Məhkəmə qərarları › İş №3(078)-376/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-376/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-376/2024 01.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakları ilə, xx.xx.1978-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 3 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 01 oktyabr 2024-cü il tarixli, 271806/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-651/2018 nömrəli, 13 avqust 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 19 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Eminov M.Həsən M.Mahmud oğlundan 3421.43 (üç min dörd yüz iyirmi bir manat qırx üç qəpik) manat borc və 425 (dörd yüz iyirmi beş) manat icra ödənişi olmaqla, cəmi 3846.43 (üç min səkkiz yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş üzrə 20 sentyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-300/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 27 mart 2024-cü il tarixli icra sənədinə əsasən Eminov M.Həsən M.Mahmud oğlundan xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********04099 TCL 20L T774H markalı telefon üçün 368.5 (üç yüz altmış səkkiz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 36.5 (otuz altı manat, əlli qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 405 (dörd yüz beş) manat məbləğində borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X13 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Eminov M.Həsən M.Mahmud oğlundan alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə 28 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-698/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 25 iyul 2024-cü il tarixli icra sənədinə əsasən 5618.04 (beş min altı yüz on səkkiz manat dörd qəpik) manat əsas borc, 331.95 (üç yüz otuz bir manat doxsan beş qəpik) manat faiz borcu və 332.41 (üç yüz otuz iki manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 6282.4 (altı min iki yüz səksən iki manat qırx qəpik) manat məbləğində pulun cavabdeh Eminov M.Həsən M.Mahmud oğlundan tutularaq «X7» Açıq Səhmdar Cəmiyyətinə verilməsi və iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 94.45 (doxsan dörd manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun 79.71 (yetmiş doqquz manat yetmiş bir qəpik) manat hissəsinin cavabdeh Eminov M.Həsən M.Mahmud oğlundan tutularaq iş üzrə iddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş üzrə 29 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-3287 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1005, ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xeyrinə Naxçıvan, Azərbaycan 5 ünvanında qeydiyyatda olan Eminov M.Həsən M.Mahmud oğlundan (AZE13449795, xx.xx.2013 - Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1978) TL-EE000488094 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10014 manat 19 qəpik (on min on dörd manat on doqquz qəpik) manatın tutulmasını, bundan əlavə borclu Eminov M.Həsən M.Mahmud oğlundan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10039 manat 19 qəpik (on min otuz doqquz manat on doqquz qəpik) pulun tutulmasını təklif etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında qərarla 15 noyabr 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə X4 məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 2023-cü ilin dekabr ayında işdən çıxarıldığını, bu səbəbdən ödəniş edə bilmədiyini, əvvəllər bütün ödənişlərini etdiyini, işdən çıxarıldıqdan sonra borclarını ödəməsi üçün evini satdığını, lakin pulunun oğurlandığını, qızı xəstə olduğu üçün kredit götürdüyünü, hazırda Bakı şəhərində fəhlə işlədiyini, 2018-ci il tarixli icra sənədinə xitam verildiyini, bütün borclarını ödəyəcəyini, xəstə olduğunu, onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında şəxsin barəsində 4 icra vərəqəsinin olduğunu, ilk icra vərəqəsinin 2018-ci il tarixli olduğunu, şəxsin həmin icra vərəqəsinə xitam verildiyini bildirdiyini, lakin bunu təsdiqləyən heç bir sənədin olmadığını, tələbkarın qohumları vasitəsilə Türkiyə Respublikası ərazisində olduğunu öyrəndiklərini, bu səbəbdən onunla əlaqə saxlaya bilmədiklərini, 2 icra vərəqəsinin 2024-cü il tarixində daxil olduğunu, şəxsin özünün "xxxx" MMC-ə 56 manat ödədiyini bildirdiyini, lakin əllərində bununla bağlı heç bir sənəd olmadığını, şəxsin axtarışla gətirildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 19 sentyabr 2018-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-651/2018 nömrəli, 13 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Eminov M.Həsən M.Mahmud oğlundan 3421.43 (üç min dörd yüz iyirmi bir manat qırx üç qəpik) manat borc və 425 (dörd yüz iyirmi beş) manat icra ödənişi olmaqla, cəmi 3846.43 (üç min səkkiz yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 20 sentyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-651/2018 nömrəli, 19 sentyabr 2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 20 sentyabr 2018ci il tarixdə tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 27 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-300/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən Eminov M.Həsən M.Mahmud oğlundan xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********04099 TCL 20L T774H markalı telefon üçün 368.5 (üç yüz altmış səkkiz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 36.5 (otuz altı manat, əlli qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 405 (dörd yüz beş) manat məbləğində borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X13 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Eminov M.Həsən M.Mahmud oğlundan alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 28 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-300/2024 nömrəli, 27 mart 2024cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 28 mart 2024-cü il tarixdə tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 25 iyul 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-698/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsinə əsasən 5618.04 (beş min altı yüz on səkkiz manat dörd qəpik) manat əsas borc, 331.95 (üç yüz otuz bir manat doxsan beş qəpik) manat faiz borcu və 332.41 (üç yüz otuz iki manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 6282.4 (altı min iki yüz səksən iki manat qırx qəpik) manat məbləğində pulun cavabdeh Eminov M.Həsən M.Mahmud oğlundan tutularaq «X7» Açıq Səhmdar Cəmiyyətinə verilməsi və iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 94.45 (doxsan dörd manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun 79.71 (yetmiş doqquz manat yetmiş bir qəpik) manat hissəsinin cavabdeh Eminov M.Həsən M.Mahmud oğlundan tutularaq iş üzrə iddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 29 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-698/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 29 iyul 2024-cü il tarixdə tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-3287 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1005, ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xeyrinə Naxçıvan, Azərbaycan 5 ünvanında qeydiyyatda olan Eminov M.Həsən M.Mahmud oğlundan (AZE13449795, xx.xx.2013 - Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1978) TL-EE000488094 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10014 manat 19 qəpik (on min on dörd manat on doqquz qəpik) manatın tutulmasını, bundan əlavə borclu Eminov M.Həsən M.Mahmud oğlundan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10039 manat 19 qəpik (on min otuz doqquz manat on doqquz qəpik) pulun tutulmasını təklif etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 15 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-3287 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 15 noyabr 2023cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 02 may 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1978-ci ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Eminov M.Həsən M.Mahmud oğlunun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixli “mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə barəsində axtarış işi açılmış, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış Eminov M.Həsən M.Mahmud oğlunun Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə” aktdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Eminov M.Həsən M.Mahmud oğlu Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmiş və xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar