Məhkəmə qərarları › İş №3(078)-364/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-364/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-364/2024 20.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X7 iştirakları ilə, xx.xx.1987-ci ildə Babək rayonu, Payız kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, Babək rayonu, Payız kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin Dövlət X16 tərəfindən tərtib edilmiş 30 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin X17 İdarəsi Yol patrul xidməti inspektoru, polis baş serjantı X11 tərəfindən tərtib olunmuş 30 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 iyun 2024-cü il tarixdə “VAZ 11183 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs içkili olduğunu, toyda olduqlarını, orada problem olduğunu, ona görə avtomobili özü içkili vəziyyətdə sürüb getdiyini, hadisə baş verən vaxt yanında anasının və həyat yoldaşının olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X12 hadisənin iyun ayı baş verdiyini, həmin vaxt özünün yanında heç kim olmadığını, şəxsin ona vurulmuş ziyanı ödədiyini, maşınını tam təmir etdirdiyini, şəxsin kasıb olduğunu, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində iyun ayının 22-si hadisənin baş verdiyini, toydan çıxdıqlarını, oğlunun içkili olduğunu, toyda problem olduğu üçün əsəbi olduğunu, normalda ayıq sürücü çağırdıqlarını, oğlu əsəbi olduğu üçün gözləmədiyini, nə isə hadisə olmasın deyə özlərinin də onunla getdiklərini, hadisənin törəndiyini, heç kimə heç nə olmadığını, sadəcə özünün burnunun qanadığını, başqa heç nə olmadığını bildirdi. X1 məhkəmə iclası zamanı verdiyi ifadəsində toya getdiklərini, toyda yoldaşının mübahisəsi olduğunu, normalda ayıq sürücü çağırdıqlarını, yoldaşı əsəbi olduğu üçün gözləmədiyini, avtomobili yoldaşının sürdüyünü, sonra da vətəndaşın maşınını vurduğunu bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, HKpi-585/24 №-li material üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və toplanmış HKpi-585/24 №-li material üzrə sürücü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) tələblərinə uyğunsuzluq olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin X17i Bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X5 tərəfindən verilmiş 23 iyun 2024-cü il tarixli, 255 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X5 tərəfindən verilmiş 23 iyun 2024-cü il tarixli, 253 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X8 alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 11183 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Babək rayonu, Payız kəndində qeydiyyatda olan Şəxs mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan X7 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsinin 16 avqust 2024-cü il tarixli, 301 saylı məktubunda qeyd olunmuşdur ki, Babək rayon Payız kəndində qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsində ambulator olaraq tibbi müayinədən keçmiş və onda “Praktik sağlam” - diaqnozu müəyyən olundu. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 093343 nömrəli qaiməfakturadan görünür ki, X7 mülkiyyətində olan “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa vurulmuş zərərin məbləği 555 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməsini yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin tələbindən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun iki il müddətinə məhdudlaşdırılması imperativ normadır və mütləq tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Cərimənin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, maddənin tələbində 700 (yeddi yüz) manat miqdarında cərimə müəyyən edilməsi də imperativ formada öz əksini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar