Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-38/2025 16.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati protokol tərtib edən şəxs X4 iştirakları ilə, 05 avqust 1973-cü il tarixdə Şərur rayonu, Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 15 yanvar 2025-ci ildə X6 Limanında saat 18:10-da Hava Limanının ərazisində bir nəfər şəxsin özünü şübhəli apardığı aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanının icrası ilə əlaqədar olaraq, həmin şəxsin narkotik vasitələrin istifadəçisi olmasından şübhələndikləri üçün polis əməkdaşları şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim etməkdən imtina etdiyi üçün həmin şəxsin şəxsiyyətini müəyyən etmək və narkotik vasitə istifadəçisi olub-olmamasını yoxlamaq məqsədilə o, polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində həmin şəxsin xx.xx.1973-cü il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 15 yanvar 2025-ci ildə saat 18:00-da Bakı-Naxçıvan reysi ilə gəldiyi təyyarədən enmişdir. Hava Limanının daxilində gəzməyə başlamışdır. Hava Limanının çölünə çıxdığı zaman 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirərək özünü təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində, satışında, saxlanılmasında şübhəli olduğunu bildirərək ondan özünü təqdim etməyi xahiş etmişlər. Onlara bunun səbəbini soruşaraq özünü təqdim etməkdən imtina etmişdir. Onlar onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində hər hansı qanunla qadağan olunmuş vasitənin olub-olmaması və narkotik vasitə istifadə edib-etməməyi barədə ondan soruşmuşlar. Onlara üzərində hər hansı qadağan olunmuş əşyanın olmamasını, bir neçə ay əvvəl narkotik vasitə olan “nəşə” deyə bildiyi narkotik vasitə istifadə etsə də, hal-hazırda istifadəçisi olmadığını bildirmişdir. Bundan sonra onlar onu narkotestdən keçirmək üçün Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserinə aparmışlar. Orada ondan götürülən test nəticəsində onun narkotik vasitə olan Tetrahidrokannabinol (THC) istifadə etdiyi aşkar olunmuşdur. O, 2020-ci ildə narkotik vasitənin külli miqdarda saxlama maddəsi ilə 4 il azadlıqdan mərhum etmə cəzası almış və 2024-cü ilin fevral ayında cəzaçəkmə müəssisəsindən çıxmışdır. Etdiyi əməldən peşmandır və bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 tərəfindən 16 yanvar 2025-ci il tarixdə verilmiş 18 nömrəli rəyə əsasən, Şəxs Həşiş narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (Tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. 15 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 15 yanvar 2025-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 15 yanvar 2025-ci il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva. AZƏRBAYCAN RESPUBLİKASİ NAXÇİVAN MR NAXÇİVAN ŞƏHƏR MƏHKƏMƏSİ Poçt indeksi: AZ-7000 Ünvan - Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 20 Elektron poçt: Elektron ünvan Telefon: (036) 545-78-41 www.nakhchivancourt.gov.az Faks: (036) 545-78-43 «16» yanvar 2025-ci il № 3(078)-38/2025 Naxçıvan MR Daxili İşlər Nazirliyinə Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-38/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar 03 vərəq. Hakim: Gülnar Səfərəliyeva. AZƏRBAYCAN RESPUBLİKASİ NAXÇİVAN MR NAXÇİVAN ŞƏHƏR MƏHKƏMƏSİ Poçt indeksi: AZ-7000 Ünvan - Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 20 Elektron poçt: Elektron ünvan Telefon: (036) 545-78-41 www.nakhchivancourt.gov.az Faks: (036) 545-78-43 «16» yanvar 2025-ci il № 3(078)-38/2025 Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-38/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar 03 vərəq. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-38/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-38/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver