Məhkəmə qərarları › İş №3(078)-388/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-388/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-388/2024 11.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs Naxçıvan MR Daxili İşlər Nazirliyinə X12 X3 X10 təhlükəsizlik bölməsinin rəisi polis baş leytenantı X2 iştirakı ilə, xx.xx.1978-ci ildə Babək rayon Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinə X12 X3 Polis Şöbəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİNnə X12 X3 Polis Şöbəsində tərtib olunmuş material 11 oktyabr 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X3 X10 Təhlükəsizlik Bölməsinin rəisi polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş 11 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:10-da X7 Limanının daxilində yerləşən bilet satışı üçün təyin olunmuş kassanın qarşısında bilet satışının olmaması ilə əlaqədar orada nalayiq ifadələr işlətməklə səs-küy salaraq ictimai qaydanı pozaraq vətəndaşları narahat etmişdir. Polis əməkdaşı tərəfindən nizam-intizama dəvət edilsə də polis əməkdaşına tabe olmayaraq qaçmışdır. Daha sonra üzərinə benzin tökərək bilet verilmədiyi halda özünü öldürməklə hədələmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 10 oktyabr 2024-cü ildə anasıın Bakı şəhərində xəstə olduğu barədə məlumat almış, X7 Limanına gələrək oradan bilet alıb Bakı şəhərinə getmək istəmişdir. Spirtli içki qəbul etmiş, qardaşı tez-tez zəng vurduğu üçün bilet almağa tələsmişdir. Növbə çəkmiş və 263-cü sırada olmuşdur. Bilet ala bilməyəcəyini düşündüyü üçün səs-küy salmış, polislə mübahisə etmişdir. Daha sonra yanacaq doldurma yerinə gedib benzin almış, üzərinə tökmüşdür. Məqsədi ona bilet təşkil etmələri və Bakıya gedib anasına baş çəkmək olmuşdur. Hava Limanında xidmət göstərən kassa rəisinə yaxınlaşaraq vəziyyəti barədə müraciət etmişdir. Hava Limanına gəlmədən öncə bir miqdar spirtli içki qəbul etdiyi üçün əsəbləri yerində deyildi. Artıq 5 saat müddət keçsə də o hələ də bilet ala bilməmişdi. Bundan sonra əsəbiləşərək kassanın qarşısında qışqırmağa və bilet verilməsini tələb etməyə başlayıb. Polis əməkdaşı ona yaxınlaşaraq olduğu yerin ictimai yer olmasını və nizam-intizamlı olmağını tələb etdi. O uca səslə qışqıraraq anasının xəstə olduğunu bildirdi. Bundan sonra polis əməkdaşı onu polis şöbəsinə aparmaq istədi. Anasının xəstə olduğunu və getməli olduğunu bildirsə də onun polis şöbəsinə aparacağını bildirdilər. Əsəbiləşərək hava limanının daxilində yerləşən ağaclıq sahəyə getdi. Qardaşı daha sonra zəng edərək gəlibgəlməyəcəyini soruşdu. O da spirtli içkinin verdiyi təsirlə ona bilet verilməsi üçün 1 ədəd su butulkasına yanacaq doldurma məntəqəsindən benzin dolduraraq, polis şöbəsinin önünə gəlmiş, bir miqdar benzini paltarına tökərək polis şöbəsinə daxil olmuşdur. Polis əməkdaşları onu sakitləşdirərək əməlindən yayındırmağa çalışdılar. Özü Cahan ticarət mərkəzində meyvə satıcısıdır. Meyvələri xarab ola bilər, həmçinin anasını da görmək üçün Bakı şəhərinə getməlidir. Ona pl cəzası verilməsini xahiş etmişdir. Etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 X10 Təhlükəsizlik Bölməsinin polis nəfəri X9 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:10-da X7 Limanınında xidmətdə olduğu zaman X7 Limanının daxilində yerləşən bilet satışı üçün təyin olunmuş kassanın qarşısında 1 nəfər şəxsin bilet satışının olmaması ilə əlaqədar orada nalayiq ifadələr işlətməklə səs-küy salaraq ictimai qaydanı pozaraq vətəndaşları narahat etməsini aşkar etdiyindən, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etməklə əməlinin inzibati xəta pozuntusu olmasını şəxsə izah etdikdə o əməlinə haqq qazandıraraq davam edəcəyini bildirdiyi üçün həmin şəxs barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirdikdə, o aşkar surətdə qəsdən tabesizlik göstərərək polis şöbəsinə getməkdən boyun qaçırmaqla, hadisə yerindən qaçmışdır. Daha sonra həmin şəxs 1 ədəd plastik butulkada benzin götürərək özünü yandırmaq üçün polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidmət aparan növbətçi hissə əməkdaşları onu saxlamışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X3 Polis Şöbəsinin məsul növbətçi X4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:45-də X3 Polis Şöbəsində xidmətdə olduğu zaman 1 nəfər şəxsin əlində plastik butulkanla Polis Şöbəsinə yaxınlaşdığını görmüş, həmin şəxsə yaxınlaşaraq nə olmasını soruşduğu zaman həmin şəxs əlində olan su butulkasının benzinlə dolu olmasını və bir miqdar benzini öz üzərinə tökərək bilet verilmədiyi halda özünü yandıracağını bildirmişdir. Həmin şəxsi nizam intizama dəvət edərək belə bir şeyi etməməsi barədə xəbərdarlıq etsəkdə həmin şəxs özünü yandırmaq istədiyini bildirdi. Bundan sonra həmin şəxsi sakitləşdirərək, polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində izahat verən X3 Polis Şöbəsinin növbətçi köməkçisi X6 izahatında X1 verdiyi izahata oxşar izahat verərək göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 11 oktyabr 2024-cü il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2024cü saat 22:10-da X7 Limanının daxilində yerləşən bilet satışı üçün təyin olunmuş kassanın qarşısında 1 nəfər şəxsin bilet satışının olmaması ilə əlaqədar orada nalayiq ifadələr işlətməklə səs-küy salaraq ictimai qaydanı pozaraq vətəndaşları narahat etməsini aşkar edildiyindən, həmin şəxsə əməlinin inzibati xəta pozuntusu olmasını şəxsə izah etdikdə o əməlinə haqq qazandıraraq davam edəcəyini bildirdiyi üçün həmin şəxs barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirdikdə, o aşkar surətdə qəsdən tabesizlik göstərərək polis şöbəsinə getməkdən boyun qaçırmaqla, hadisə yerindən qaçmışdır. Həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Belə ki, inzibati xəta törətmiş şəxs və şahidlər sərxoş vəziyyətdə inzibati xəta törədildiyini bildirsələr də, onun sərxoşluğunu təsdiq edən müayinə aktı iş materiallarına əlavə edilməmişdir. Sərxoşluq sadəcə müayinə aktı ilə təsdiq edilməli olduğundan inzibati xətanın ağırlaşdıran halın olmaması nəticəsinə gəlinir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, şəxsin azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə məhdudlaşdırılmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar