Məhkəmə qərarları › İş №3(078)-378/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-378/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-378/2024 10.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Şərur rayon, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, sahibkar, evli, 3 uşaq atası, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 01 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 30 sentyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 30 sentyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, vəzifəli şəxs Şəxs (VÖEN: **********) təqdim etdiyi **********8618 sorğu nömrəli gömrük bəyannaməsi ilə İran İslam Respublikasından xx.xx.2024-cü il tarixində 49D86110 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə idxal etdiyi yüklərin (malın qeydiyyat kodu-**********02682) 1605 nömrəli invoysunun 5-ci mövqeyindəki “Plastic spoon” adlı polistriol tərkibli, ağ rəngli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qaşıqlar yükü ölkə ərazisinə gətirilmişdir. Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Laboratoriyasının verdiyi GM**********29 nömrəli ekspert rəyində Şəxs ünvanına 1605 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 5-ci mövqeyi üzrə idxal olunan 20000 ədəd, brutto çəkisi 21 kq, netto çəkisi 20 kq, invoys dəyəri 80 ABŞ dolları təşkil edən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qaşıqlar yükünün xx.xx.1999-cu il tarixli, 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı qadağan olunmuş birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qaşıqlar olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli saymadığını, qaşıqları qanuni olaraq gətirdiyini, gigiyenik sertifikat aldığını, insan sağlamlığı üçün ziyanlı olmadığını, təqsirləndirildiyi maddənin məzmununun ona aydın olduğunu, qaşıqların ekologiyaya ziyan vurduğu üçün protokol tərtib edildiyini, ancaq bu qaşıqlardan hər yerdə satışda olduğunu, yeməkxanalara vermək üçün gətirdiyini, gömrük orqanı tərəfindən yoxlamanın düzgün aparılmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, İran İslam Respublikasından xx.xx.2024-cü il tarixində 49D86110 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə idxal etdiyi yüklərin (malın qeydiyyat kodu- **********02682) 1605 nömrəli invoysunun 5-ci mövqeyindəki ədəd sayı 20000 olan “Plastic spoon” adlı polistriol tərkibli, ağ rəngli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qaşıqlar yükü ölkə ərazisinə gətirilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 8 iyun tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 46-cı maddəsinə əsasən həmin malın idxalı qadağandır. Yuxarıda qeyd olunan mallar tərəflərindən götürülərək müvafiq qaydada Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük laboratoriyasının 26 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs ünvanına 1605 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 5-ci mövqeyi üzrə idxal olunan yükdən təqdim edilmiş nümünə XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir və “Mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ saylı Qanunun, Azərbaycan Respublikasının 564-İİQ saylı xx.xx.2003-cü il tarixli “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı” təsdiq edilməsi haqqında Qanunun təsir dairəsinə aid edilmir. Lakin məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli "Ətraf mühitin mühafizəsi haqqında" Qanununun 46-cı maddəsinə əsasən idxalı qadağan olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin rəisi, gömrük xidməti kapitanı Rzalı Rzanın raportunda qeyd edilmişdir ki, Şəxs (VÖEN: **********) İran İslam Respublikasından xx.xx.2024-cü il tarixində 49D86110 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə idxal etdiyi yüklərin (malın qeydiyyat kodu-**********02682) 1605 nömrəli invoysunun 5-ci mövqeyindəki “Plastic spoon” adlı polistriol tərkibli, ağ rəngli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qaşıqlar yükü ölkə ərazisinə gətirilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 8 iyun tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 46-cı maddəsinə əsasən həmin malın idxalı qadağandır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli gigiyenik sertifikatda qeyd edilmişdir ki, plastik qaşıq müayinə olunmuş nümunələr standartların tələblərinə cavab verir. İstehsalat şəraitinə və standarta uyğundur. xx.xx.1999-cu il tarixli, 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində göstərilmişdir ki, qalınlığı 15 mikrona qədər olan politelen torbaların, habelə birdəfəlik istifadə ücün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehsalçılara satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gigiyenik sertifikat aldığını, yəni plastik qaşıqların insan həyatı üçün təhlükəli olmadığını bildirməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlar insan həyatı üçün təhlükəli olduqda deyil sahibkarlar tərəfindən idxal, istehsal, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi nəticəsində yaranır. Həmçinin məhkəmə onu da qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından da görünür ki, həmin malın ölkəyə idxalı qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 275.4-cü maddəsi ilə tövsif edilmişdir. Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə görə İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş plastik materiallar müsadirə edilməklə onun barəsində həmin maddənin sanksiyasının həddi daxilində inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş “Plastic spoon” adlı polistirol (CAS 9003-53-6) tərkibli, ağ rəngli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş 20000 ədəd qaşıq müsadirə edilməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar