Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-383/2023 14.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 09 avqust 1971-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi işlə məşğul olan, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-165/2015 nömrəli, 07 sentyabr 2015-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, 10 aprel 2011-ci il tarixdə doğulmuş X3 və 23 aprel 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 80 (səksən) manat sabit məbləğdə alimentin tutularaq X7ma ödənilməsi, alimentin tutulmasının əvvəlinin 10 aprel 2011-ci il tarixdə doğulmuş X5 münasibətdə 21 yanvar 2015-ci il tarixdən, 23 aprel 2015-ci il tarixdə doğulmuş X4 münasibətdə isə 12 iyun 2015-ci il tarixdən hesablanması qət edilmişdir. İş üzrə icraata 08 sentyabr 2015-ci il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 15251 manat məbləğində aliment borcu yaranmış, beləliklə, Şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq icra vərəqəsinin icrasını yerinə yetirmədiyini, işsiz olduğu üçün aliment borcunun yarandığını, ödəmə edə bilmədiyini, mümkün qədər tez müddət ərzində işləyib borcunu ödəməyə başlayacağını, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-165/2015 nömrəli, 07 sentyabr 2015-ci il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 165/2015 nömrəli, 03 avqust 2015-ci il tarixli qətnaməsi ilə, 10 aprel 2011-ci il tarixdə doğulmuş X3 və 23 aprel 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 80 (səksən) manat sabit məbləğdə alimentin tutularaq X7ma ödənilməsi, alimentin tutulmasının əvvəlinin 10 aprel 2011-ci il tarixdə doğulmuş X5 münasibətdə 21 yanvar 2015-ci il tarixdən, 23 aprel 2015-ci il tarixdə doğulmuş X4 münasibətdə isə 12 iyun 2015-ci il tarixdən hesablanması qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 08 sentyabr 2015-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, 2 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-383/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-383/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver