir manat yetmiş qəpik) AZN faiz, 24,27 (iyirmi dörd manat iyirmi yeddi qəpik) AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1317,63 (bir min üç yüz on yeddi manat altmış üç qəpik) AZN məbləğində borcun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması və Unibank” KB ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X5 ********** nömrəli qəbzlə ödənilmiş 33.18 manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 33.58 (otuz üç manat əlli səkkiz qəpik) manatın cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-758/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 07 avqust 2023-cü il tarixli icra sənədinə əsasən 4647nkNARb/21 saylı kredit müqaviləsi üzrə 2879.22 (iki min səkkiz yüz yetmiş doqquz manat iyirmi iki qəpik) manat əsas borc, 810.18 (səkkiz yüz on manat on səkkiz qəpik) manat faiz borcu, 56.67 (əlli altı manat altmış yeddi qəpik) manat cərimə olmaqla, cəmi 3746.07 (üç min yeddi yüz qırx altı manat yeddi qəpik) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq “X6” Açıq Səhmdar Cəmiyyətinə verilməsi və iş üzrə cavabdeh Şəxs 57.47 (əlli yeddi manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin alınaraq iş üzrə iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra ödənişlərini həyata keçirə bilməməyinin səbəbinin maddi sıxıntılarının olması olduğunu, “SOCAR” neft şirkətində işlədiyi zaman maddi imkanı yaxşı olduğu üçün kreditləri götürdüyünü, borcundan 800-900 manat ödəniş etdiyini, işdən çıxarıldığını, bu səbəbdən daha sonra ödəniş edə bilmədiyini, sonra evi olduğunu, onu sataraq borcundan 1000 manat da ödədiyini, icra qaydasında heç bir ödəniş etmədiyini, işsiz olduğu üçün ödəniş edə bilmədiyini, anasının ünvanına göndərilən məhkəmə bildirişi barədə ona məlumat verdiyini, ilk nikahından olan uşaqlarına ayda 120 manat aliment ödədiyini, məsuliyyətdən yayındığını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında 2023-cü il tarixdə icra sənədlərinin icraatına daxil olduğunu, qanuna uyğun olaraq icraata başlamaq haqqında qərarın, bildiriş, xəbərdarlıqların borclunun ünvanına göndərildiyini, bütün sənədlərin alındığını, icra nümayəndəliyi tərəfindən borclunun qeyd edilən ünvanda qeydiyyatda olsa da, hal-hazırda orada yaşamadığını, bu səbəbdən 06 yanvar 2025-ci il tarixdə borclunun barəsində axtarış qərarı qəbul edildiyini, borclunun polis əməkdaşları tərəfindən bu gün İcra Şöbəsinə gətirildiyini, könüllü şəkildə tələbi təmin etməyini bildirdiyini, lakin borclunun imkanının olmadığını bildirdiyini, aliment borcunu vaxtı-vaxtında ödədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 20 iyul 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-759/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 1041,66 (bir min qırx bir manat altmış altı qəpik) AZN əsas, 251,7 (iki yüz əlli bir manat yetmiş qəpik) AZN faiz, 24,27 (iyirmi dörd manat iyirmi yeddi qəpik) AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1317,63 (bir min üç yüz on yeddi manat altmış üç qəpik) AZN məbləğində borcun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması və Unibank” KB ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X5 ********** nömrəli qəbzlə ödənilmiş 33.18 manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 33.58 (otuz üç manat əlli səkkiz qəpik) manatın cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-758/2023 saylı, 20 iyul 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 07 avqust 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-758/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən 4647nkNARb/21 saylı kredit müqaviləsi üzrə 2879.22 (iki min səkkiz yüz yetmiş doqquz manat iyirmi iki qəpik) manat əsas borc, 810.18 (səkkiz yüz on manat on səkkiz qəpik) manat faiz borcu, 56.67 (əlli altı manat altmış yeddi qəpik) manat cərimə olmaqla, cəmi 3746.07 (üç min yeddi yüz qırx altı manat yeddi qəpik) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq “X6” Açıq Səhmdar Cəmiyyətinə verilməsi və iş üzrə cavabdeh Şəxs 57.47 (əlli yeddi manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin alınaraq iş üzrə iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-758/2023 saylı, 07 avqust 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-36/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-36/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver