Məhkəmə qərarları › İş №3(078)-386/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-386/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-386/2024 06.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1962-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 09 iyun 2024-cü il tarixdə saat 19:38 dəqiqədə X6 idarə etdiyi Mercedes Benz E 320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə Danyeri market istiqamətindən Naxçıvan Sağlamlıq Mərkəzi istiqamətinə hərəkət edərkən, Şəxs idarə etdiyi Ravon minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Qonaq evi istiqamətindən Naxçıvan Sağlamlıq Mərkəzi istiqamətinə hərəkət edib yol ayrıcında sola dönmə əməliyyatını yerinə yetirərkən Mercedes Benz E 320 minik markalı avtomobillə toqquşmuş və nəticədə Ravon minik markalı avtomobildə olan sərnişin xx.xx.1939-cu ii təvəllüdlü, Zərərçəkmiş şəxs və digər şəxslər aldığı xəsarətlərlə X1 daxil olmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi- 548/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Ravon minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə ona məxsusdur. O vurduğu zərəri qarşılayıb. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Şəxs şikayətçi deyil. Ondan hər hansı tələb və şikayəti yoxdur. Dəymiş zərər ödənilib. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, 09 iyun 2024-cü il tarixdə saat 19:38 dəqiqədə X6 idarə etdiyi Mercedes Benz E 320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə Danyeri market istiqamətindən Naxçıvan Sağlamlıq Mərkəzi istiqamətinə hərəkət edərkən, Şəxs idarə etdiyi Ravon minik markalı **- BX-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Qonaq evi istiqamətindən Naxçıvan Sağlamlıq Mərkəzi istiqamətinə hərəkət edib yol ayrıcında sola dönmə əməliyyatını yerinə yetirərkən Mercedes Benz E 320 minik markalı avtomobillə toqquşmuş və nəticədə Ravon minik markalı avtomobildə olan sərnişin xx.xx.1939-cu ii təvəllüdlü, Zərərçəkmiş şəxs və digər şəxslər aldığı xəsarətlərlə X1 daxil olmuşdur. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 09 iyun 2024-cü il tarixdə saat 19:30 dəqiqədə axşamçağı Naxçıvan şəhəri Xətai məhəlləsi ilə Ə.Əliyev küçəsinin kəsişməsindəki yolayrıcında Naxçıvan Sağlamlıq Mərkəzinin yanında, yaşayış məntəqəsində baş vermişdir. Həmin hadisə yeri küçə işıqları ilə işıqlandırılmışdır. Yolun hərəkət hissəsi düzdür, asfaitbeton və yağış yağdığı və ildirim çaxdığı üçün suludur. Naxçıvan şəhəri Xətai məhəlləsi ilə Ə.Əliyev küçəsinin kəsişməsindəki yolayrıcında avtomobilərin hərəkətləri svetofor ilə nizamlanmır. Yol örtüyünün hər iki istiqamət üçün yolun ümumi eni 22,10 metrdir, avtomobilin hərəkət etdiyi yolun hissəsinin eni 11.90 metr, hərəkət zolağının eni isə 3,50 metrdir. Naxçıvan şəhəri Ə.Əliyev küçəsindəki yolun hərəkət zolaqlarının sayı 6-dır. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində qarşı- qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt çəkilmişdir. Yolayrıcında svetofor yoxdur. Naxçıvan şəhəri Xətai məhəlləsi ilə Ə.Əliyev küçəsinin kəsişməsindəki yolayrıcının hərəkət hissəsində üfuqi nişanlama xəttləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşları, səki və yol ayrıcı birləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 5,90 metrdir. Soldan da yolun kənarlarında köbə daşları, avtobus dayanacağı və səki var, səkinin uzunluğu isə 2,7 metrdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında Xətai məhəlləsinin yaşayış binaları, Naxçıvan sağlamlıq mərkəzi, iaşə obyektləri yerləşir. Yolun solunda isə, 4-cü küçə, həyət evləri, yaşayış binaları yerləşir. Yol Naxçıvan şəhər küçə işıqları vasitəsilə işıqlandırılır. Sürücü avtomobili idarə edərkən yaxış işıqda görünüş məsafəsi 80 metrdir. Avtomobillərin toqquşam yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları - Mercedes Benz E320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə Ravon R4 LT minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillər Naxçıvan şəhəri Xətai məhəlləsi ilə Ə.Əliyev küçəsinin kəsişməsindəki yolayrıcında toqquşmuşdurlar. X10 E320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil hərəkət zolağında orta zolaqda baş vermişdir. Toqquşma yerindən Mercedes Benz E320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil dayandığı yerə qədər məsafə 3,50 metr, Ravon R4 LT minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin dayandığı yerə qədər məsafə 12,20 metrdir. İlkin olaraq müşahidə edilir ki, Ravon R4 LT minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil sola dönmə əməliyyatını yerinə yetirərkən toqquşma baş vermişdir, toqquşmadan sonra Ravon R4 LT minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil Naxçıvan Sağlamlıq mərkəzinə tərəf səkinin üstünə çıxmışdır. Toqquşma yerindən digər tərəf yolayrıcına qədər məsafə 12,8 metr, toqquşma yerindən sol tərəfdəki işıq dirəyinə qədər məsafə isə 11,10 metrdir. Toqquşma baş verən yolda yolayrıcının məsafəsi 16,10 metrdir. Nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri - Mercedes Benz E320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil toqquşmadan sonra yolayrıcında üzü Xətai məhəlləsinə doğru dayanmışdır ki, avtomobili qabaq hissəsindən piyada keçidinə qədər məsafə 2,60 metrdir. İşıq dirəyindən avtomobilin dayandığı yerə qədər məsafə 14,10 metrdir. Ravon R4 LT minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin hadisədən sonra durduğu yerə qədər məsafə 17,40 metrdir. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu - Mercedes Benz E320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobildə hadisə olandan sonra müşahidə edilir ki, qabaq hissəsi əzilmiş, kapot qabarmış, bufer, krlo və digər hissələr sıradan çıxmışdır. Ravon R4 LT minik markalı **-BX- *** dövlət nömrə nişanlı avtomobilin isə sağ tərəfdən qabaq və arxa qapıları, arxa və qabaq krlo, damı əzilmişdir. Nəqliyyat vasitələrinin digər hissələrə dəyməsi -- Ravon R4 LT minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil bardürün üstünə çıxmışdır. Mercedes Benz E320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil ətrafdakı əşyalara, ağaclara, tikililərə toxunmamışdır. Araşdırma zamanı Mercedes Benz E320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3, həmin avtomobildə olan sərnişin X4, həmçinin Ravon R4 LT minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs və X2 izahatları alınmış və materiala əlavə edilmişdir. Araşdırma zamanı sərxoşluq müayinəsindən keçmiş və alınmış aktlarda sürücülərin sərxoş olmadıqları müəyyən edilmişdir Araşdırma zamanı Mercedes Benz E320 minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda bir nəfər şəxsin olduğu və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Ravon R4 LT minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda iki nəfər sərnişinin olduğu və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış cü il tarixli 1114 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs dərəcəsinə görə AĞİR bədən xəsarəti almışdır. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış xx.xx.2024-cü il tarixli 1176 saylı ekspert rəyində göstərilmişdir ki, X8 dərəcəsinə görə Yüngül bədən xəsarəti almışdır. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış xx.xx.2024-cü il tarixli 1115 saylı ekspert rəyində göstərilmişdir ki, Şəxs dərəcəsinə görə dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi Ravon R4 LT minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə sol dönmə əməliyyatını yerinə yetirərkən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu göstərilmişdir. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ƏSİŞ- nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda sürücülərinin məhkumluğunun olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı hadisə nəticəsində xəsarət almış X9 ərizə ilə müraciət edərək, sürücü Şəxs bağışladığı, onunla barışdığını, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Araşdırma zamanı hadisə nəticəsində xəsarət almış X7 ərizə ilə müraciət edərək, sürücü Şəxs bağışladığı, onunla barışdığını, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Araşdırma zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş sürücü Şəxs ərizə ilə müraciət edərək, törətdiyi əmələ görə barəsində olan materialın bəraətverici əsaslar olmadan rədd edilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri olduğundan ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-ə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal vurulmuş ziyanın ödənilməsi, əməlindən peşman olmasıdı, məsuliyyəti ağırlaşdıran hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar