Məhkəmə qərarları › İş №3(078)-383/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-383/2024

05.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-383/2024 05.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 iştirakları ilə, xx.xx.1999-cu ildə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, deməsinə görə əvvəllər məhkum edilməmiş, Ucar rayonu, Lək kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 05 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X7 Polis Şöbəsinin CAQ-nun əməliyyat müvəkkili, polis mayoru X5 tərəfindən tərtib olunmuş 04 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:00-da Naxçıvan NHPŞ-nın X2 polis nəfəri, polis serjantı X12 ilə birlikdə X11 Limanında xidmətdə olduqları zaman X11 Limanının daxilində yerləşən bilet satışı üçün təyin olunmuş kassanın qarşısında 2 nəfər şəxsin bilet satışının olmaması ilə əlaqədar orada nalayiq ifadələr işlətməklə səs-küy salaraq ictimai qaydanı pozaraq vətəndaşları narahat etməsini aşkar etdiklərindən, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etməklə etdikləri əməlin qayda pozuntusu olmasını izah etdikdən sonra hər iki şəxs barələrində araşdırma aparılması üçün tərəflərindən polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxslərin xx.xx.1999-cu il təvəllüdlü Ucar rayonu Lək kəndində qeydiyyatda olan və yaşayan Şəxs və xx.xx.2000-ci il təvəllüdlü Ucar şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 oktyabr 2024-cü ildə eyni rayondan olan X8 birlikdə Türkiyə Respublikasından Naxçıvan şəhərinə gəldiyini, Naxçıvan şəhərində yerləşən Naxçıvan BHL-ya gələrək bilet almaq üçün sıra gözləməyə başladıqlarını, orada uşağı olan valideynlər və qohumlarının xəstə olduğunu bildirən şəxslər olduğunu, ilkin olaraq orada onlara bilet verilməsi üçün mübahisə etməyə başladıqlarını, ilkin olaraq 1 nəfər polis əməkdaşının onlara yaxınlaşaraq onları hava limanının çölünə dəvət etdiyini, onlara orada buranın ictimai yer olmasını və qaydalara əsasən bilet satışı həyata keçirildiyini bildirərək onları nizam-intizama dəvət etdiyini, bundan sonra onlara daha diqqətli olmaları barədə xəbərdarlıq etdiyini, bir müddət keçdikdə sonra yenidən kassanın önünə getdiklərini, orada yenidən biletin olmaması ilə əlaqədar olaraq mübahisə etməyə başladıqlarını, bundan sonra orada mübahisə etdikləri üçün polis əməkdaşları onlara yaxınlaşaraq əməllərinə davam etməmələri barədə xəbərdarlıq etmələrini bildirdiklərini, bundan sonra uca səs saldıqları üçün Polis əməkdaşlarının onların etdikləri əməlin qanun pozuntusu olduğunu bildirərək onları polis şöbəsinə apardıqlarını, hadisə onların spirtli içki qəbul etdikləri üçün və işləmək üçün getdikləri xarici ölkədə iş tapa bilməyərək geri qayıtdıqları üçün öz əsəb problemləri ilə əlaqədar baş verdiyini, bir daha belə hallara yol verməyəcəyini, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 04 oktyabr 2024-cü il tarixdə X11 Limanında xidmətdə olan zaman kassa qarşısında olan vətəndaşlar arasında səs-küy yarandığını gördüyünü, problem yaradan vətəndaşlarla profilaktik söhbət aparıldığını, daha sonra əməkdaşlar tərəfindən həmin şəxslərin yenidən problem yaratmaları ilə bağlı məlumat verildiyini, vətəndaşlara qarşı “ermənidirlər” ifadəsinin işlədilməsi və ucadan səsküy yaratmaları ilə bağlı raport əsasında araşdırmanın ona həvalə olunduğunu, şəxslərin Polis Şöbəsinə dəvət olunaraq AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə barələrində protokol tərtib olunaraq aidiyyəti üzrə məhkəməyə göndərildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində 04 oktyabr 2024-cü ildə saat 23:00-da Naxçıvan HNPŞ-nin CAQ-nun əməliyyat müvəkkili polis mayoru X5 ilə birlikdə Naxçıvan BHL-da xidmətdə olduqları zaman 2 nəfər şəxsin Hava Limanın daxilində yerləşən kassanın qarşısında səs küy salaraq nalayiq ifadələr işlədərək insanları narahat etməsini aşkar etdiklərindən əməkdaşların həmin şəxsləri Hava Limanın xaricinə çağıraraq orada onlarla profilaktik söhbətlər apardıqlarını və bir daha belə hallara yol verməməsi barədə xəbərdarlıq etdiklərini, sonra həmin şəxslərin yenidən hava limanının daxilində yerləşən kassanın qarşısına gəldiklərini, yenidən səs küy salaraq insanları narahat etdiklərini və orada olan şəxslərin ünvanına ümumilikdə “bunlar hamısı ermənidir” dediklərini, insanları narahat etdiklərini, bununla əlaqədar olaraq həmin şəxsləri Hava Limanın xaricinə çıxararaq özlərini təqdim etməklə etdikləri əməllərin inzibati qanun pozuntusu olmasını və məsuliyyətə səbəb olmasını şəxslərin nəzərinə çatdırdıqdan sonra hər iki şəxs barəsində araşdırma aparılması üçün tərəflərindən Polis Şöbəsinə aparıldığını bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində 04 oktyabr 2024-cü ildə saat 23:00-da Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri polis serjantı X13 ilə birlikdə Naxçıvan BHL-da xidmətdə olduqları zaman 2 nəfər şəxsin Hava Limanın daxilində yerləşən kassanın qarşısında səs küy salaraq nalayiq ifadələr işlədərək insanları narahat etməsini aşkar etdiklərindən əməkdaşların həmin şəxsləri Hava Limanın xaricinə çağıraraq orada onlarla profilaktik söhbətlər apardıqlarını və bir daha belə hallara yol verməməsi barədə xəbərdarlıq etdiklərini, sonra həmin şəxslərin yenidən hava limanının daxilində yerləşən kassanın qarşısına gəldiklərini, yenidən səs küy salaraq insanları narahat etdiklərini və orada olan şəxslərin ünvanına ümumilikdə “bunlar hamısı ermənidir” dediklərini, insanları narahat etdiklərini, bununla əlaqədar olaraq həmin şəxsləri Hava Limanın xaricinə çıxararaq özlərini təqdim etməklə etdikləri əməllərin inzibati qanun pozuntusu olmasını və məsuliyyətə səbəb olmasını şəxslərin nəzərinə çatdırdıqdan sonra hər iki şəxs barəsində araşdırma aparılması üçün tərəflərindən Polis Şöbəsinə aparıldığını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 04 oktyabr 2024-cü il tarixdə saat 23:35-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halı və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək o, maddənin sanksiyasının həddi daxilində 75 (yetmiş beş) manat məbləğində cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar