Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-38/2023 24.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: Naxçıvan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi tərəfindən baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmiş, Şərur Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 3(110)-10/2023 nömrəli qərardadı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş materialları baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd olunmuşdur ki, Şəxs onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı icra etməmişdir. Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, materiallara əlavə olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol 13 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş, lakin Şərur Rayon Məhkəməsinə 21 dekabr 2022-ci il tarixli müşayiət məktubu ilə göndərilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Şəxs tərəfindən 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar 3 (üç) ay müddətində icra olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol 13 oktyabr 2022-ci il tarixdə tərtib olunmuşdur. Hazırki protokolda vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən inzibati xəta haqqında protokol, eyni zamanda həmin protokolun və inzibati tənbeh vermə haqqında qərarın Şəxs göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin onun səlahiyyətlərinə aid olub-olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tətbiq edilibedilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmamasını həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 13 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 13 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-38/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-38/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver