Məhkəmə qərarları › İş №3(078)-363/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-363/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-363/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 iştirakları ilə, xx.xx.2000-ci ildə Babək rayonu, Kültəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, Ekologiya və Təbii Sərvətlər Nazirliyində bağban işləyən, deməsinə görə əvvəllər məhkum edilməmiş, Babək rayonu, Kültəpə kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 31 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan HNPŞ-nin İTB-nin inspektoru, polis leytenantı X8 tərəfindən tərtib olunmuş 30 iyul 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, 30 iyul 2025-ci ildə saat 17:30-da X2 Bölməsinin polis nəfəri, polis serjantı X11 ilə birlikdə X10 Limanında xidmətdə olduqları zaman 1 nəfər şəxsin hava limanının qarşısında taksilərin dayanması nişanı ilə nişanlanmış ərazidə avtomobil saxlamasını aşkar etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə barəsində qanunvericiliyə uyğun tədbir görülməsini bildirdikləri zaman həmin şəxsin əməlinə haqq qazandırmaqla onların barəsində həqiqətə uyğun olmayan sözlər işlətməklə onları təhqir etdiyindən və vətəndaşlar arasında Azərbaycan Polisi haqqında həqiqətə uyğun olmayan məlumatları yaymağa çalışdığından, şəxsdən əməlinə son verməsini tələb etdikləri zaman onların qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərinə davam etdiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin xx.xx.2000-ci il təvəllüdlü Babək rayonu Kültəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında baldızının Bakı şəhərinə gedəcəyini, ona bilet almaq üçün Hava limanına getdiklərini, sırası çatdığı üçün tələsik avtomobili taksilər üçün nəzərdə tutulmuş yerdə saxladığını, başı qarışdığı üçün avtomobilin bir müddət həmin yerdə qaldığını, sonra polis əməkdaşlarının avtomobili niyə orada saxladığını soruşduqlarını, özünün də dayanma-durma nişanı olmadığını, bu səbəbdən saxladığını dediyini, bir az aqressiv reaksiya verdiyini, Azər müəllimin yanına apardıqlarını, onun da protokol yazılmasını dediyini, onun yanından çıxıb gələrkən bir nəfərin ondan nə olduğunu soruşduğunu, özünün də olanları danışdığını, həmin adamın isə ona 102 xidmətinə zəng vurub şikayət etməsini bildirdiyini, özünün də zəng vuraraq ondan 20 manat rüşvət istədiklərini bildirdiyini, böhtan atdığını, elə bir şey olmadığını, sadəcə olaraq əsəbi olduğu üçün etdiyini, əməlindən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X9 izahatında 30 iyul 2025-ci il tarixdə xidmətdə olan zaman polis əməkdaşı Sahil Həsənovun ona zəng etdiyini, bir nəfər vətəndaşın taksilər üçün nəzərdə tutulmuş ərazidə avtomobilini saxladığını bildirdiyini, şəxsin söhbət aparılması üçün polis şöbəsinə dəvət edildiyini, həmin vaxt özünün yanında başqa vətəndaş olduğunu, onun izahatını aldığını, vətəndaşın gələrək aqressiv formada həmin yerdə dayanma-durma nişanının olmadığını bildirdiyini, özünün də taksilər üçün nişan olduğunu bildirdiyini, vətəndaşın səsini yüksəltdiyini, ona polis şöbəsində olduğunu bildirməsinə baxmayaraq buna məhəl qoymadığını, sonra vətəndaşın 102 xidmətinə zəng edərək ondan 20 manat rüşvət istədiyini, vermədiyi üçün barəsində protokol tərtib edildiyini bildirdiyini, bu səbəbdən ona zəng edib məlumat aldıqlarını, özünün də vətəndaşı polis şöbəsinə dəvət etdiyini, yenidən problem yaratdığını, kobud formada cavablar verdiyini, bunun Azərbaycan Polisinin adına ləkə olduğunu bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində özünün izahat vermək üçün polis əməkdaşı Azər Zeynalovun yanında olduğunu, həmin vaxt bir nəfər vətəndaşın gəldiyini, avtomobilini taksi duracağında saxladığını, səs tonunu yüksəldərək danışdığını, “mən maşınımı şəhərdə istədiyim yerdə saxlayıram” dediyini, polis əməkdaşlarının ona dəfələrlə xəbərdarlıq etdiyini, polis şöbəsində olduğunu, hərəkətlərinə fikir verməsini dediklərini, onun əhəmiyyət vermədiyini bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində bir nəfər vətəndaşın avtomobilini taksilər üçün ayrılmış ərazidə saxladığını müşahidə etdiklərini, ona bunu bildirdikdə aqressiv reaksiya verdiyini, dayanma-durma nişanının olmadığını bildirdiyini, şəxslə profilaktik söhbət aparılması üçün şəxsin polis şöbəsinə dəvət edildiyini, sonra şəxsin 102 xidmətinə zəng vuraraq şikayət etdiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 30 iyul 2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarının qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə araşdıran məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini “polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməli kimi qəbul etmək olmaz. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin hər hansı bir qanuni tələbinə tabe olmaması öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə də təqsirliliyini təsdiq edən hər hansı bir sübut protokola əlavə edilməmişdir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs avtomobilini taksilər üçün ayrılmış ərazidə saxladığı üçün onun barəsində protokol tərtib ediləcəyindən o, aqressivləşmiş və 102 xidmətinə zəng edərək şikayət etmiş, ondan rüşvət istənilməsi kimi yalan məlumatlar vermişdir. Onun polis əməkdaşı ilə qarşı aqressiv formada danışması və 102 xidmətinə zəng edərək şikayət etməsi polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qimətləndirilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar