Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-385/2025 01.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, İsmayılova Mədinə Səməddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 onun vəkili Vəkil və Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. X4 şikayətlə məhkəməyə müraciət Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən 10 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında Protokol”un tərtib edilməsi barədə bildiriş (SX048210935 ştrix kodlu məktub) onlara ünvanlanmışdır. Lakin həmin məktub müvafiq qaydada onlara çatdırılmamış, “Naxçıvanpoçt” X10 04 avqust 2025-ci il tarixli cavab məktubuna əsasən, SX048210935 ştrix kodlu həmin məktub xx.xx.2021-ci il tarixdə geri qaytarılmışdır. Hansı ki, həmin bildirişin özündə “İnzibati xəta haqqında Protokol”un tərtib olunmasında iştirak etmədikləri üçün 21 iyul 2025-ci il tarixdə saat 15:00-da Xidmətə dəvət edildikləri göstərilmişdir. “İnzibati xəta haqqında Protokol”un tərtib edilməsi barədə bildiriş onlara çatdırılmadığından (hətta poçtla göndərilmiş protokol belə çatdırılmadığından), barələrində inzibati xəta üzrə icraat aparıldığından xəbərdar olmamışlar. 21 iyul 2025-ci il tarixində, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti baş məsləhətçisi X6 tərəfindən barələrində xx.xx.2025-ci il tarixli, ******* saylı protokol tərtib olunmuş, bu barədə heç bir məlumatları olmadığından, protokol tərtib edilərkən iştirak etmə imkanları olmamış, bununla əlaqədar hüquqlarını həyata keçirə bilməmişlər.
3. Belə ki, 10 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında Protokol”un tərtib edilməsi barədə bildiriş Mərkəzləşdirilmiş elektron informasiya sisteminə xx.xx.2025-ci il saat 18:12də daxil edilmişdir(yəni, həftənin son iş günü iş vaxtından sonra). Növbəti iş günü isə artıq protokolun tərtib edilmiş, sistemdən götürülmüş ekran görüntüsünə də nəzər saldıqda bu açıq aydın müşahidə olunmuş, eləcə də, gələn məktubun (bildiriş) tərəflərindən görülmədiyi (baxılmadığı) elə həmin sistemin “baxış” hissəsində heç bir qeydin olmamasından da aydın məlum olmuşdur. Həmçinin “İnzibati xəta haqqında Protokol”un tərtib edilməsi barədə bildiriş rəsmi olaraq (poçt vasitəsi ilə və ya şəxsən) hüquqi və faktiki ünvanlarına çatdırılmamış, məlumat sistemində olmasına baxmayaraq, rəsmi əlaqə nömrələrinə bu barədə heç bir məlumat (sms, zəng və b.) daxil olmamışdır. Halbu ki, İXM 57-ci maddəsinə əsasən elektron olmayan protokolun tərtib olmasına dair prosedurlara görə bildiriş poçtla və ya şəxsən çatdırılmalı idi. Elektron protokol qaydalarına görə isə, telefon nömrəsi olmadıqda – SMS göndərilə bilmədikdə, elektron qaydada məlumat verilə bilərdi, hansı ki 6 əməkdaşın telefon nömrəsi sistemdə qeyd olunmuş, inzibati xətanın törədilməsi ilə əlaqədar iş barədə yalnız 23 iyul 2025–ci il tarixdə baş məsləhətçi X6 ilə telefon danışığı apardıqdan sonra (hansı ki inzibati protokolun tərtib edilməsindən artıq 2 gün keçmişdi) məlumatları olmuşdur.
4. Daha sonra (iclasdan iki gün sonra) “İnzibati tənbeh vermə haqqında Qərar”ın tərtib olunması barədə bildiriş və barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, ******* saylı protokolun surətini gedib orqandan götürmüş, bildirişə əsasən, inzibati xəta haqqında işə baxılması 01 avqust 2025-ci il tarixdə saat 10:00-a təyin olunmuş, təyin edilmiş həmin iclasda iştirak etmiş, onun və rəhbəri olduğu şirkətin barəsində inzibati protokolun qanun pozuntusu ilə tərtib olunduğu, hətta buna səbəb prosesdən xəbərlərinin olmadığı, protokolun yenidən tərtib olunmalı olduğu, icraatın yenidən başlanılmasını və bu zaman onlara müdafiə hüquqularından səmərəli formada istifadə etməklərinə şərait yaradılmalı olduqları öz dəlillərini təqdim etməyə şəraitin yaradılmalı olmasını bildirmişdir.
5. Bir daha qeyd etmək istəyir ki, həmin protokolun tərtib olunmasından məlumatı olmamışdır və protokol heç bir əsas olmadan ona qarşı qərəzli olaraq qəbul olunmuşdur. Qərəzliliyi nədə gördüyü deyilsə cavabı bu olar ki, əvvəla orqan (sonradan məlum olub ona) protokolun tərtib olunması ilə bağlı onları orqana dəvət etməsi barədə bildirişin çatdığından əmin olmadan (bildirişin onlara çatmasını göstərən xəbərnaməni əldə etmədən) 21 iyulda işə baxmağa davam etmiş və onların iştirakı olmadan protokol tərtib etmişdir. Həmin protokolda da qeyd edilmişdir ki, guya onlara məlumat verilmiş lakin iştirak etməmişlər. İkincisi həmin bildirişdə qeyd edilir ki, altsistem vasitəsi ilə onların sığorta müqaviləsi bağlamadıqları müəyyən edilmiş, həmin bildirişin tərtib edilmə tarixi 10 iyul 2025-ci il kimi görünmüşdür. Əgər belə idisə, müvafiq məlumatlar onlara dərhal göndərilməmiş, real vaxt rejimində elektron protokol tərtib olunmamış və 2 gün müddətində inzibati protokol rəsmi qaydada onlara göndərilməmişdir. Hansı ki, İXM-nə görə inzibati xəta aşkar edildiyi təqdirdə dərhal və ya 2 gün müddətində protokolun tərtib edilməli idi. Üçüncüsü həmin protokol birmənalı olaraq elektron qaydada tərtib edilməli olmuş, lakin bu qaydaya əməl edilməmiş və bununla onların elektron protokol və elektron qərar tərtib olunmasından yaranan hüquqları pozulmuşdur. Dördüncüsü, 21 iyul tarixdə inzibati protokolda göstərilir ki, həmin protokol onlara atıq göndərilib, hətta göndərmə məktubu 22 iyul qeyd edilməsinə baxmayaraq, açıq-aşkar riakarlıq edilmişdir. Beşincisi, protokolun tərtib edilməsi qaydaları da əhəmiyyyətli dərəcədə pozulmuşdur. Belə ki, istifadə olunan texniki vasitənin mənşəyi, məlumatın əldə edilmə mənbəyi olan altsistem barədə heç bir informasiya olmamış, habelə, iddia olunan inzibati xətanın hansı tarixdə baş verməsi barədə məlumat qeyd olunmamışdır. Altıncısı, onların ümumiyyətlə inzibati xətalara dair əməli (təqsiri) olmamışdır. Belə ki, onlar həm istehsalat fəaliyyəti ilə məşğul olmadıqları üçün, istehsalatda baş verən qəzalara görə sığorta müqaviləsi bağlamaqları tələb olunmamışdır. Əgər belədirsə, o zaman orqan tərəfindən altsistem üzərindən konsaltinq xidmətləri və vəkil büroları, habelə ictimai təşkilatların, ümumiyyətlə işəgötürən qismində əmək müqaviləsi bağlamış bütün hüquqi və fiziki şəxslərə inzibati protokol tərtib edilməli idilər, bunu ediblərmi? Əgər həmin hüquqi və fiziki şəxslərə bu protokol tərtib edilməyibsə (hansı ki altsistem avtomatik olaraq bu məlumatı təqdim edir), bu protokol niyə onlara tətbiq edilib? Digər tərəfdən müvafiq qanun qüvvəyə mindikdən sonra (son 4 ay ərzində) vaxtı keçməmiş həmin işəgötürənləri (sonradan xəta haqqında protokol tərtib edilsə belə) törətdikləri inzibati xəta ilə bağlı məsuliyyətə cəlb edəcəklər? Lakin bunlara baxmayaraq, barəsində qərəzli yanaşmanın olduğunu düşündüyü 01 avqust tarixində, MN №1840460 saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən, ona 1500 (min beş yüz manat) AZN məbləğində inzibati cərimə tətbiq edilmiş, bu qərar qanunvericiliyə uyğun olaraq verilməmiş, onun hüquqlarının pozulmasına aparıb çıxarmışdır.
6. İş ilə əlaqədar bildirmək istəyir ki, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılmalıdır. Lakin bu haqda ona heç bir məlumat verilməmiş, protokolda heç bir qeyd aparılmamışdır. Bundan başqa inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi həmin protokolda imzası qeyd olunmamışdır. Beləliklə qanunvericiliyin müvafiq normaları pozulmuş, yəni barəsində inzibati xəta haqqında araşdırma aparılan şəxs olaraq onun inzibati araşdırmada iştirakı təmin olunmamış, müvafiq qaydada inzibati orqana dəvət edilərək izahatı alınmamış, inzibati xəta haqqında qanunvericiliyin müvafiq normalarında nəzərdə tutulmuş iş materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, etiraz, vəsatət vermək və sair hüquqlarım təmin olunmamışdır.
7. Eyni zamanda, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Bu qanun yalnız istehsalat sahəsində fəaliyyət göstərən və istehsalatda bilavasitə məşğul olan müəssisə və təşkilatlara münasibətdə tətbiq oluna bilər (qanunun 2.0.9-ci maddəsi: istehsalat – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri). Belə ki, burada konkret fəaliyyət sahələri nəzərdə tutulmalıdır. Bu isə o deməkdir ki, maddənin tətbiqi üçün Cəmiyyətin fəaliyyət sahəsi istehsalat xarakterli olmalıdır. Qanunda istehsalata anlayış verilmişdir. İstehsalat- fiziki şəxsin işləri, xidmətləri (bundan sonra əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri nəzərdə tutulur. Burda iş yeri, yəni istehsalat fəaliyyətinin icra olunduğu yer, istehsalatda bilavasitə məşğul olunduğu yer göstərilmiş, başqa sözlə desək vergi orqanında fəaliyyət kodu istehsalatla bağlı olan fərdi sahibkarın və ya kommersiya hüquqi şəxsinin işçilərinin əmək funksiyalarını icra etdikləri yerin istehsalat olduğunu göstərir. Məsələn həmin işçinin əmək funksiyasını icra etmədiyi yerdə (fabrikin ərazisindən kənarda çay fasiləsi zamanı bufetdə və ya müəssisənin baxçasında sigaret çəkildiyi yerdə, yaxud yaxınlığındakı kafedə bədbəxt hadisə baş verərsə bu istehsalatda baş verən hadisə olmadığı anlamına gəlir. Bu zaman həmin qanunun müddəaları (müqavilənin tələbləri) tətbiq olunmayacaq.
8. Yuxarıda qeyd olunan Qanun 2.0.9-ci maddəsi bütün işəgütürənlərə (istehsalatla məşğul olub-olmamasından asılı olmayaraq), hətta ictimai təşkilatlara (QHT-lərin işçilərinə, vəkil bürolarının işçilərinə, fərdi vəkillərin işçilərinə, fondların işçilərinə, könüllülərin qurduğu ictimai təşkilatların işçilərinə və s.) tətbiq olunması (bu qanunun təsir dairəsinə salınması) Azərbaycan əhalisini bildiyi dillə (azərbaycan dili ilə) aldatmaq, çaşdırmaq olar. Belə ki, AR Milli Elimlər Akademiyyasının təsdiq etdiyi azərbaycan dilinin izahlı lüğətində qeyd edilən (sözlərin mənası izah edilən) və hamıya məlum olan bir sözün - “İstehsalat” sözünün mənasını, Qanunda yanlış izah etməklə insanları çaşdırıb, onları digər qanunları pozmağa yaxud da, hüququ olan şəxslərin özlərinin (fəaliyyətlərinin) hansı statusta olması bilməməklə (yaranmış haqqlarının fərqində olmamaqla) hüquqlarının pozulmasına gətirib çıxardar. Təsəvvür edək ki, mühasibatlıq haqqında qanun, mühasibatlıq uçotunun təşkili ilə yanaşı həmdə əhalinin sağlamlığına dair tibb fəaliyyətini tənzimləyirmiş. Kim mühasibatlıq haqqında qanun əhalinin sağlamlığına dair tibb fəaliyyətini tənzimladiyini düşünər? Əgər qanunların adları əhəmiyyətsizdirsə, o zaman parlamentimiz qanunların adlarını ləğv edib, sadəcə onu nömrələyərdi. Qanunun adı, hər kəs üçün informasiya verir (məqsədinin nə olması barədə informasiya verir), məna kəsb edir. Qanunun adı ilə onun məzmunu arasında fərqin yaranması qanunda boşluq adlanır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 53. Maddəsinə əsasən (normativ hüquqi aktın layihəsinin məcburi linqvistik ekspertizası) Normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik tələblər: Normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilir. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan dilinin izahlı lüğətinə görə isə, (Dörd cilddə. İİ cild. Bakı, “Şərq-Qərb”, 2006, 792 səh.) İSTEHSALAT- 1. Sənaye müəssisəsi, fabrik, zavod, karxana və s. / İstehsalatla bağlı olan; 2. İstehsal olunan şeylər, hasil edilən mallar, məhsulat mənalarını ifadə edir.
9. Ümumiyyətlə, hər bir hüquqi şəxs istisnasız olaraq 469-1-ci maddə üzrə sığorta öhdəliyi daşıyırsa, bu qanunun məqsədindən uzaqlaşmaq deməkdir. Çünki, belə hal inzibati məsuliyyətin süni şəkildə genişləndirilməsinə yol açacaqdır. Hazırda EMİS-dən anonimləşdirilmiş qərarlara da nəzər saldıqda bizə məlum olur k,i bu maddə üzrə çox az sayda (faktiki olaraq 5) məhkəmə qərarı çıxarılmışdır və əksəriyyəti geri qaytarılmışdır. 469-1-ci maddə üzrə qeyri istehsalat müəssisələrinə inzibati cərimənin tətbiq edilməsi barədə məhkəmə təcrübəsinin yaranması özü hüquqi şəxslərin, eləcə də vəzifəli şəxslərin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxaracaqdır. Buna görə də sözügedən qanunun hansı müəssisələri əhatə etməsi barədə AR Konstitusiya Məhkəməsinə də müraciət edilməsini əhəmiyyətli hesab edirlər və icraatı dayandıraraq müvafiq maddəyə şərh verilməsi üçün həmin məhkəməyə müraciət edilməsini xahiş edirlər. Hazırda qeyri-istehsalat sahələrində işləyən işçilər və və onların işəgötürənləri müvafiq qanunun onlara tətbiq olunmadığını düşünür. Hətta 15 ildir bu belədir. Bu müddətdə hüç bir QHT və ya konsaltink xidməti məsuliyyətə cəlb olunmayıb.
10. Şikayətçi şikayətinin hüquqi əsası kimi “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.4-ci maddəsinə, 11 aprel 2025-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa, İnzibati Xətalar Məcəlləsinin 469-1, 100, 61, 57, 127-3, 127-4.1, 127-5.1, 127-5.3, 75, 76, 84, 3, 1.3, 8.1, 8.2, 8.3, 12, 53, 105.1, 128.1, 128.2.3, 129.1.3, 130.1, 134.1.3, 135.1-ci maddələrinə, 24 iyun 2025-ci il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2.10 və 1.6-cı maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli Qanununa, istinad edərək şikayətin təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxsin vəkili Vəkil izahatında, vəsatəti müdafiə etdiyini bildirirərək qeyd etdi ki, eyni bu işin 2 prosesi mövcuddur. Biri hüquqi şəxslə, biri isə vəzifəli şəxslə əlaqədardır. Hüquqi şəxslə əlaqədar olan prosesdə xüsusilə vəzifəli şəxsə göndərilmiş məktub və onun poçt xəbərnaməsi, həmçinin məktubu dedikləri Elnar müəllimin imza etdiyi üzərində nömrə olan məktubdan söhbət gedir, poçt xəbərnaməsi və zərfin guya hüquqi şəxsə göndərildiyi bildirilir. Maraqlısı, bu işin materialları sistemə vurulmamış, hal-hazırda olub olmadığını bilmirlər, çünki bu işin məktubundan necə digər işin məktubuna eyniləşdirmə prosesi aparıldığını bilmirlər. Düşünürlər ki, ya bu işdəkilər saxtadır, ya da o işdəkilər saxtadır, ikisi də eyni ola bilməz, çünki nəticədə ayrı-ayrı məktublar nəzərdə tutulmuş və bunun sübutu da Elnar müəllimin imzaladığı məktubun elə özündə olmasıdır. Bu haqda Əmək Müfəttişliyinin özünə də məlumat verilmiş, araşdırılıb geri dönüş ediləcəyi bildirilsə də, hal-hazırda geri dönüş edilməmişdir.Yəqin ki, artıq özlərinə də sənədlərə baxan kimi uyğunsuzluq olduğu məlum olmuşdur. Güman edir ki, səhvən bu addım atılmış, bildirişlər bir-birinə qoyulub istifadə olunmuşdur. Amma səhvən olduğunu ona görə düşünmür ki, bir yerdə səhv etmək olar. Ən azından Elnar müəllimin hüquqi şəxsə ünvanlanmış məktubu mövcud olmamış, bu özlərində də olmamış, imzalı məktubu da mövcud olmamış, belə bir məktub olmadığı halda necə olar ki, vəzifəli şəxslə əlaqədar olan vəzifəli şəxsə ünvanladığı məktubda da açıq-aydın görünür ki, məktub hüquqi şəxsə ünvanlanmış kimi qəbul edilmiş və orda olmayan bir protokolun olmuş kimi göstərilməsi, hansı ki, protokolun nömrəsi də Elnar müəllimin məktubunda blankda qeyd olunmuşdur və bir protokoldan söhbət gedir. Təəssüflə qeyd edir ki, o işin məhkmə baxış iclası keçirilsə idi, orada xüsusilə bu vəsatəti verəcəkdi, çünki orda pozuntu daha çox ortaya çıxıb. Burada bunu verməkdə məqsədi ən azından sənədlərin ortaya qoyulması tələbidir, işin içində təqdim etmiş olsalar da, qarşı tərəf bu məktubu dəyişdirəcək, çünki onlarda olan nömrələrdə eyni işi göstərir. Ora da vəsatət ünvanlamış, lakin məhkəmə geri qaytardığı üçün vəsatəti orada müzakirə etmək imkanları olmamışdır. Öz şikayətlərində halları bir-bir qeyd etmişlər, qeyd olunan bir neçə nömrə ilə əlaqə saxlamaqları mümkün olmadımı, hətta şəxsən onu tanıyırlar və əvvəllər işləri olmuşdur. Necə ola bilər ki, əlaqə saxlanılmır ki, məsələ ilə əlaqədar xəbər verilsin. Digər bir tərəfdən məktub xidmət göstərdikləri şirkətlərdən birinə ünvanlanır. Düzdür, həmin şirkətə sonradan məlumat veriblər ki, onlara məktub gəldiyi təqdirdə onlara göndərilsin, halbuki ünvanları o deyil və ünvanlarına göndərilməmişdir. Digər tərəfdən telefon vasitəsilə də əlaqə saxlanılmamışdır. Həmçinin bu elektron qaydada tərtib olunmalı olan protokoldur, hansı alt sistemdən aşkar olunub bu barədə qeydlər yazılmamış, yəni, elektron protokolu tərtib etməmişlər, yazılı protokol tərtib olunarkən isə qaydalar pozulmuşdur. Birincisi alt sistem haqqında informasiya və bunun hansı texniki vasitələrlə əldə olunması barədə informasiya protokolda öz əksini tapmamışdır. Digər hüquqi şəxslə əlaqədar işdən aşkar etdikləri faktlar, 23 iyul tarixinə aid olan sənədlərin təqdim edildiyi, protokol ayın 20-ə təyin olunursa 23 iyul tarixinə hansı sübut təqdim edirlər? Qarşı tərəf buna izah verməlidir, ya da sübutunun olmadığını bildirməlidir. Protokol tərtib olunduqdan 3 gün sonra sübut əldə edilib, bu da ekran görüntüsüdür, yenədə hansı alt sistemdən söhbət getdiyini rəsmi qaydada bildirmirlər, sistemdən rəsmi çıxarış olmamış, həmçinin 23 iyul tarixinə bu mümkün olmamışdır, çünki 23 iyul tarixində sığortalanmışlar, sığortalanan bir şirkət barədə 23 iyul tarixində hansı alt sistemdən, hansı vasitədən ekran görüntüsü çıxarıb verilmişdir, 23 iyul tarixində sığortalanan bir şirkət barədə belə bir məlumat necə əldə olunmuşdur. Hüquqi şəxsdə təqdim olunduğu üçün bu arqumentləri gətirmiş, həmçinin 21 iyul tarixində tərtib olunmuş və qarşı tərəfə protokol haqqında məlumat verildiyi göstərilmiş, protokol 25 iyul 2025-ci il tarixli müvafiq nömrəli məktub ilə ünvan 2 ünvanına göndərilmişdir. Həmçinin sual vermək istəyir ki, bu ünvan hardan əldə edilib? Bu nə hüquqi şəxsin, nə də vəzifəli şəxsin ünvanı deyil, buradan görünür ki, protokol tərtib olunarkən dırnaqarası yanaşılmışdır. Əgər tərəfə məlumat verilməsi haqqında bildiriş təqdim edə bilirlərsə, təqdim etməlidirlər. Xülasə olaraq, həm protokolun tərtib olunması qaydaları pozulmuş, elektron protokol tərtib olunmalı olduğu halda digər protokol tərtib olunmuş, həmçinin protokolun tərtib edilməsi prosesində iştirak etməmiş, hüquq və vəzifələrinin onlara elan olunmamış, eləcə də protokolda yanlış tarixin qeyd olunmuşdur. Həmin orqana da qərar tərtib olunarkən çağırılmaqlarının zəruriliyini izah etmiş, hüquqlarının pozulduğunu bildirmişlər. Sadaladıqları halların nəzərə alınmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin nümayəndəsi X8 izahatında, verilən şikayətə etiraz etdiyini, 10 iyul 2025-ci il tarixində təqdim olunmuş sənədləri məhkəməyə təqdim etdiyini, həmçinin, poçtun özünün ayrıca bir qəbznin olduğunu, boş qəbz olduğunu və üzərinə ox işarəsi qoyulduğunu və hal-hazırda isə orada qeyd edilmədiyini və onu müəyyən etməyin mümkün olmadığını dedi. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X7 tərəfindən elektron monitorinq keçirildiyini və həmin zaman yeddi nəfər işçinin istehsalatdan baş verən bədbəxt hadisə və peşə-əmək qabiliyyətinin itirilməsinə qarşı icbari sığortasının olmaması faktı aşkar olunduğunu bildirdi. İnzibati xəta aşkar olunduqdan dərhal sonra inzibati xəta haqqında protokol tərtib olunmalı olduğunu, bunun İnzibati Xətalar Məcəlləsinin tələbi olduğunu, protokola dəvət bildirişi göndərdiklərini, özlərinə də bu pozuntunu protokola qədər aradan qaldırılmasını məlumat verdiklərini bildirdi. Yeddi nəfər işçinin heç birinin əlaqə nömrəsinin ƏMAS sisteminə işlənmədiyini, hətta özləri ilə də əlaqə saxlanıldığını, Azad Rəcəbov adına nömrə tapıldığını və “Ləzzət Qida”da işlədiyini, onunla əlaqə saxladıqlarını, onun isə, özlərinə çatdıracağam dediyini bildirdi. Özlərinin də əlaqə saxlamağa çalışdıqlarını, bu pozuntunu protokola qədər aradan qaldırmalı olduqlarını, bütün təkilatlara eyni qayda ilə etdiklərini, protokola dəvət bildirişi göndərdiklərini, yeddi nəfər işçinin sığorta olunmadığını bildirdi. Onların isə pozuntunu aradan qaldıra bilmədiklərini, buna görə də məcbur protokol yazdıqlarını, protokolu təxirə sala bilmədiklərini bildirdi. Məhkəmədən qərarın ləğv olunmamasını xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək, vəkilinin dediklərinə əlavələrinin olmadığını bildirdi və qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Sübutların tədqiqi:
14. İş materiallarında olan, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 10 iyul 2025-ci il tarixli, 3-17-9-5/2-1735/2025 nömrəli Bildirişindən görünür ki, Altsistem vasitəsi ilə aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 7 işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə emək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən "İnzibati xəta haqqında Protokol"un tərtib olunmasında iştirak etmələri məqsədi ilə 21 iyul 2025-ci il tarixdə saat 15:00-da Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə (ünvan: AZ 7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42A) dəvət olunublar. Lakin zərfdən görünür ki, 3-27-9- 5/2-1735/2025 nömrəli məktub qapı bağlıdır, yaşayış yoxdur qeydi ilə geri qaytarılmışdır.
15. İş materiallarında olan, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin baş məsləhətçisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ƏƏSMN yanında DƏMX tərəfindən ƏƏSMN-ə məxsus MEİS-də aparılan monitorinq zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 7 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması halı müəyyən edilmişdir. Bununla da X4 İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolda qeyd edilmişdir ki, X4 protokol tərtib olunarkən iştirak etməmişdir.
16. İş materiallarında olan, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 22 iyul 2025-ci il tarixli, 3-17-9-5/2-2045/2025 nömrəli Bildirişindən görünür ki, barələrində tərtib edilmiş 21 iyul 2025-ci il tarixli MN ******* nоmrəli "İnzibati xəta haqqında Protokola əsasən inzibati xəta haqqında işə baxılması 1 avqust 2025-ci il tarixdə saat 10:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X7 Xidmətinə (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42A) dəvət olunublar. Lakin zərfdən görünür ki, 3-27-9- 5/2-2045/2025 nömrəli məktub ünvan tam deyil qeydi ilə geri qaytarılmışdır.
17. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci ildə ƏƏSMN yanında DƏMX tərəfindən ƏƏSMN-ə məxsus MEİS-də aparılan monitorinq zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 7 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması halı müəyyən edilmişdir. Bu səbəbdən də X4 İXM-in 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir.
18. İş materiallarında olan, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 01 avqust 2025-ci il tarixli, 3-17-9-5/2-2224/2025 nömrəli Bildirişindən görünür ki, barələrində verilmiş 01 avqust 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” icra edilmə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir.
19. İş materiallarında olan, Azərbayca Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Poçt” X10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbayca Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmiş 04 avqust 2025-ci il tarixli, 3-27-100-11/2-392/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli № 01/19-li müraciətə baxılmış və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Nazirliyi yanında X7 tərəfindən "xxxx" MMС-yə ünvanlanmış SX048164140 AZ ştrix kodlu məktub xx.xx.2025-ci il tarixində qəbul olunmuş, xx.xx.2025-ci il tarixində ünvan tam olmadığına görə geri qaytarılması qeyd olunmuşdur.
20. İş materiallarında olan, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Poçt” X10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbayca Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmiş 04 avqust 2025-ci il tarixli, 3-27-100-11/2-391/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli № 01/18-li müraciətnə baxılmış və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Nazirliyi yanında X7 tərəfindən "xxxx" MMС-yə ünvanlanmış SX048210935 AZ ştrix kodlu məktub xx.xx.2025-ci il tarixində qəbul olunmuş, xx.xx.2025-ci il tarixində ünvan tam olmadığına görə geri qaytarılması qeyd olunmuşdur.
21. İş materiallarında olan, Naxçıvan şəhər Məhkəməsinin 3(078)-383/2025 sayılı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə geri qaytarılmışdır.
Tətbiq edilən hüquq:
İnzibati Xətalar Məcəlləsi:
22. Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
23. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
24. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
25. Maddə 48.İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
26. Maddə 57. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. (57.1). Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir (57.2). Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir (57.3). Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir (57.4). İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir (57.5): -57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; -57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: -57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; -57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan.
27. Maddə 60.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.
28. Maddə 60.4. Bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir.
29. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
30. Maddə 78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.
31. Maddə 81-1.1. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir.
32. Maddə 81-1.2. İnzibati xətanın aşkarlanmasında istifadə olunan dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir.
33. 24 iyun 2025-ci il tarixli 225-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 20 iyul 2025-ci il, № 148) ilə 100-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
34. Maddə 100. İnzibati xəta haqqında protokol - 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; - 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; - 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. - 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. - 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. - 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. - 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
35. Maddə 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.
36. Maddə 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.
37. Maddə101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.
38. Maddə 102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.
39. Maddə 102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir.
40. Maddə 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.
41. 24 iyun 2025-ci il tarixli 225-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 20 iyul 2025-ci il, № 148) ilə 16-1-ci fəslin adı, 127-3-cü və 127-4-cü maddələr yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
42. FƏSİL 16-1: Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri
43. Maddə 127-3. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469- 1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır.
44. Maddə 127-4. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469- 1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir (127-4.1).
45. Maddə127-4.6. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhkəməyə göndərilir.
46. Maddə 133.2.8. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır
47. Maddə 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: - 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;
48. Maddə135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.
Məhkəmənin mövqeyi:
49. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinə göndərilməlidir.
50. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə şikayət verən şəxs barəsində protokolun düzgün tərtib olunubolunmaması araşdırılmalıdır.
51. Belə ki, iş materiallarından göründüyü kimi inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 barəsində elektron qaydada deyil, əli ilə protokol tərətib olunmuş və eyni formada da məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də, ilk növbədə elektron qaydada tərtib olunmayan protokolun düzgün tərtib olunub-olunmamasına hüquqi qiymət verilməldir,
52. X1 inzibati xətanın törədilməsi faktı aşkar edildikdən sonra protokolun tərtib olunmasının müddətləri dəqiq və birmənalı olaraq təsbit edilmişdir. Belə ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra protokol tərtib olunmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda isə bu müddət 2 gün müəyyən olunmuşdur. Digər bir hal isə, inzibati araşdırma aparılması zərurətindən qaynaqlanan, iş mürrəkkəbliyi ilə əlaqədar olan 1 aylıq müddətdir ki, həmin müddət vəsatət əsasında yuxarı vəzifəli şəxs tərəfindən 1 ayadək artırıla bilər.
53. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidməti tərəfindən inzibati xətanın hansı vaxtdan aşkar edilməsi barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbu ki, inzibati xətanın aşkar edilməsi vaxtının müəyyən olunması, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi, inzibati məsuliyyətdən azad olma üçün əsasların olub-olmaması baxımından olduqca əhəmiyyətlidir.
54. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin nümayəndəsi inzibati xətanın aşkar edilməsinin iddia olunan vaxtı barədə ekran görüntülərini məhkəməyə təqdim etmişdir. Həmin ekran görüntülərində xx.xx.2025-ci il tarixi qeyd olunmuş və həmin tarixdə 7 nəfərin tam sığortasız olduğu göstərilmişdir. Şikayət verən şəxsin vəkili isə xx.xx.2025-ci il tarixində işçilərin sığortalı olduğunu bildirmişdir.
55. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi xx.xx.2025-ci il tarixi inzibati xətanın aşkar edilməsi vaxtı kimi qəbul edilə bilməz. Çünki, həmin tarixdən öncəyə yəni, xx.xx.2025-ci il tarixə artıq məsuliyyətə cəlb etmə barədə protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixdə isə bildiriş göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidməti nə məhkəmənin sorğusu əsasında təqdim etdiyi sənədlərdə nə də ki, məhkəmə iclasında inzibati xətanının hansı vaxtdan aşkara çıxarıldığı barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
56. Eyni zamanda məhkəmə qeyd edir ki, X1 inzibati xətanın aşkar edilməsindən sonra inzibati araşdırmanın aparılması qaydası da dəqiq müəyyən edilmiş, həmin araşdırma aparılması üçün vəzifəli şəxs tərəfindən qərardad qəbul edildiyi təsbit edilmişdir.
57. Hazırki işin hallarından görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidməti tərəfindən dərhal və yaxud 2 gün məddətində deyil, inzibati araşdırma aparılmaqla protokol tərtib olunmuşdur. Lakin, təqdim edilmiş sənədlərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidməti tərəfindən inzibati araşdırma barədə hər hansı qərardad qəbul edilmədiyi müəyyən edilmişdir.
58. İş materiallarında olan 10 iyul 2025-ci il tarixli, 3-17-9-5/2-1735/2025 nömrəli bildirişindən göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs deyil, onun direktoru olduğu "xxxx" MMC-nə 21 iyul 2025-ci il tarixdə saat 15:00da “İnzibati xəta haqqında Protokol"un tərtib olunmasında iştirak etməsi üçün bildiriş göndərilmiş lakin, həmin bildiriş, “Naxçıvan Poçt” X10 veridiyi məktuba əsasən xx.xx.2025-ci il tarixdə yəni, şəxs barəsində protokolun tətib etdiyi gün təqdim olunmadan geri qayıtmışdır. Həmçinin, 22 iyul 2025-ci il tarixli, 3-27-9-5/2-2045/2025 nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”ın tərtib olunması barədə bildirişin X3 göndərildiyini qeyd olunsa da, bildirişin göndərildiyi ünvan olan Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 34/2 ünvanının X3 məxsus ünvan olması barədə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, X2 direktoru olduğu "xxxx" MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri, Əlincə, ev.22/43 ünvanıdır (hansı ki, hüquqi şəxsə ünvanlanmış bildirişin həmin ünvana göndərildiyi qeyd olunur). Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatda isə, X2 qeydiyyat ünvanının Naxçıvan Muxtar Respublikası, ünvan 6ür.
59. Məhkəmə qeyd edir ki, dərhal və yaxud 2 gün müddətində deyil, inzibati araşdırma aparılmaqla protokolu tərtib edən Xidmət, İXM-in 57–ci maddəsinin tələblərini pozmuş, lazımi qaydada məlumat verməməsinə baxmayaraq protokolda məlumat verilmiş kimi şəxsin iştirak etmədiyini qeyd etmişdir. Halbu ki, inzibati araşdırma aparan orqan bildirişi göndərdikdən sonra, internet, telefon və ya digər rabitə vasitələri ilə də şəxsə əlavə məlumat verməli və onun inzibati araşdırmada iştirakını təmin etməli idi.
60. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı 10 iyul 2025-ci il tarixli, 3-17-9-5/2-1735/2025 nömrəli Bildirişin ümumiyyətlə X3 göndərilmədiyi, ona inzibati araşdırma barədə məlumat verilmədiyi, onun direktoru olduğu hüquqi şəxsə göndərilən bildirişin isə təqdim edilmədiyi aşkar olunmuşdur.
61. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidməti tərəfindən İXM-nin 57-ci və 60.4-cü maddələrinin tələbləri pozulmaqla yanaşı, İXM-nin 100-cü maddəsinin protokolun tərtibi barədə də tələbləri pozulmuş, inzibati xətanın törədildiyi vaxt barədə protokolda qeyd aparılmamış, şəxsin iştirakı, izahatının alınması, hüquq və vəzifələrinin izahı barədə tələblər yerinə yetirlməmişdir.
62. Məhkəmə ümumiyyətlə hesab edir ki, X4 barəsində adi qaydada əli ilə deyil, onun iştirakı olmadan elektron qaydada protokol və həmin protokolla razı olmadığı təqdirdə elektron qərar qəbul edilməli idi.
63. Belə ki, İXM-nin xx.xx.2025-ci il tarixinədək qüvvədə olmuş 16-1-ci fəslinin, 127- 4-cü maddəsində, İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokolun tərtib olunduğu təsbit edilmişdir. 21 iyul 2025-ci il tarixində tərtib olmuş protokoldan görünür ki, pozuntu faktı AR ƏƏSMN-nə məxsus MEİS-də aparılmış elektron monitorinq zamanı aşkar edilmişdir.
64. Məhkəmə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun onların fəaliyyətinə tətbiq olunmamalı olması, onların isthesalat fəaliyyəti ilə məşğul olmaması və sözügedən qanunun hansı müəssisələri əhatə etməsi barədə AR Konstitusiya Məhkəməsinə də müraciət edilməsi barədə şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
65. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsində istehsalat dedikdə fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri nəzərdə tutulmuşdur.
66. Qanunun mənasından göründüyü kimi istehsalat dedikdə, hər hansı bir məhsulun istehsal olunduğu yer deyil, ümumiyyətlə geniş anlamda işçinin əmək funksiyalarını icra etdiyi yeri qismində nəzərdə tutulmuşdur.
67. Həmçinin, Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-ci bəndində iş yerinin anlayışı verilmiş və iş yeri dedikdə işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer nəzərdə tutulmuşdur.
68. Məhkəmə hesab edir ki, əmək müqaviləsi əsasında işçinin əmək funksiyasını icra etdiyi yer iş yeri hesab ounduğundan, qeyd edilən sığorta növünün onlara tətbiq olunmamalı olması barədə şikayətin dəlilləri əsassızdır və əlavə olaraq qeyd edilən məsələnin aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsinə zərurət yoxdur.
69. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətində X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman və həmin icraatın yekununda müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən İXMin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur.
70. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinə göndərilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Aslan Heydarov.