Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-364/2025 01.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 iştirakları ilə, xx.xx.1973-cü il tarixində Ordubad rayonu, Vənənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X6 Polis Şöbəsinin İTB-nin rəisi polis baş leytenantı Azər Zeynalov tərəfindən tərtib olunmuş 31 iyul 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, 31 iyul 2025-ci ildə saat 11:00-da X1 polis nəfəri, polis serjantı X13 ilə birlikdə X9 Limanında xidmətdə olduğu zaman bir nəfər şəxsin Hava Limanının daxilində kassanın qarşısında içkili halda paltarının qarşısını açaraq öz-özünə nalayiq ifadələr işlədərək vətəndaşları narahat etməsini aşkar etdiklərindən, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə əməlinin inzibati xəta pozuntusu olmasını şəxsə izah etdikdən sonra şəxsin barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin xx xxxxxx 1973cü il təvəllüdlü Ordubad rayonu Vənənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 31 iyul 2025-ci ildə səhər Naxçıvan şəhərində yerləşən Cahan ticarət mərkəzində yerləşən kafedə 3 ədəd spirtli içki qəbul etdikdən sonra Hava Limanına gəldiyini, bundan sonra Hava Limanın daxilində yerləşən kassanın önündə geyimini çıxardığını, bu zaman polis əməkdaşlarının ona yaxınlaşaraq etdiyi əməlin inzibati xəta pozuntusu olmasını bildirərək onu polis şöbəsinə gətirdiklərini, etdiklərini xatırladığını, lakin nalayiq ifadə işlədibişlətmədiyini xatırlamadığını, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəсəyini bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 31 iyul 2025-ci ildə X8 Naxçıvan BHL-da bir nəfər şəxsin hava limanının daxilində yerləşən kassanın qarşısında geyimini çıxarması, nalayiq ifadələr işlətməsi barədə məlumat verdiyini, bu zaman hava limanında 100 nəfərə yaxın bilet almaq üçün gözləyən sərnişin olduğunu, şəxsin barəsində protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X5 məhkəmə iclasında verdiyi ifadəsində 31 iyul 2025-ci ildə Naxçıvan BHL-da xidmətdə olduğu zaman bilet olmadığı üçün kassanın qarşısında insan sıxlığı ilə əlaqədar olaraq təxminən 100 nəfərə yaxın vətəndaş olduğunu və orada bir nəfər şəxsin kassanın qarşısında paltarının qarşısını açaraq sinəsini çöldə qoyub öz-özünə içəridə nalayiq ifadələr istifadə edərək gəzdiyini gördüklərini, həmin şəxsə yaxınlaşaraq şəxsin içkili olduğunu aşkarladıqlarını və bu zaman orada olan vətəndaşların da Şəxs əməllərinin şahidi olduqlarını, bundan sonra onlar vətəndaşın əməllərinə son vermək üçün və barəsində araşdırma aparılması üçün saxlayaraq polis şöbəsinə gətirdiklərini bildirdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində 31 iyul 2025-ci ildə səhər Naxçıvan BHL-da xidmətdə olduğu zaman bir nəfər şəxsin hava limanının daxilində yerləşən kassanın qarşısında geyimini soyunmağa başladığını gördüyünü, bu zaman hava limanında 100 nəfərə yaxın bilet almaq üçün gözləyən sərnişin olduğunu, həmin şəxsə yaxınlaşdıqları zaman vətəndaşın ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyini, vətəndaşın hərəkətlərindən sərxoş olduğunun aydın hiss olunduğunu, bundan sonra polis əməkdaşlarının həmin şəxsə yaxınlaşaraq etdiyi əməlin qanun pozuntusu olduğunu izah etdikdən sonra onu polis şöbəsinə apardıqlarını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 31 iyul 2025-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuş və 01 avqust 2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş 31 iyul 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə nəticəsində Şəxs həqiqətən də orta dərəcə alkoqol şərxoşluğu vəziyyəti müəyyən edilmiş və müayinənin nəticəsi 0.64 promildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi, özünün izahatı, şahidlərin ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İş materiallarında olan Ordubad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(080)- 20/2025 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə İXM-nin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi də iş üzrə ağırlaşdırıcı haldır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halları nəzərə alır və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs edilməlidir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati həbsin müddəti 09 gün müəyyən edilməlidir. Həmçinin Şəxs inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə 31 iyul 2025-ci il saat 22:00-dan 01 avqust 2025-ci il saat 15:00-dək inzibati qaydada tutulduğundan məhkəmə belə hesab edir ki, həmin 1 gün müddət Şəxs təyin edilmiş 09 gün inzibati həbs müddətindən çıxılmalı və inzibati həbsin müddəti 08 gün müddət müəyyən edilməlidir. İnzibati həbsin əvvəli 01 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs 31 iyul 2025-ci il saat 22:00-dan 01 avqust 2025-ci il saat 15:00-dək inzibati qaydada tutulduğundan həmin 1 gün müddət Şəxs təyin edilmiş 09 (doqquz) gün inzibati həbs müddətindən çıxılsın və inzibati həbsin müddəti 08 gün müddət müəyyən edilsin. İnzibati həbsin əvvəli 01 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-364/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-364/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver