Məhkəmə qərarları › İş №3(078)-385/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-385/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-385/2024 11.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus Anamı AM 150CC motosikl motoreller markalı, 75-A-207 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Naxçıvan şəhəri, İ.Səfərli küçəsində yerləşən İran Məscidinin yanından talama məqsədi olmadan qanunsuz olaraq qaçırmışdır. Təhqiqat zamanı Anamı AM 150CC motosikl motoreller markalı, 75-A-207 dövlət nömrə nişanlı motosikletin sahibi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Şəxs ona məxsus Anamı AM 150CC motosikl motoreller markalı, 75-A-207 dövlət nömrə nişanlı motosikleti Naxçıvan şəhəri, İ.Səfərli küçəsində yerləşən İran Məscidinin yanından qaçırdığını və Şəxs barəsində qanuni tədbir görülməsini bildirmişdir. Təhqiqat zamanı Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, vətəndaş Zərərçəkmiş şəxs barəsində yazdığı şikayət ərizəsi bağlı toplanmış materiala görə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, Şəxs barəsində toplanmış material üzrə təhqiqatın məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə Şəxs barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat zamanı Anamı AM 150CC motosikl motoreller markalı, 75-A-207 dövlət nömrə nişanlı motosikletin sahibi Zərərçəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilərək dindirilmişdir. xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə aparılan ********* nömrəli məhkəməyədək sadələrişdirilmiş icraata xitam verilmiş və Şəxs barəsində 08 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ona görə ki, inzibati xəta haqqında protokol tərtib edən orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-cü maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. İXM-in 334.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dispozitiv şərtləri tənzimləyir. Həmin Məcəllənin 334.3-cü bəndi göndərici dispozisiya olmaqla həmin Məcəllənin 334.1-ci maddəsinin dispozisiyasında göstərilən hallara göndərir və bu bənddə göstərilir ki, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 08 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 08 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar