Məhkəmə qərarları › İş №3(078)-379/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-379/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-379/2024 03.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Babək rayonu, Cavidabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 4 uşaq atası, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 03 oktyabr 2024-cü il tarixli, 271806/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-394/2020 nömrəli, 17 iyul 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş 08 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs Fiziki şəxslər üçün xidmətlərin göstərilməsi üzrə X7 üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2626.03 (iki min altı yüz iyirmi altı manat üç qəpik) manat əsas borc, 372.81 (üç yüz yetmiş iki manat səksən bir qəpik) manat faiz borcu və 41.61 (qırx bir manat altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3040.45 (üç min qırx manat qırx beş qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. İş üzrə 09 sentyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-550/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş 21 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixli **********01944114 nömrəli kredit kartına dair müqavilə üzrə 1000 (bir min) manat əsas borc, 282.73 (iki yüz səksən iki manat yetmiş üç qəpik) manat faiz borcu, cəmi 1282.73 (bir min iki yüz səksən iki manat yetmiş üç qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, "Kapital Bank” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə 09 sentyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-176/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 20 aprel 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1365.02 (min üç yüz altmış beş manat iki qəpik) manat məbləğində əsas borc, 522.40 (beş yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində faiz borcu, 220.67 (iki yüz iyirmi manat altmış yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2108.09 (iki min yüz səkkiz manat doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş üzrə 21 aprel 2021-ci il tarixli icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-243/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 06 may 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 197 (bir yüz doxsan yeddi) manat əsas borc, 119.5 (bir yüz on doqquz manat əlli qəpik) manat komisyon haqqı, 40 (qırx) manat cərimə borcu olmaqla cəmi 356.5 (üç yüz əlli altı manat əlli qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X6 və ya AsanPay ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə 07 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-506/2024 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 20 iyun 2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə cavabdeh Şəxs 571 (beş yüz yetmiş bir) manat əsas borc və 28.55 (iyirmi səkkiz manat əlli beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 599.55 (beş yüz doxsan manat əlli beş qəpik) manat məbləğində pulun alınaraq iş üzrə iddiaçı X8 ödənilməsi və iddiaçı X13 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 7771 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İş üzrə 25 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-27381 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydində Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit X16 Məsuliyyətli Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2022 - NAXÇİVAN ŞPİ QvŞV bölməsi; FİN; xxxxxxx; d/t: xx.xx.1982) müddət üçün vaxtında ödənilməmiş 66 manat 80 qəpik (altmış altı manat səksən qəpik) tutulması, bundan əlavə borclu Şəxs 38 manat 20 qəpik (otuz səkkiz manat iyirmi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pulun tutulmasını təklif etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında qərarla 18 aprel 2024-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" ASC-yə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və telefon üçün 7000 manat borcu olduğunu, əvvəllər işlədiyini, 800 manat pul aldığını, 2021-ci ildən işdən çıxarıldığını, həmin tarixdən də sadəcə 80 manat telefon borcu üçün ödədiyini, maddi imkanının olmadığını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında şəxsin sadəcə telefon borcu üçün 80 manat ödədiyini, başqa heç bir ödəniş etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 08 sentyabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-394/2020 nömrəli, 17 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs Fiziki şəxslər üçün xidmətlərin göstərilməsi üzrə X7 üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2626.03 (iki min altı yüz iyirmi altı manat üç qəpik) manat əsas borc, 372.81 (üç yüz yetmiş iki manat səksən bir qəpik) manat faiz borcu və 41.61 (qırx bir manat altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3040.45 (üç min qırx manat qırx beş qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 09 sentyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-394/2020 nömrəli, 08 sentyabr 2020ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 09 sentyabr 2020ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 21 sentyabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-550/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs xx.xx.2019-cu il tarixli **********01944114 nömrəli kredit kartına dair müqavilə üzrə 1000 (bir min) manat əsas borc, 282.73 (iki yüz səksən iki manat yetmiş üç qəpik) manat faiz borcu, cəmi 1282.73 (bir min iki yüz səksən iki manat yetmiş üç qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, "Kapital Bank” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 09 sentyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-550/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 22 sentyabr 2020ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 20 aprel 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-176/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 1365.02 (min üç yüz altmış beş manat iki qəpik) manat məbləğində əsas borc, 522.40 (beş yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində faiz borcu, 220.67 (iki yüz iyirmi manat altmış yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2108.09 (iki min yüz səkkiz manat doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 21 aprel 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-176/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 21 aprel 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 06 may 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-243/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 197 (bir yüz doxsan yeddi) manat əsas borc, 119.5 (bir yüz on doqquz manat əlli qəpik) manat komisyon haqqı, 40 (qırx) manat cərimə borcu olmaqla cəmi 356.5 (üç yüz əlli altı manat əlli qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X6 və ya AsanPay ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 07 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-243/2021 nömrəli, 06 may 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 07 may 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 20 iyun 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-506/2024 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsinə əsasən iş üzrə cavabdeh Şəxs 571 (beş yüz yetmiş bir) manat əsas borc və 28.55 (iyirmi səkkiz manat əlli beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 599.55 (beş yüz doxsan manat əlli beş qəpik) manat məbləğində pulun alınaraq iş üzrə iddiaçı X8 ödənilməsi və iddiaçı X13 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 7771 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 iyun 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-506/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 25 iyun 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə verilmiş Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-27381 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydində Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit X16 Məsuliyyətli Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2022 - NAXÇİVAN ŞPİ QvŞV bölməsi; FİN; xxxxxxx; d/t: xx.xx.1982) müddət üçün vaxtında ödənilməmiş 66 manat 80 qəpik (altmış altı manat səksən qəpik) tutulması, bundan əlavə borclu Şəxs 38 manat 20 qəpik (otuz səkkiz manat iyirmi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pulun tutulmasını təklif etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 18 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-27381 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 18 aprel 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu xx.xx.1982-ci il tarixdə Babək rayonu, Cavidabad kəndində doğulmuş, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Şəxs məcburi qaydada gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X12 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar