Məhkəmə qərarları › İş №3(078)-37/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-37/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-37/2021 16.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi X4 məhkəmə iclas katibliyi ilə, zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ev-8 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhəri, Xətai məhəlləsi döngə-30, ev-10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan X3 qanuni nümayəndəsi X6 Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə hazırlıqdan çıxdıqdan sonra, hazırlıq yoldaşı Rabiyə adlı qızla saat 16:00 radələrində Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində yerləşən Şahmat məktəbinin arxasında skamyada əyləşdiklərini, bu zaman Rabiyə adlı qızın əmisi oğlu və onun dostu tərəfindən xəsarət yetirərək döyüldüyünü bildirmişdir. Dünyamalıyev Fəxrəddin qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin baş polis sahə inspektoru polis mayoru X10 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxx 2021-ci il tarixdə 009852 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində evdən sıxaraq Əliabad qəsəbəsinə getdiyini, təsadüfən yolda dostu Azəri gördüyünü və onu uşaq şəhərciyinə aparmasını xahiş etdiyini bildirmiş, dostu Azərin uşaq şəhərciyinin yanında avtomobildən düşdüyünü və tanımadığı bir şəxslə mübahisə etməyə başladığını və onları ayırmaq üçün müdaxilə etdiyini bu zaman həmin şəxsin onu vurduğunu, özünün isə müdafiə etmək üçün həmin şəxsi itələdiyini bildirdi. Mübahisənin nə üçün yarandığını soruşduqda, Azərin ona əmiqızısı olan Rabiyəni həmin şəxslə gördüyünü demiş və əmiqızısını evinə aparmağı xahiş etdiyini, Rabiyəni evə apardığını və mübahisə yerinə qayıtdığı zaman orada heç kim olmadığı üçün öz evinə gəldiyini, özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilərkən 15 yaşı olduğunu, xx xxxx 2021-ci il tarixdə hazırlıqdan çıxaraq hazırlıq yoldaşı olan Rabiyə adlı qızla saat 16:00 radələrində Əziz Əliyev küçəsində yerləşən Şahmat məktəbinin arxasına getdiklərini skamyada əyləşərək söhbət edən zaman Rabiyənin əmisi, əmioğlusu və onun dostu tərəfindən döyüldüyünü və qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən xx xxxx 2021-ci il tarixli 12 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ üst göz qapağında qançur, sağ qaşın bayır hissəsində sıyrıq, sol göz qapağında qançur küt əşyanın təsirindən törənmişdir. Xəsarətin müddəti vətəndaşın dediyi tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan şəhər polikilinikası publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 209 nömrəli arayışın surətinə əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “Praktik sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 87 nömrəli arayışdan görünür ki, Babayev X8 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə olunmuş xx xxxx 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx xxxx 2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hal qismində, qiymətləndirirəm. İş üzrə məsuliyyəti ağırlaşdıran hal inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar