Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-37/2022 14.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1992-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş Şəxs 14 aprel 2022-ci il tarixdə X2 həyətində işləyən zaman onun evinə girərək pul götürmüşdür. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, 14 aprel 2022-ci il tarixdə, saat təqribən 10 radələrində əvvəlcədən tanıdığı Hüseyn adlı tanışının çay içmək üçün onu evlərinə dəvət etdiyini, evdən çıxaraq tanışı Hüseyngilə getdiyini, onlara çatanda Hüseynin ona “qonşumuzun həyətini belləmək lazımdır, gedən belləyək” dediyini, razılaşdığını, həmin həyətə getdiklərini, bir az işlədikdən sonra ev sahibinin onlara çay gətirdiyini və “siz həyətdə olun, mən qonşuya gedirəm gələm” dediyini, ev sahibi qonşuya gedəndən sonra özünün və Hüseynin evin qapısı açıq olduğu üçün evə girdiklərini, tumbuçqanın üzərində bükülü vəziyyətdə pul gördüklərini, ehtiyacları olduğundan həmin pulu tumbuçqanın üzərindən oğurlayaraq evdən çıxdıqlarını, yolda oğurladıqları pulun məbləğinə baxdıqlarını, pulun 90 manat olduğunu görüb aralarında həmin pulu bölərək hər ikisinə 45 manat götürdüklərini, az keçdikdən sonra Polisdən onlara zəng gəldiyini, onları Polisə dəvət etdiklərini, Hüseynlə birlikdə Polisə getdiklərini, orada etdikləri əməli onlara bildirdiklərini, səmimi olaraq etdikləri əməli etiraf etdikdən sonra götürdükləri 90 manat pulu geri qaytardıqlarını bildirərək, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X4, 14 aprel 2022-ci il tarixdə, saat təqribən 10 radələrində yaşadığı evdən məhəlləyə çıxdığını və qonşunun uşağı Hüseyni görüb ona “həyətimizdə bir az təmizlik işlər var, mənə bir nəfər tap, bunları təmizləsin” dediyini, Hüseynin ona “ mən dostum Elxanla gəlib birlikdə sizin işi görərik” dediyini, onlarla razılaşdığını, həyətə dəvət etdiyini, həyətdə hansı işləri görəcəklərini onlara göstərdiyini, onların həyətdə işəməyə başladığını, onlara çay gətirdiyini, onlara “mən qonşuya gedirəm, evlərin qapısı açıqdır, evdə işləyin, mən tez qayıdaram” dediyini, qonşudan 10 dəqiqə sonra evə qayıtdığını, həyətdə heç kimin olmadığını görüb səslənərək evə girdiyini, evə girən zaman tirmonun üzərində olan pulu görmədiyini, evi axtardığını, amma tapa bilmədiyini, bu barədə Polis İdarəsinə müraciət etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş 14 aprel 2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 14 aprel 2022-ci il tarixdə, saat 10:30-da tutulmuşdur. İş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 14 aprel 2022-ci il tarixdə X2 həyətində işləyən zaman onun evinə girərək pul götürmüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. İnzibati həbsin əvvəli 14 aprel 2022-ci il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə, üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə inzibati xətanı bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.İnzibati həbsin əvvəli 14 aprel 2022-ci il tarixdən, saat 10:30-dan hesablansın. 3.Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. 4.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-37/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-37/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver