Məhkəmə qərarları › İş №3(078)-387/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-387/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-387/2024 06.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, ali təhsilli, Naxçıvan MR Ədliyyə NazirliyinİN Penitensiar Xidmətində işləyir, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 05 iyun 2024-cü il tarixdə saat 19 radələrində sürücü idarə etdiyi Vaz 21074 minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri İstiqlal küçəsi ilə H.Əliyev adına Gənclər və X5 istiqamətindən X6 istiqamətində hərəkətdə olarkən Firuzə aptekin qarşısındakı piyada keçidi ilə yolu keçən xx.xx.2008-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs vurmuş və nəticədə sonuncu aldığı xəsarətlərlə X1 daxil olmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi-523/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığından xx.xx.2024-cü il tarixli qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərar qəbul edilərək Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində atası Qanuni nümayəndə təyin edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Vaz 21074 minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə ona məxsusdur. Hadisə baş verən vaxt maşının sürəti çox yavaş idi. Buna görə də zərərçəkmişə ciddi zərər dəyməyib. O, həmin şəxsi əvvəl Naxçıvan MR Xəstəxanasında, daha sonra isə Türkiyə Respublikasına apararaq orada həkim müayinəsindən keçirib. Zərərçəkmiş yüngül xəsarət alıb. O, zərərçəkmişin bütün müayinə və müalicə xərclərini ödəyib. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin onun tərəfindən işə baxılmasını təxirə salmaq barədə məhkəməyə hər hansı vəsatət təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə uyğun olaraq məhkəmə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, 05 iyun 2024-cü il tarixdə saat 19 radələrində sürücü Şəxs idarə etdiyi Vaz 21074 minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri İstiqlal küçəsi ilə H.Əliyev adına Gənclər və X5 istiqamətindən X6 istiqamətində hərəkətdə olarkən Firuzə aptekin qarşısındakı piyada keçidi ilə yolu keçən xx.xx.2008-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs vurmuş və nəticədə sonuncu aldığı xəsarətlərlə X1 daxil olmuşdur. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi 05 iyun 2024-cü il tarixdə saat 19 radələrində alatoranlıq vaxtı Naxçıvan şəhəri İstiqlal küçəsi Firuzə Aptekin qarşısında piyada keçidində, yaşayış məntəqəsində baş vermişdir. Həmin hadisə yeri küçə işıqları ilə işıqlandırılmışdır. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Naxçıvan şəhəri İstiqlal küçəsi Firuzə Aptekin qarşısında piyada keçidi svetofor ilə nizamlanmır. Yol örtüyünün hər iki istiqamət üçün yolun ümumi eni 17,10 metrdir, avtomobilin hərəkət etdiyi yolun hissəsinin eni 8.30 metr, hərəkət zolağının eni isə 2,90 metrdir. Naxçıvan şəhəri İstiqlal küçəsindəki yolun hərəkət zolaqlarının sayı 4-dür. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt çəkilmişdir. Naxçıvan şəhəri İstiqlal küçəsi Firuzə Aptekin qarşısında piyada keçidi var. Həmçinin yol hərəkət hissəsində üfuqi nişanlama xəttləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşları, səki və yol ayrıcı birləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 1,6 metrdir. Soldan da yolun kənarlarında köbə daşlan, avtobus dayanacağı və səki var. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında yaşayış binaları, iaşə obyektləri yerləşir. Yolun solunda isə, şəhərcik adlanan park yerləşir. Yolda 5.16.1 və 5.16.2, 1.20 yol nişanları var: Yol Naxçıvan şəhər küçə işıqları vasitəsilə işıqlandırılır. Sürücü yerindən gün işığında görünüş məsafəsi 80 metrdir. Piyadanın vurulma yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları - piyadanın vurulması Naxçıvan şəhəri İstiqlal küçəsi Firuzə Aptekin qarşısındakı piyada keçidində Vaz 21074 minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağında sol zolaqda baş vermişdir ki, piyada sağdan sola hərəkət edib keçərkən 7,40 metr məsafə qət etmiş və ondan sonra avtomobil piyadanı vurmuşdur. Piyadanın vurulma yerindən piyadanın düşdüyü yerə qədər məsafə 1,50 metr, piyadanın vurulma yerindən sol tərəfdəki işıq dirəyinə qədər məsafə isə 13.45 metr, həmin işıq dirəyindən piyadanın düşdüyü yerə qədər məsafə isə 14.30 metrdir. Piyadanın düşdüyü yerdən sağ tərəfdəki bardürə qədər məsafə isə 6,50 metrdir. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu - Vaz 21074 minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobil piyadanı vurandan sonra hərəkət edib yolun sağ tərəfində yol ayrıcını keçib dayanmışdır ki, piyadanın vurulma yerindən avtomobilin dayandığı yerə qədər məsafə 1,1 metr, avtomobilin qabaq sağ təkərindən düz xətt üzrə sağ tərəfdəki bardürə qədər məsafə 5,20 metr, arxa sağ təkərdən eyni xətt üzrə məsafə isə 5,15 metrdir. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara, ağaclara, tikililərə toxunmamışdır. Araşdırma zamanı Vaz 21074 minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda sərnişinin olmadığı və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı X2ma qızına yetirilmiş xəsarətin xarakterini, bilavasitə yolnəqliyyat hadisəsi üçün xarakterik olub-olmamasını, xəsarətlərin yetirilmə müddətini və ağırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə «Məhkəmə-tibb ekspertizası» təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış xx.xx.2024-cü il tarixli 1089 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədənində müəyyən edilmiş xəsarətlər: Alnında yara, hematoma, sol dirsək oynağında üç ədəd sıyrıq, sağ bilək oynağı nahiyyəsində sıyrıq, sağ diz oynağında sıyrıq, sol budunda dəri altı hematoma və sıyrıq, beyin silkələnməsi, göstərilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir eləcədə avtomobil qəzası zamanı əmələ gələ bilərdi xəsarətlərin yetirimə müddəti qərarda göstərilən tarixə uyğun gəlirvə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 iyul 2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri olduğundan ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-ə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar