Məhkəmə qərarları › İş №3(078)-362/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-362/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-362/2025 08.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Şahbuz rayonu, Qarababa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 4 uşaq atası, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 30 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 28 iyul 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 28 iyul 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, xx.xx.2025-ci il tarixində "X5” gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı-Naxçıvan istiqamətində yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1973-cü il təvəllüdlü, xx.xx.2025-cі tarixində verilmiş C05524275 nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 75BO126/75ZA162 dövlət qeydiyyat nişanlı, “RENAULT" markalı yük nəqliyyat vasitəsində daşınan qarışıq yüklər sürücünün gömrük orqanına təqdim etdiyi 046505 nömrəli nəqliyyat qaiməsi əsasında sürücünün iştirakı ilə yoxlanılmış, yoxlama zamanı sürücünün təqdim etdiyi 046505 nömrəli nəqliyyat qaiməsində göstərilən 750 kq təşkil edən avtomobil ehtiyat hissəsinin, 1 ədəd pianinonun, 11 yer 250 kq çəkidə geyimin, 14 yer 270 kq çəkidə çantanın, 13 yer 120 kq çəkidə ayaqqabının, 11 yer hündürlük ölçən cihazın nəqliyyat vasitəsində olmadığı, həmçinin yük nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərin arasından nəqliyyat qaiməsində göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən 6 qutu hər qutuda 24 ədəd 750 gr olmaqla 144 ədəd 117 kq taxta yapışdırıcısı 15 qutu hər qutuda 4 ədəd 4 kq olmaqla 60 ədəd 252 kq taxta yapışdırıcısı, 10 bidon 198 kq maye halda həşərat dərmanına bənzər maddə, 9 yer 303 kq mum, 202 ədəd üzərində "levamisole 5*5g", 120 ədəd üzərində "OTC oxytetracycline 210 ml", 110 ədəd üzərində "OTC vetaque oxytetracycline 210 ml", 1000 ədəd heyvan üçün plastik qulaqlıq, 48 ədəd üzərində “İverject 50 ml”, 6 ədəd üzərində “Methoxoprım 240 250 ml”, 6 ədəd üzərində "Sulfamet 200 ml", 15 ədəd üzərində “Amprocox 20 100 gr", 160 ədəd arı kovan dəmiri, 255 ədəd üzərində "Esb3 100 gr", 20 ədəd üzərində "phoxim 50% ec 1 litr", 50 ədəd üzərində "lincoject 50 ml", 20 ədəd üzərində "lipoject 50 ml", 50 ədəd üzərində "tylomax 20 50 ml", 12 ədəd üzərində "trıfluralin 1 lt", 12 ədəd üzərində "glyphosate 1lt", 13 ədəd üzərində “Neocin 500 gr”, 4 ədəd üzərində "Doxisol 1000ml", 2 ədəd üzərində "Neocivet 500 gr", 10 ədəd üzərində "fumagillin 50 gr", 80 ədəd üzərində "erythromycin 20%", 139 ədəd üzərində "vitalin 5 g", 40 ədəd üzərində "CTC chlortetracyclıne 210 ml" yazılı müxtəlif növ baytarlıq dərmanları və ləvazimatları aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Naxçıvana gətirdiyi yükdə problem olduğunu, bəyan etmədiyi mallar olduğunu, yorğunluq olduğu üçün bəyən etməyin yaddan çıxdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində 10 iyun 2025-ci ildə daxili daşıma əsasında Şəxs yük nəqliyyat vasitəsinin daxil olduğunu, əvvəlcədən əməliyyat məlumatı daxil olduğunu, baxış zamanı gömrük təminatında korlanma aşkar edildiyini, bəyan edilməyən mallar aşkar edildiyini bildirdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrinin tərkibi vardır. İş materiallarında olan 28 iyul 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan “X5” gömrük postunun rəisi, gömrük xidməti polkovnikleytenantı Elvin Seyidov tərəfindən tərtib edilmiş raportdan görünür ki, qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixində "X5" gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı-Naxçıvan istiqamətində yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1973-cü il təvəllüdlü, xx.xx.2025-ci il tarixində verilmiş C05524275 nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 75BO126/75ZA162 dövlət qeydiyyat nişanlı, "RENAULT" markalı yük nəqliyyat vasitəsində daşınan qarışıq yüklər sürücünün gömrük orqanına təqdim etdiyi 046505 nömrəli nəqliyyat qaiməsi əsasında sürücünün iştirakı ilə yoxlanılmış, yoxlama zamanı sürücünün təqdim etdiyi 046505 nömrəli nəqliyyat qaiməsində göstərilən 750 kq təşkil edən avtomobil ehtiyat hissəsinin, 1 ədəd pianinonun, 11 yer 250 kq çəkidə geyimin, 14 yer 270 kq çəkidə çantanın, 13 yer 120 kq çəkidə ayaqqabının, 11 yer hündürlük ölçən cihazın nəqliyyat vasitəsində olmadığı, həmçinin yük nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərin arasından nəqliyyat qaiməsində göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən 6 qutu hər qutuda 24 ədəd 750 gr olmaqla 144 ədəd 117 kq taxta yapışdırıcısı, 15 qutu hər qutuda 4 ədəd 4 kq olmaqla 60 ədəd 252 kq taxta yapışdırıcısı, 10 bidon 198 kq maye halda həşərat dərmanına bənzər maddə, 9 yer 303 kq mum, 202 ədəd üzərində "Levamisole 5*5g", 120 ədəd üzərində "OTC Oxytetracycline 210 ml", 110 ədəd üzərində "OTC Oxytetracycline aerosol spray 210 ml", 1000 ədəd heyvan üçün plastik qulaqlıq, 48 ədəd üzərində "İverject 50 ml", 6 ədəd üzərində "Methoxoprım 240 250 ml", 6 ədəd üzərində "Sulfamet 200 ml", 15 ədəd üzərində "Amprocox 20 100 gr", 160 ədəd arı kovan dəmiri, 255 ədəd üzərində "Esb3 100 gr", 20 ədəd üzərində "phoxim 50% ec 1 litr", 50 ədəd üzərində "Lincoject 50 ml", 20 ədəd üzərində "Lipoject 50 ml", 50 ədəd üzərində "Tylomax 20 50 ml", 12 ədəd üzərində "Trıfluralin 1 İt", 12 ədəd üzərində "Glyphosate 11t", 13 ədəd üzərində "Neocin 500 gr", 4 ədəd üzərində "Doxisol 1000ml", 2 ədəd üzərində "Neocivet 500 gr", 10 ədəd üzərində "Fumagillin 50 gr", 80 ədəd üzərində "Erythromycin 20%", 139 ədəd üzərində "Vitalin 5 g", 40 ədəd üzərində "CТС Chlortetracyclıne 210 ml" yazılı müxtəlif növ baytarlıq dərmanları və ləvazimatları aşkar edilmişdir. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokoldan görünür ki, qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına yük gətirən Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1973-cü il təvəllüdlü, xx.xx.2025-ci il tarixində verilmiş C05524275 nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 75BO126/75ZA162 dövlət qeydiyyat nişanlı, "Renault" markalı yük nəqliyyat vasitəsində daşınan qarışıq yükə sürücü Şəxs gömrük orqanına təqdim etdiyi 046505 nömrəli nəqliyyat qaiməsində (CMR) göstərilən yüklərin sayının, növünün və çəkisinin eyniləşdirilməsi məqsədi ilə sürücü Şəxs və "X5" gömrük postunun inspektoru, gömrük xidməti leytenantı X3 iştirakı ilə video çəkiliş aparmaqla yoxlama keçirilmiş, yoxlama başlamazdan əvvəl Şəxs onun idarə etdiyi 75BO126/75ZA162 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində 046505 nömrəli nəqliyyat qaiməsi (CMR) üzrə daşıdığı malların yoxlanılacağı barədə məlumat verilməklə hüququ, vəzifəsi və məsuliyyəti izah olunmuş, şəxsdən onun daşıdığı malların olduğu 75BO126/75ZA162 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən və ya düzgün bəyan edilməyən malların olub-olmaması soruşulmuş, Şəxs idarə etdiyi 75BO126/75ZA162 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində 046505 nömrəli nəqliyyat qaiməsində (CMR) qeyd olunan mallardan əlavə olaraq gömrük nəzarətinə bəyan edilməyən və ya düzgün bəyan edilməyən hər hansı bir malın olmadığını bildirmiş, yoxlama zamanı Şəxs idarə etdiyi 75BO126/75ZA162 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusuna İran İslam Respublikasında tətbiq olunmuş gömrük təminatı vasitəsinin zədəli olduğu aşkar olunmuş, daha sonra davam etdirilən yoxlama zamanı sürücünün təqdim etdiyi 046505 nömrəli nəqliyyat qaiməsində (CMR) göstərilən 750 kq təşkil edən avtomobil ehtiyat hissəsinin, 1 ədəd pianinonun, 11 yer 250 kq çəkidə geyimin, 14 yer 270 kq çəkidə çantanın, 13 yer 120 kq çəkidə ayaqqabının, 11 yer hündürlük ölçən cihazın nəqliyyat vasitəsində olmadığı, həmçinin yük nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərin arasından nəqliyyat qaiməsində göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən 6 qutu hər qutuda 24 ədəd 750 gr olmaqla 144 ədəd 117 kq taxta yapıştırıcısı, 15 qutu hər qutuda 4 ədəd 4 kq olmaqla 60 ədəd 252 kq taxta yapıştırıcısı, 10 bidon 198 kq maye halda həşərat dərmanına bənzər maddə, 9 yer 303 kq mum, 202 ədəd üzərinde "Levamisole 5*5g", 120 ədəd üzərində "OTC Oxytetracycline 210 ml", 110 ədəd üzərində "OTС Oxytetracycline aerosol spray 210 ml", 1000 ədəd heyvan üçün plastik qulaqlıq, 48 ədəd üzərində "İverject 50 ml", 6 ədəd üzərində "Methoxoprım 240 250 ml", 6 ədəd üzərinde "Sulfamet 200 ml", 15 ədəd üzərində "Amprocox 20 100 gr", 160 ədəd arı kovan dəmiri, 255 ədəd üzərində "Esb3 100 gr", 20 ədəd üzərində "Phoxim 50% ec 1 litr", 50 ədəd üzərində "Lincoject 50 ml", 20 ədəd üzərində "Lipoject 50 ml", 50 ədəd üzərində "Tylomax 20 50 ml", 12 ədəd üzərində "Trıfluralin 1 İt", 12 ədəd üzərində "Glyphosate 1lt", 13 ədəd üzərində "Neocin 500 gr", 4 ədəd üzərində "Doxisol 1000ml", 2 ədəd üzərində "Neocivet 500 gr", 10 ədəd üzərində "Fumagillin 50 gr", 80 ədəd üzərində "Erythromycin 20%", 139 ədəd üzərində "Vitalin 5 g", 40 ədəd üzərində "CTC Chlortetracyclıne 210 ml" yazılı müxtəlif növ baytarlıq dərmanları və ləvazimatları aşkar edilmişdir. Yoxlama bitdikdən sonra aşkar edilərək götürülmüş mallar "X5" gömrük postunun ərazisində saxlanılır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 680 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 ədəd 20 litrlik plastik qabların içərisindəki ayrı-ayrılıqda təmiz çəkiləri – 18950 qram; - 18950 qram; - 19200 qram; - 19150 qram; 19200 qram; - 19200 qram; - 19200 qram; - 19250 qram; - 19200 qram; - 19200 qram olmaqla ümumi təmiz çəkisi – 191500 qram olan kəskin iyli, şəffaf maye halında maddə və dərman preparatları təsiredici maddələrinə görə 2005-ci il 28 iyun tarixli və 18 mart 2016-c il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən maddələrə aid deyildir. İş materiallarında olan “X1" MMC-nin 21 iyul 2025-ci il tarixli hesabatından görünür ki, qiymətləndirmə prosesi zamanı Naxçıvan Muxtar Respublikasının ərazisində qanunsuz yolla daxil olmuş, baytarlıq dərmanları və ləvazimatları yükü "qara bazarda" topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar araşdırma predmetinə daxil edilməyib. Ekspertizaya təqdim edilən 6 qutu hər qutuda 24 ədəd 750 gr olmaqla 144 ədəd 117 kq taxta yapışdırıcısı, 15 qutu hər qutuda 4 ədəd 4 kq olmaqla 60 ədəd 252 kq taxta yapışdırıcısı, 10 bidon 198 kq maye halda həşərat dərmanına bənzər maddə, 9 yer 303 kq mum, 202 ədəd üzərində "levamisole 5*5g", 120 ədəd üzərində "OTC oxytetracycline 210 ml”, 110 ədəd üzərində "ОТС vetaque oxytetracycline 210 ml", 1000 ədəd heyvan üçün plastik qulaqlıq, 48 ədəd üzərində "İverject 50 ml", 6 ədəd üzərində "Methoxoprım 240 250 ml", 6 ədəd üzərində "Sulfamet 200 ml", 15 ədəd üzərində “Amprocox 20 100 gr", 160 ədəd arı kovan dəmiri, 255 ədəd üzərində "Esb3 100 gr", 20 ədəd üzərində "phoxim 50% ec 1 litr", 50 ədəd üzərində "lincoject 50 ml", 20 ədəd üzərində "lipoject 50 ml", 50 ədəd üzərində "tylomax 20 50 ml”, 12 ədəd üzərində "trifluralin 1 İt", 12 ədəd üzərində "glyphosate 1 lt", 13 ədəd üzərində “Neocin 500 gr", 4 ədəd üzərində "Doxisol 1000ml 2 ədəd üzərində "Neocivet 500 gr", 10 ədəd üzərində "fumagillin 50 gr", 80 ədəd üzərində "erythromycin 20%", 139 ədəd üzərində “vitalin 5 g", 40 ədəd üzərində "CTC chlortetracyclıne 210 ml" yazılı müxtəlif növ baytarlıq dərmanları və ləvazimatları yükünün aşkar olunduğu tarixə ümumi orta bazar dəyəri 14 164,50 (on dörd min yüz altmış dörd) manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 482.1-ci və 487.4-cü maddələri ilə tövsif edilmişdir. Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olan 6 qutu hər qutuda 24 ədəd 750 gr olmaqla 144 ədəd 117 kq taxta yapışdırıcısı, 15 qutu hər qutuda 4 ədəd 4 kq olmaqla 60 ədəd 252 kq taxta yapışdırıcısı, 10 bidon 198 kq maye halda həşərat dərmanına bənzər maddə, 9 yer 303 kq mum, 202 ədəd üzərində "levamisole 5*5g", 120 ədəd üzərində "OTC oxytetracycline 210 ml”, 110 ədəd üzərində "ОТС vetaque oxytetracycline 210 ml", 1000 ədəd heyvan üçün plastik qulaqlıq, 48 ədəd üzərində "İverject 50 ml", 6 ədəd üzərində "Methoxoprım 240 250 ml", 6 ədəd üzərində "Sulfamet 200 ml", 15 ədəd üzərində “Amprocox 20 100 gr", 160 ədəd arı kovan dəmiri, 255 ədəd üzərində "Esb3 100 gr", 20 ədəd üzərində "phoxim 50% ec 1 litr", 50 ədəd üzərində "lincoject 50 ml", 20 ədəd üzərində "lipoject 50 ml", 50 ədəd üzərində "tylomax 20 50 ml”, 12 ədəd üzərində "trifluralin 1 İt", 12 ədəd üzərində "glyphosate 1 lt", 13 ədəd üzərində “Neocin 500 gr", 4 ədəd üzərində "Doxisol 1000ml 2 ədəd üzərində "Neocivet 500 gr", 10 ədəd üzərində "fumagillin 50 gr", 80 ədəd üzərində "erythromycin 20%", 139 ədəd üzərində “vitalin 5 g", 40 ədəd üzərində "CTC chlortetracyclıne 210 ml" yazılı müxtəlif növ baytarlıq dərmanları və ləvazimatları adlı mallar müsadirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən və maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə belə hesab edir ki, məhkəmə kimyəvi ekspertizasının aparılması üçün ekspertiza xərci olan 90 (doxsan) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olan 6 qutu hər qutuda 24 ədəd 750 gr olmaqla 144 ədəd 117 kq taxta yapışdırıcısı, 15 qutu hər qutuda 4 ədəd 4 kq olmaqla 60 ədəd 252 kq taxta yapışdırıcısı, 10 bidon 198 kq maye halda həşərat dərmanına bənzər maddə, 9 yer 303 kq mum, 202 ədəd üzərində "levamisole 5*5g", 120 ədəd üzərində "OTC oxytetracycline 210 ml”, 110 ədəd üzərində "ОТС vetaque oxytetracycline 210 ml", 1000 ədəd heyvan üçün plastik qulaqlıq, 48 ədəd üzərində "İverject 50 ml", 6 ədəd üzərində "Methoxoprım 240 250 ml", 6 ədəd üzərində "Sulfamet 200 ml", 15 ədəd üzərində “Amprocox 20 100 gr", 160 ədəd arı kovan dəmiri, 255 ədəd üzərində "Esb3 100 gr", 20 ədəd üzərində "phoxim 50% ec 1 litr", 50 ədəd üzərində "lincoject 50 ml", 20 ədəd üzərində "lipoject 50 ml", 50 ədəd üzərində "tylomax 20 50 ml”, 12 ədəd üzərində "trifluralin 1 İt", 12 ədəd üzərində "glyphosate 1 lt", 13 ədəd üzərində “Neocin 500 gr", 4 ədəd üzərində "Doxisol 1000 ml 2 ədəd üzərində "Neocivet 500 gr", 10 ədəd üzərində "fumagillin 50 gr", 80 ədəd üzərində "erythromycin 20%", 139 ədəd üzərində “vitalin 5 g", 40 ədəd üzərində "CTC chlortetracyclıne 210 ml" yazılı müxtəlif növ baytarlıq dərmanları və ləvazimatları adlı mallar müsadirə edilsin. Məhkəmə kimyəvi ekspertizasının aparılması üçün ekspertiza xərci olan 90 (doxsan) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar