Məhkəmə qərarları › İş №3(078)-382/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-382/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-382/2023 09.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədova Billurə Ayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin xxxxxxx, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə bilavasitə tabe olan X2 Polis Şöbəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə bilavasitə tabe olan X2 Polis Şöbəsində tərtib olunmuş material 09 avqust 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X2 Polis Şöbəsinin X1 rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X8 tərəfindən tərtib olunmuş 09 avqust 2023-cü il tarixli 010671 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə hava limanı ərazisində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs bileti olmasına baxmayaraq sıra aparatından çəkdikləri sıraları təzə gələn vətəndaşlara pul müqabilində satdığı müəyyən edilmişdir. Şəxs polis idarəsinə dəvət edilmiş, lakin o polis əməkdaşını itələmiş və qaçmağa cəhd etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından Naxçıvana gəlmiş, iş yoldaşı olmuş X3 ilə birlikdə Hava Limanına gələrək sıra aparatından nömrə çəkmiş, bileti olsa da, əlavə 2 sıra nömrəsi də çəkmiş və həmin nömrələrin birini 5, digərini 10 manata satmışdır. Sıra nömrəsini satmaqda məqsədləri pul qazanmaq olub. Çünki onun yoldaşı və anası xəstədir. Ona pul lazım olduğu üçün bilet pulunu çıxarmaq qərarına gəlmişdir. Aqibətə də pul lazım idi. Sıra nömrələrini satan zaman hava limanında xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb onu X2 Polis Şöbəsinə dəvət etmişlər. O, da uzaq yol gəldiyi, ailə üzvlərinin vəziyyətinə görə əsəbi olduğundan polis əməkdaşlarına müqavimət göstərmişdir. Etdiyi hərəkətdən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat verən X2 X1 polis nəfəri, polis baş serjantı X4 bildirmişdir ki, 07 avqust 2023-cü il tarixdə X5 Limanında xidmətdə olduğu zaman saat 23:10 radələrində 2 nəfər şəxsin biletləri olmasına baxmayaraq sıra aparatından çəkdikləri sıraları təzə gələn vətəndaşlara pul müqabilində satdıqları aşkar olunmuş və həmin vətəndaşlar polis şöbəsinə dəvət edilmişdir. Həmin şəxslərin Şəxs və X3 olması müəyyən edilmişdir. Polis şöbəsinə gətirilən zaman Şəxs və X3 şöbəyə gəlməkdən boyun qaçırmış və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 07 avqust 2023-cü il tarixdə saat 00:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X2 Polis Şöbəsinin X1 rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X8 tərəfindən verilən raportda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə hava limanı ərazisində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs bileti olmasına baxmayaraq sıra aparatından çəkdikləri sıraları təzə gələn vətəndaşlara pul müqabilində satdığı müəyyən edilmişdir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal şəxsin səmimi peşman olması, əməlini etiraf etməsidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal-əməlin bir qup şəxs tərəfindən törədilməsidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 07 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar