Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-380/2025 14.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 iştirakları ilə, xx.xx.1996-cı ildə Şərur rayon, Qabıllı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), ali təhsilli, evli, 1 uşaq atası, əvvəllər məhkum olunmamış, Kəngərli rayonu Təhsil Şöbəsində Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə hərbi rəhbər işləyən, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin Dövlət X15 tərəfindən tərtib edilmiş 03 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, qazi, İİ qrup əlil olduğunu, törətdiyi əməlin hüquqi müstəvidə avtoxuliqanlıq sayılsa da, niyyətinin elə olmadığını, 10 aydır problemləri olduğunu, digər avtomobilin yaratdığı vəziyyətdən çıxmaq üçün sürət həddini aşdığını, qəzanın bu səbəbdən baş verdiyini, hərbi müəllim olduğunu, 11 il hərbi forma geyindiyini, elə bir hərəkətin ona yaraşmayacağını, yarış keçirmədiyini, digər avtomobilin sahibini əvvəlcədən tanıdığını, dostu olduğunu, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətini aldığını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 hadisə baş verdikdən sonra hadisə yerinə getdiklərini, cinayət işinin başlanmasının rədd olunduğunu, kamera görüntülərindən də şəxsin əməlinin sübuta yetirildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 23 may 2025-ci il tarixli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, HKpi-583/25 nömrəli material üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, toplanmış HKpi-583/25 nömrəli material üzrə sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarının pozulmasına görə) və 328.2-ci (Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) maddələri ilə inzibati icraat başlanılması üçün qərarın surətinin Naxçıvan Şəhər Polis İdarəsinin X17 Bölməsinə göndərilmiş və Şəxs və X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə (aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə) inzibati icraat başlanılması üçün qərarın surətinin Naxçıvan Şəhər Polis İdarəsinin X17 Bölməsinə göndərilmişdir. İş materiallarında olan 23 may 2025-ci il tarixli raportdan görünür ki, İstintaq və Təhqiqat Şöbəsində toplanmış HKpi-583/25 nömrəli material üzrə xx.xx.2025-ci il tarixdə saat 19:12 dəqiqədə Şəxs idarə etdiyi özünə məxsus Khazar LX markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə X10 etibarnamə əsasında idarə etdiyi X1 məxsus Ford Fusion markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə hadisədən əvvəl Naxçıvan şəhəri Atatürk küçəsində Naxçıvan MR Ali Məhkəməsi istiqamətindən 7 nömrəli tam orta məktəb istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini kobud surətdə pozaraq bir-biriləri ilə sürət yarışı keçirdikləri müəyyən edilmişdir. Odur ki, həmin material üzrə Şəxs və X10 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci (aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə) maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edildiyindən onların barəsində həmin maddə ilə inzibati icraat başlanılması üçün qərarın surətinin X17 Bölməsinə göndərilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. İş üçün əhəmiyyətli olduğundan 23 aprel 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə məhkəmə iclası zamanı baxış keçirilərək Şəxs idarə etdiyi özünə məxsus Khazar LX markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri Atatürk küçəsində Naxçıvan MR Ali Məhkəməsi istiqamətindən 7 nömrəli tam orta məktəb istiqamətində hərəkətdə olarkən Naxçıvan MR X2rşısından keçdikdən sonra sağdan ötmə edib idarəetməni itirməsi və həmin vaxtı özündən qarşıda gedən X8 idarə etdiyi Kia Forte minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurduğu və Şəxs həmin avtomobili vurduqdan sonra əks istiqamətli hərəkət zolağına çıxaraq X4 idarə etdiyi özünə məxsus Azsamand minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan tərəfindən və eyni zamanda X10 idarə etdiyi X1 məxsus Ford Fusion markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq tərəfindən vuraraq hərəkət edib irəlidə yolun sol tərəfində 7 nömrəli tam orta məktəbin qarşısındakı səkiyə çıxıb dayandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış gəlir məlumatlarından görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əlilliyinə görə 500 manat və 2-ci dərəcəli əlilliyinə görə 1255.41 manat pensiya alır. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alır belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin sanksiyasında imperativ olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun bir il müddətinə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, həmçinin Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-380/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-380/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver