Məhkəmə qərarları › İş №3(078)-381/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-381/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-381/2025 26.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi:

1. Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir.

2. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasına məxsus hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Türkiyə Respublikasından idxal etdiyi havalandırma sistemləri yükü xx.xx.2025-ci il tarixində 08K7725 (qoşqu-08K7425) dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuşdur. Həmin mallar (malın qeydiyyat kodu-**********01703) gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim olunmuş **********1308 sorğu nömrəli qısa idxal bəyannaməsinin 35-ci qrafasında malın brutto çəkisi 1838 kq, 38-ci qrafasında isə malın netto çəkisi 1784 kq göstərildiyi halda **********6218 sorğu nömrəli gömrük bəyannaməsinin 35 və 38-ci qrafalarında 4455 kg olaraq bəyan edilmişdir. Qeyd olunan faktla bağlı 13 avqust 2025 il tarixində Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsində 18000-00796/25 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş üzrə Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən idxal edilən havalandırma sistemləri yükü (malın qeydiyyat kodu-**********01703) gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanlarına elektron formada təqdim edilən **********1308 sorğu nömrəli qısa idxal bəyannaməsinin 35-ci qrafasında malın brutto çəkisi 1838 kq, 38-ci qrafasında isə malın netto çəkisi 1784 kq göstərildiyi halda **********6218 sorğu nömrəli gömrük bəyannaməsinin 35 və 38-ci qrafalarında 4455 kq olaraq bəyan edildiyi müəyyən edilmişdir. "xxxx" MMC (VÖEN: **********) ilə Şəxs MMC(VÖEN: **********) arasında bağlanılmış xx.xx.2025-ci il tarixli VR-083 nömrəli dolayı gömrük təmsilçiliyi xidmətlərinin göstərilməsi üçün müqaviləsinə əsasən 10 il müddətinə birincinin gömrük məsələləri üzrə təmsilçilik fəaliyyəti Şəxs MMC tərəfindən həyata keçirildiyi müəyyən olunmuşdur. Beləliklə "xxxx" MMC-nin (VÖEN: **********) idxal etdiyi mallar barədə gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi yəni Şəxs MMC tərəfindən gömrük orqanına elektron formada təqdim edilmiş **********1308 sorğu nömrəli qısa idxal bəyannaməsindəki məlumatlarla, **********6218 sorğu nömrəli gömrük bəyannaməsindəki məlumatlarlar uyğunsuzluq təşkil etmiş və bununlada gömrük orqanına təhrif olunmuş məlumat verilməklə qanunvericiliyin tələbinin pozulduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (VÖEN: **********) direktoru X5 izahatında, Şəxs direktoru olduğunu, "xxxx" MMC (VÖEN: **********) ilə bağladıqları müqavilə əsasında həmin hüquqi şəxsin gömrük təmsilçiliyini etdiklərini, "xxxx" MMC tərəfindən sənədlərin ona düzgün qaydada təqdim edildiyini, lakin işlərin çoxluğu səbəbindən əvvəlki qısa idxal bəyannaməsindəki çəkilərin daxil edidiyini və bununla da məsuliyyətin öz üzərinə düşdüyünü qeyd etmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs nümayəndəsi X4 izahatında, köhnə bəyannamənin üzərində dəyişiklik apardıqları üçün, diqqətsizlik olduğunu bildirdi. 1 ay əvvəl malın dəyərinin, adının, fin kodunun dəyişilməli olduğunu, sadəcə fin kodunda yanlışlıq olduğunu və özünün imzası ilə getdiyini ancaq, yeni işçinin yazdığını və gözündən qaçdığını, özünün isə diqqət etmədiyini dedi. Çəki ilə əlaqəli mal olmadığını, rüsumun dəyərə görə alındığını və malın dövlət müəssisəsinə gəldiyini, malda və rüsumda heç bir problem olmadığını, sadəcə gözdən yayınma olduğunu bildirdi. Cərimənin minimum miqdarda təyin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsasən işə protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

6. Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru, X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

7. İş materiallarında olan, Qısa idxal bəyannaməsinin 35-ci qrafasından görünür ki, malın brutto çəkisi 1838 kq, 38-ci qrafasında isə malın netto çəkisi 1784 kq qeyd olunmuşdur.

8. İş materiallarında olan, Gömrük bəyannaməsinin 35 və 38-ci qrafalarında malın brutto və netto çəkisi 4455 kq olaraq bəyan edilmişdir.

9. İş materiallarında olan, 091 Baku EM 2022 Packing List- 08 K 7725/08 K 7425 saylı siyahıdan görünür ki, ümumi çəki 4455 kq qeyd olunmuşdur.

10. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, Raportdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Türkiyə Respublikasından idxal etdiyi havalandırma sistemləri yükü xx.xx.2025-ci il tarixində 08K7725 (qoşqu-08K7425) dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuşdur. Həmin mallar (malın qeydiyyat kodu-**********01703) gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim olunmuş **********1308 sorğu nömrəli qısa idxal bəyannaməsinin 35-ci qrafasında malın brutto çəkisi 1838 kq, 38-ci qrafasında isə malın netto çəkisi 1784 kq göstərildiyi halda **********6218 sorğu nömrəli gömrük bəyannaməsinin 35 və 38-ci qrafalarında 4455 kq olaraq bəyan edilmişdir.

11. İş materiallarında olan, 13 avqust 2025-ci il tarixli, X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən idxal edilən havalandırma sistemləri yükü (malın qeydiyyat kodu**********01703) gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanlarına elektron formada təqdim edilən **********1308 sorğu nömrəli qısa idxal bəyannaməsinin 35-ci qrafasında malın brutto çəkisi 1838 kq, 38-ci qrafasında isə malın netto çəkisi 1784 kq göstərildiyi halda **********6218 sorğu nömrəli gömrük bəyannaməsinin 35 və 38-ci qrafalarında 4455 kq olaraq bəyan edildiyi müəyyən edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi:

12. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

13. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

14. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

15. Maddə 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

16. Maddə 18.5. Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.

17. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

18. Maddə 31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

19. Maddə 485.1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi:

20. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir.

21. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) tərəfindən idxal edilən havalandırma sistemləri yükü (malın qeydiyyat kodu- **********01703) gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanlarına elektron formada təqdim edilən **********1308 sorğu nömrəli qısa idxal bəyannaməsinin 35-ci qrafasında malın brutto çəkisi 1838 kq, 38-ci qrafasında isə malın netto çəkisi 1784 kq göstərildiyi halda **********6218 sorğu nömrəli gömrük bəyannaməsinin 35 və 38-ci qrafalarında 4455 kq olaraq bəyan edildiyi müəyyən edilmişdir. Bununla da, qeyd edilən bəyənnamə təhrif olunmuş şəkildə təqdim edilməklə, bəyyənnamənin verilməsi barədə tələblər pozulmuşdur.

22. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir.

23. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 300 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar