Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-374/2024 27.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 iştirakları ilə, xx.xx.1964-cü ildə Şərur rayon, Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), ali təhsilli, evli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Naxçıvan şəhəri, A. Zamanov ev 50 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş 27 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1964-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan, Naxçıvan şəhəri A.Zamanov ev 50 ünvanında yaşayan Şəxs yaşadığı evinə baxış keçirilmiş, baxış zamanı həyətdə yerləşən ocaqxanada şüşə bankanın içinə qoyulmuş siqaret qutusunda, iki ədəd ağ rəngli kağıza bükülmüş büküm aşkar edilərək götürülmüş, Şəxs 25 sentyabr 2024-cü il tarixdə, saat 22:00-da Naxçıvan MR Daxili işlər Nazirliyinin inzibatı binasına gətirilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs marixuana qəbul etdiyini, siqaret formasında çəkdiyini, azyaşlı uşağının olduğunu, əməlindən peşman olduğunu, bir daha belə bir hala yol verməyəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 şəhər sakini Şəxs narkotik vasitə qəbul etməsi ilə bağlı məlumat daxil olduğunu, həmin məlumata əsasən ünvan 5 ünvanında yerləşən şəxsin yaşadığı evə getdiklərini, şəxsin narkotik vasitədən istifadə etdiyini, daha sonra evdə olan siqaret şəklində narkotik vasitəni onlara təqdim etdiyini, onu Bakı şəhərindən əldə etdiyini, həmin narkotik vasitəni ekspertizaya göndərdiklərini, şəxsin narkotik vasitə istifadə etməsini təsdiq edən sənədləri almadıqlarını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan 26 sentyabr 2024-cü il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkibi əlamətləri olduğundan inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2024-cü il tarixli, 1162 nömrəli rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilən, üzərində “imza Zaur Talıbov; İştirak etdilər NMİ-nin ə/m imza R.Zülfüqarov; imza Şəxs; NMİ-nin k.ins imza Ə.Kələşov; imza S.Qarayev” ad, soyad və imzalar (05 imza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksi vurulmuş ağ dördkünc kağız parçası 05 yerdən yapışdırılmış vəziyyətdə 01 ədəd kağız zərfin içərisindəki 02 ədəd ağ rəngli kağızdan siqaret formasında hazırlanmış borucuqların içərisində tütünlə qarışdırılmış şəkildə ümumi təmiz çəkisi - 0,427 qram olan yaşılımtıl rəngli, spesifk iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərasizində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı, İ bənd № 146). İş materiallarında olan 26 sentyabr 2024-cü il tarixli maddi sübutun saxlanca təhvil verilməsi haqqında aktdan görünür ki, 25 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış Şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş ümumi çəkisi -0.427 qram olan yaşılımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadan ekspertiza zamanı 0,05 qram tədqiqata sərf edildikdən sonra qalan 0,377 qram marixuana və 01 ədəd bükümdə 1,271 qram tütün 01 ədəd zərfdə möhürlənərək qablaşdırılmış vəziyyətdə Maddi-Texniki Təminat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnikleytenantı Vüqar Bayramova təhvil verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 26 sentyabr 2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Məhkəmə maddi sübut məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş 0.427 (sıfır tam mində dörd yüz iyirmi yeddi) qram narkotik vasitə olan qurudulmuş marixuananın 0.05 (sıfır tam yüzdə beş) qramı tədqiqat üçün sərf edildiyindən hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat şöbəsində saxlanılan qalan hissəsi yəni, 0.377 (sıfır tam mində üç yüz yetmiş yeddi) qram narkotik vasitə olan qurudulmuş marixuana müsadirə edilməklə məhv edilməlidir. Məhv etmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, məhkəmə-biloji ekspertizasının aparılması üçün ekspertiza xərci olan 90 (doxsan) manat Şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın inzibati cərimənin tətbiq edilməsinə dair hissəsinin icrası Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat şöbəsində saxlanılan 0.377 (sıfır tam mində üç yüz yetmiş yeddi) qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməklə məhv edilsin. Maddi sübutun məhv edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilsin. Məhkəmə-biloji ekspertizasının aparılması üçün ekspertiza xərci olan 90 (doxsan) manat Şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-374/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-374/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver