Məhkəmə qərarları › İş №3(078)-375/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-375/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-375/2023 08.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsindən daxil olmuş sənədlərə baxaraq m ü ə y y ə n e t d im : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi barədə olan sənədlər baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Sənədlər nəzərdən keçirilərkən məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta materiallarİ məhkəməyə göndərilməmişdir. Yalnız Şərur rayon məhkəməsinin 01 may 2023-cü il tarixli, 3(110)- 93/2023 saylı qərardadı əlavə olunmuşdur. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Yuxarıda göstərilənlərə əsasən də belə nəticəyə gəlirəm ki, daxil olan sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, təqdim olunmuş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün deyilsə materiallar geri qaytarılır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edərək bildirirİk ki, inzibati xətanı törədən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Buradan da anlaşılır ki, hazırki inzibati xəta haqqında işə baxılması Naxçıvan Şəhər Məhkəməsinin hakiminin səlahiyyətinə aid deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən, inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Gələcəkdə nəzərə alınması tövsiyyə olunur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi barədə olan sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar